ÜAK-ın ləğvi ilə bağlı qərar subyektiv xarakter daşıyır
20.05.2017 [08:12]
Rusiyadakı anti-Azərbaycan dairələr bu qərarın qəbul olunmasına nail olmaqla Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar
Xəbər verildiyi kimi, Rusiya Ali Məhkəməsi tərəfindən mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair qərar qəbul olunub. Bu qərəzli və qeyri-obyektiv qərar Azərbaycan ictimaiyyəti tərəfindən haqlı olaraq ciddi narazılıqla qarşılanıb. İki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu nəzərə alsaq, bu qərarın həmin münasibətlərin ruhuna zidd olması birmənalı şəkildə vurğulanır. Ümumiyyətlə, polietnik Rusiya cəmiyyətinin xarakterinə zidd olan bu qərar çoxmədəniyyətli bir ölkənin tolerantlıq mühitini hədəf altına alır. Belə bir qərarın qəbul olunması ölkələrarası münasibətlərə mənfi təsir etməklə yanaşı, millətlərarası münasibətlərə də xələl gətirir.
Vurğulamaq lazımdır ki, bu qərarın konkret olaraq subyektiv xarakter daşıması ortadadır. Rusiyada fəaliyyət göstərən bəzi anti-Azərbaycan dairələr, erməni lobbisi belə bir mənfi xarakterə malik qərara nail olmaqla Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar. Ölkə ictimaiyyəti həm də bu rəyi ifadə edir ki, belə bir addım həm Rusiyadakı erməni lobbisinə diqqətin gücləndirilməsi, həm də Ermənistana hərbi yardımın artırılması fonunda baş verirsə, deməli, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə düşür.
Məsələ ilə bağlı fikirlərini bölüşən millət vəkili Azər Badamov bildirib ki, Rusiyada ermənilərə xidmət göstərən qüvvələr mövcuddur və həmin qüvvələr Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək istəyir: “Məlum məsələdir ki, erməni lobbisinin nəzarətində olan həmin dairələr Azərbaycan-Rusiya dostluq əlaqələrinin inkişafını həzm edə bilmirlər və daima buna qarşı yollar axtarırlar. ÜAK-ın ləğvi ilə bağlı qərar da məhz bu cəhdlərdən biridir”.
Millət vəkili bildirib ki, ölkəmizin Rusiyadakı diaspor təşkilatlarından biri olan ÜAK-ın ləğvi məsələsi məhz ermənilərə xidmət edən qüvvələr tərəfindən gündəmə gətirildi: “Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiyada ən böyük qeyri-hökumət təşkilatıdır. Son zamanlar Rusiyadakı azərbaycanlıların konqresdə birləşərək, Azərbaycanın mövqeyini müdafiə etməsi erməni lobbisini əməlli-başlı narahat etmişdi. Azərbaycanlıların Rusiyada bir ideya ətrafında birləşməsini istəməyən və bundan qorxan qüvvələr, konkret ermənilər və onlara xidmət edənlər bu məsələni gündəmə gətirdilər. Hər bir halda iki ölkə - Rusiya ilə Azərbaycan arasında möhkəm təməllər üzərində formalaşmış dostluq münasibətləri mövcuddur və düşünürəm ki, bu məsələ ilə bağlı yaxın zamanda yeni bir qərarın gündəmə gəlməsi mümkündür”.
Millət vəkili Tahir Mirkişili də Rusiya Ali Məhkəməsi tərəfindən ÜAK-ın qeydiyyatının ləğvinin narahatlıq doğurduğunu bildirib. T.Mirkişili qeyd edib ki, bu qərar Rusiya ilə Azərbaycan münasibətlərinin yaxşılaşmasından narahat olan qüvvələrin sifarişidir: “Bu qurumun məqsədi Rusiya ilə Azərbaycan əlaqələrinin yaxşılaşmasına dəstək verməkdən ibarət olub. Bu qurum təkcə Rusiyada yaşayan azərbaycanlıların birliyi deyil. Konqres həm Rusiya, həm də Azərbaycan ziyalılarını birləşdirən bir platformadır. Qurumun qeydiyyatının ciddi bir səbəb olmadan ləğv edilməsi təbii proses kimi qəbul edilə bilməz. Rusiya qanunlarına görə, ölkə ərazisində fəaliyyət göstərən hansısa bir qurumun sənədlərindəki çatışmazlıqlar Rusiyanın maraqlarına ziddirsə, bu halda həmin qurumun fəaliyyəti dayandırıla bilər. Əgər ölkə maraqlarına zidd deyilsə, təşkilatın sənədləri qanuna uyğun şəklə salınmalıdır. ÜAK-ın fəaliyyət göstərməsi üçün çatışmayan sənədlər də Rusiyanın maraqlarına heç bir xələl gətirmir”.
T.Mirkişili hesab edir ki, Rusiyada yaşayan azərbaycanpərəst qüvvələr və Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşmasına xidmət edən şəxslər iki ölkənin çoxtərəfli əlaqələrini rəhbər tutaraq bəlli olmayan səbəbdən bu qurumun ləğv edilməsinin qarşısını alacaq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

