/ / Eldar İbrahimov: Dövlət başçısının Sərəncamı kənd təsərrüfatında istehsalın artımına əhəmiyyətli təsir göstərəcək
Eldar İbrahimov: Dövlət başçısının Sərəncamı kənd təsərrüfatında istehsalın artımına əhəmiyyətli təsir göstərəcək
07.06.2017 [15:09]
“Azərbaycanda aqrar sahənin inkişafı daim dövlətin diqqət mərkəzindədir. Hazırda qeyri-neft sektorunun inkişafını nəzərə alsaq, aqrar bölmə burada xüsusi yer tutur”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, son illər dövlət başçısı tərəfindən aqra sahənin inkişafına xidmət edən mühüm qərarlar verilib. Onun sözlərinə görə, bunun nəticəsində də bu sahədə ciddi nəticələr əldə olunur.
“Bilirsiniz ki, iyunun 5-də Prezident İlham Əliyev “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd olunduğu kimi respublikada pambıqçılıq, taxılçılıq və digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalında daha böyük artıma nail olunması məqsədi ilə əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün mühüm tədbirlər həyata keçirilib, su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri tikilib istifadəyə verilib. Sərəncamın icrası ilə əlaqədar 10,5 milyon manat vəsait ayrılıb. Hesab edirəm ki, bu Sərəncam ölkəmizdə kənd təsərrüfatında istehsalın artımına əhəmiyyətli təsir göstərəcək. Eyni zamanda, bu, ərzaq təhlükəsizliyinin təmin olunması prosesində də mühüm addımdır. Nəzərə alsaq ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını daha da artırmağı qarşısına hədəf qoyub, belə olan halda dövlət başçısının Sərəncamı bu baxımdan da öz müsbət təsirini göstərəcək” - deyə, komitə sədri vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

