Ümummilli lider Heydər Əliyev Azərbaycanda sənayeləşmənin dərin təməllərini yaradıb
11.07.2009 [10:04]
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün dövrlərdəki fəaliyyəti ilə Azərbaycanın milli-strateji dövlət maraqlarına xidmət edərək respublikamızın iqtisadi, siyasi, sosial, mədəni inkişafının fundamental əsaslarını yaradıb. Ulu öndər xalqımızın xoşbəxtliyi və xoş rifahının təmin olunması istiqamətində əzmkarlıqla çalışıb. ümummilli lider Heydər Əliyev 1969-1982-ci illərdə hakimiyyətdə olduğu dövrdə respublikamızın iqtisadi sıçrayışının, sosial tərəqqisinin və ictimai-siyasi sabitliyin davamlılığının təməllərini yaradıb. 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycanın dövlət başçısı seçilməsi respublikamızın gələcək inkişafına ən böyük təminat idi.
Ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə respublikamız ictimai-sosial, iqtisadi-siyasi, mədəni-humanitar bölmələrdə köklü dəyişikliklərə məruz qalıb. Azərbaycan əvvəlki illərlə nisbətdə müqayisəolunmaz dərəcədə inkişaf tempinə, geniş miqyaslı quruculuq işlərinin davamlı xarakter almasına nail olub. ümumiyyətlə, həmin dövrü ölkəmizin həyatında tamamilə yeni bir mərhələnin başlanğıcı kimi səciyyələndirmək olar. İqtisadi cəhətdən zəif və aqrar ölkə olan Azərbaycanın siması bu dövrdə tamamilə dəyişərək yeni keyfiyyət və kəmiyyət çalarları ilə zənginləşmişdi.
ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci mərhələsində Azərbaycan iqtisadiyyatı ən yüksək dinamik inkişaf mərhələsinə çatdı. 1969-cu ilə qədər olan müddətdə ittifaq respublikaları içərisində ən arxa sıralarda yer tutan Azərbaycan Ulu öndərin qəbul etdiyi prinsipial qərar və qətiyyətli addımların gerçəkləşməsi nəticəsində inkişaf yoluna qədəm qoydu. Neft-kimya, maşınqayırma, metallurgiya, mədənçıxarma və digər sahələrin, ümumilikdə sənayenin sıçrayışı dinamizmi təmin edərək Azərbaycanın aqrar respublika statusundan böyük sənaye respublikasına çevrilməsinə əhəmiyyətli zəmin yaratmış oldu. Heydər Əliyevin sənayenin inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi genişmiqyaslı islahatlar bu sahənin iqtisadiyyatda aparıcı yer tutmasına səbəb oldu. Sənaye istehsalı bir neçə dəfə artaraq ümumi daxili məhsulda əsas yeri tutmağa başladı. ümumi daxili məhsulun tərkibində sənaye məhsulunun payı 1970-ci ilə kimi 30 faizə bərabər idisə, 1982-ci ildə bu göstərici 70 faizə yaxınlaşdı.
Qeyd olunan dövrdə respublikamızda 400-ə yaxın yeni sənaye müəssisəsi tikilərək istifadəyə verildi. 1969-cu ildə sənaye obyektlərinin sayı 735 ədədə bərabər idisə, 1982-ci ildə bu rəqəm 1048- ə çatdırıldı. ümumiyyətlə, 1969-1982-ci illəri sənayenin inkişaf mərhələsi kimi qiymətləndirmək olar. Nəinki sənayenin, ümumilikdə Azərbaycan iqtisadiyyatının “onurğa sütunu” olan nəhəng müəssisələr, infrastruktur obyektləri məhz həmin illərdə tikilərək istifadəyə verilib. Belə ki, Azərbaycan memarlarının təntənəsi sayılan “Gülüstan” Sarayı, Prezident Administrasiyasının, Milli Məclisinin, Milli Təhlükəsizlik Nazirliyinin binaları, Azərbaycan Televiziyasının teleötürücü qülləsi, Azərbaycan Ensiklopediyası, Kosmik Tədqiqatlar İnstitutu “Ulduz” Elektrik Cihazları Zavodu, Bakı Şampan Şərabları Zavodu, Neft Emalı Zavodu, Dəmir Yol İdarəsi, Bakı Dəmir Yolu Vağzalı, Əl Oyunları Sarayı, İdman Sərgi Kompleksi, Gəncə Avtomobil Zavodu, “Elektroterm” Zavodu, Sumqayıt İplik-Əyirici Fabriki, Lənkəran Konserv Zavodu, Xırdalan Ət və Süd Emalı Kombinatı, “Sirab” Mədən Suları Zavodu, bir nesə ayaqqabı fabriki, Bakı Zərgərlik Zavodu, Bakı Elektrik Maşınqayırma, Radiozavod, Elektron Hesablayıcı Maşınları Zavodu, Sumqayıt Kompressor Zavodu, Gəncə “Büllur” Zavodu, Dəniz vağzalı, “Azon”, “Alunit” zavodları və digər sənaye obyektləri həmin dövrdə sənayeləşmənin əsas bazasına çevrildi.
