Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri ilə bağlı beynəlxalq konfrans keçirilib
06.06.2017 [09:50]
İyunun 5-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri: gələcəyə baxış” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov konfransda çıxış edərək Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatının öz töhfəsini verdiyini, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrinin bu əməkdaşlığa misal olduğunu bildirib. Prezidentin köməkçisi qeyd edib ki, bu üçtərəfli əlaqələrin böyük perspektivləri var.
Novruz Məmmədov bildirib ki, Azərbaycan, Rusiya və İran arasında iki il əvvəl yaradılmış Şimal-Cənub dəhlizi ilə bağlı əməkdaşlıq formatının da böyük gələcəyi var. Bu formatlar milli, iqtisadi, siyasi maraqlar üst-üstə düşdüyü üçün səmərəli olur. Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini qoruyub saxlayır. Türkiyənin NATO-nun üzvü olması, Gürcüstanın Avropa İttifaqı ilə Assosiativ Saziş imzalaması bu əməkdaşlığı inkişaf etdirməyə mane olmur, əksinə, regionda təhlükəsizliyə, sabitliyə, davamlı inkişafa öz töhfəsini verir və digər ölkələrə qarşı deyil.
Prezidentin köməkçisi qeyd edib ki, Cənubi Qafqazın əhəmiyyətli region olduğu məlumdur. Sabitlik, təhlükəsizlik və davamlı inkişaf bu regiona daha çox lazımdır. Üçtərəfli əməkdaşlıq bir regionda yerləşən ölkələr üçün çox vacibdir. Ermənistanın ərazi iddiaları bu ölkəni əməkdaşlıq imkanından məhrum edir. Dünyada bəzi məsələlərlə bağlı bir sıra ölkələrə qarşı sanksiyalar tətbiq olunur. Amma nədənsə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində ədalətli mövqenin ortaya qoyulması çətin olur. Dünyanın indiki vəziyyətə gəlib çıxmasının səbəbi beynəlxalq miqyasda ədalət prinsipinin qorunub saxlanıla bilməməsidir. Beynəlxalq münasibətlərdə ədalət yoxdursa, başqa dəyərlərdən danışmaq normal görünmür.
Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Məsud Özcan bildirib ki, Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlıq formatı bu ölkələr arasında siyasi, iqtisadi, ictimai həmrəyliyə təkan verməkdə davam edəcək. Bu formatla yanaşı, Türkiyə, Azərbaycan, İran, Türkmənistan arasındakı əməkdaşlıq formatları da bölgədə təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini həll etməyə çalışır. Bu formatlarla paralel, akademik və cəmiyyət səviyyəsində də təmaslar gerçəkləşir. Türkiyə həm Azərbaycanın, həm də Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyərək, münaqişələrin beynəlxalq hüquq çərçivəsində həlli üçün hər cür səy göstərir. Rəsmi Ankara bölgədə sülh və təhlükəsizliyin təminatı baxımından beynəlxalq platformada Azərbaycanı və Gürcüstanı dəstəkləməkdə davam edəcək.
Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondunun Avropa İttifaqı Araşdırmaları Mərkəzinin direktoru Kaxa Qoqolaşvili deyib ki, Azərbaycan, Gürcüstan və Türkiyə bir-birinə lazım olduqlarını anlayırlar. Əməkdaşlığı gücləndirmək üçün hər üç ölkədə istək var. Ölkələrimiz ortaq siyasi tarixə malikdirlər. Geosiyasi mövqeyimiz də bölgədə sülh və sabitliyi, xalqlarımızın rifahını təmin etmək üçün bizə imkan verir. Əlaqələrimiz yüksək səviyyədədir. Üçtərəfli əməkdaşlıq vacib məsələdir. İlk növbədə, bu, ölkələrin problemlərini müzakirə etməyə imkan verir. Əməkdaşlıq ölkələrimizin və xalqlarımızın maraqlarına əsaslanır. Hər üç ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Gürcüstan Avropa İttifaqı ilə Assosiativ Saziş imzalayıb. Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi müzakirə olunur. Azərbaycan isə Avropa İttifaqı ilə yeni Saziş üzrə danışıqlar aparır. Hər üç ölkə geniş mənada Avropa icmasının bir hissəsidir. Bizim bu sahədə də əməkdaşlığımız vacibdir. Biz Avratlantik inteqrasiyada bir-birimizi dəstəkləyirik.
Konfrans sessiyalarla davam edib.
Moderatoru SAM-ın direktor müavini Gülşən Paşayeva olan “Üçtərəfli münasibətlər üçün təhlükəsizlik çağırışları” mövzusunda birinci sessiyada Yaxın Şərq Texniki Universitetinin dosenti Ayça Ərgün Özbolad, SAM-ın xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev, Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Fondunun direktoru Muhiddin Ataman, Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondunun baş elmi işçisi Giorgi Badridze üçtərəfli əməkdaşlıqla bağlı mühazirələrlə çıxış edib.
Moderatoru Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Fondunun direktoru Muhiddin Ataman olan “Üçtərəfli münasibətlərin iqtisadi və enerji aspektləri” mövzusunda ikinci sessiyada isə SAM-ın iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Gülmirə Rzayeva, Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondunun baş elmi işçisi Valeri Çeçelaşvili, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin strateji təhlil və planlaşdırma üzrə meneceri Vüsalə Cəfərova, Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondunun Avropa İttifaqı Araşdırmaları Mərkəzinin direktoru Kaxa Qoqolaşvili çıxış ediblər.
Tədbir sual-cavab sessiyası ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