Qeyd etmək lazımdır ki, sənaye müəssisələrinin yaradılması həddindən artıq gərgin əməyin və qətiyyətin nəticəsində mümkün olurdu. Heydər Əliyevin iradəsi və qətiyyəti olmasaydı bu müəssisələrin tikintisi də mümkün olmayacaqdı. Ulu öndər onlarla müəssisənin, infrastruktur obyektinin yaradılması üçün SSRİ Nazirləri Soveti və Siyasi Büro ilə aylarla gərgin danışıqlar aparmışdı. Məsələn, Bakı Məişət Kondinsionerləri Zavodunun Zaporojye şəhərində tikilməsi nəzərdə tutulurdu. SSRİ Nazirlər Soveti bu müəssisənin Azərbaycanda inşa olunmasını istəmirdi. ümummilli lider bu zavodun ölkəmiz üçün hansı gücə malik olmasını anlayaraq ağır və gərgin zəhmət nəticəsində ittifaqın ən yüksək məmurlarını bu obyektin tikintisinə razı sala bildi. Ulu öndər Bakı Dərin özüllər Zavodunun inşası üçün həddindən artıq əzmkarlıq göstərərək ittifaq rəhbərliyinin razılığını ala bilmişdi.
Həmin illərdə metro tikintisi də geniş vüsət almışdı. 1970-ci il aprelin 17-də “Ulduz”, 1972-ci il noyabrın 6-da “Əzizbəyov”, “Avrora” (indiki “Qara Qarayev”), “Neftçilər” stansiyaları işə salındı. 1976-cı ilin sonlarında isə “Nizami” stansiyası istifadəyə verildi. 1979-cu ildə “Depo” sərnişinlərin istifadəsinə verildi. Bu illərdə “Elmlər Akademiyası”, “Memar Əcəmi” stansiyalarının tikintisi də sürətləndi. ümumiyyətlə, digər infrastruktur obyektlərinin yaradılması ilə bağlı layihələr vaxtından əvvəl yerinə yetirilirdi.
1969-1982-ci illərdə sənayeləşmə Azərbaycanın bütün bölgələrini əhatə edirdi. Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Xankəndi və digər şəhərlərdə iri sənaye müəssisələri tikilib istifadəyə verildi. Onu da xatırladaq ki, yeni yaradılan sənaye kompleksi həm istehsal gücünə, həm miqyasına, həm də kapital dövriyyəsinə görə ən nəhəng müəssisələr hesab olunurdu. Həmin müəssisələr Azərbaycanın inkişafı ilə bərabər, keçmiş SSRİ-nin inkişafında da mühüm rol oynayırdı. Belə ki, həmin illərdə respublikamızın sənaye müəssisələrində istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.
Azərbaycanda sənayeləşmənin bu qədər geniş vüsət alması digər sahələrin - tikinti-quraşdırma, nəqliyyat, infrastruktur bölmələrinə də təkan vermiş oldu. Həmin illərdə respublikamız nəhəng tikinti meydançasını xatırladırdı. Aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər tikildi, yollar salındı.
ümummilli lider Heydər Əliyev fəaliyyətinin ikinci mərhələsində də sənaye sektorunun inkişafı ilə bağlı çox mühüm layihələr həyata keçirdi. Onun müəyyənləşdirdiyi iqtisadi siyasətin və kompleks islahatlar proqramının başlıca prioritetlərindən biri sənayeləşmənin geniş xarakter almasını təmin etməkdən ibarət idi. Heydər Əliyevin 1994-cü ildən başlayaraq həyata keçirdiyi yeni neft strategiyası isə sənaye sektorunun inkişafına əhəmiyyətli dərəcədə təkan verdi.
Ulu öndərin siyasi varisi, Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilən uzunmüddətli inkişaf strategiyası sənayenin yeni inkişaf erasına qədəm qoymasına səbəb olub. Son illər ölkəmizdə aparılan iqtisadi islahatlar, sənayeləşdirmə siyasəti və inkişafla bağlı bütün görülən tədbirlər öz mühüm nəticəsini verməkdədir. Artıq respublikamızda köhnə sənaye müəssisələrinin əsaslı şəkildə yenidən qurulması ilə yanaşı, yeni sənaye müəssisələrinin tikintisi, sənaye şəhərciyinin yaradılması Azərbaycanın böyük sənaye ölkəsinə çevrildiyini şərtləndirmiş olur.
Göründüyü kimi, Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə, istər birinci hakimiyyəti, istərsə də ikinci hakimiyyəti dövründə bütünlüklə həyatını Azərbaycan üçün, dövlət, xalq üçün sərf edirdi. Onun üçün hər şeydən uca dövlətin qüdrəti, xalqın məhəbbəti idi. Ulu öndər respublikamızın inkişafından və xalqımızın Ona olan dərin sevgisindən qürur duyaraq deyirdi: “Mənim yaratdığım hər bir şey mənim üçün əzizdir. Zavod da, fabrik də, elektrik stansiyaları da, yol da, körpü də, ev də, bina da, saray da - hər bir şey. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19

