Dağlıq Qarabağ münaqişəsi Kişinyovda müzakirə olunacaq
08.10.2009 [09:43]
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi 2009-cu ildə dinamikliyi ilə seçilir. Bu ilin iyununda Sankt-Peturburqda, daha sonra Moskvada dövlət başçıları arasında keçirilən görüşlər münaqişənin həlli istiqamətində irəliləyiş sayıla bilər. Aparılan danışıqlarda hər zaman konstruktiv mövqeyi ilə seçilən Azərbaycan problemin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bəyan edib. Bu isə, beynəlxalq hüquq normalarına, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə, o cümlədən, ötən il imzalanan Moskva Bəyannaməsinə uyğundur.
Münaqişənin həlli istiqamətində növbəti görüş isə Kişinyovda keçiriləcək. Bu görüşdən öncə regiona səfər edən ATƏT-in Minsk qrupunun həmsədrləri həm Azərbaycan, həm də Ermənistan prezidentləri ilə danışıqlar aparıblar. Dövlət başçıları ilə keçirilən görüşlərdən sonra mətbuata açıqlamalarında olduqca optimist fikirlər səsləndirən həmsədrlər Kişinyov görüşünün münaqişənin həlli ilə bağlı dönüş nöqtəsi ola biləcəyini deyiblər. Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin MDB dövlət başçılarının sammiti çərçivəsindəki növbəti görüşündə Rusiya prezidentinin də iştirakı gözlənilir. Bu barədə məlumatı Rusiya prezidentinin mətbuat katibliyi yayıb. Məlumata əsasən, MDB dövlət başçılarının Moldovanın paytaxtı Kişinyovda keçiriləcək sammiti çərçivəsində Rusiya, Ermənistan və Azərbaycan prezidentləri arasında üçtərəfli görüş keçiriləcək.
Artıq yenilənmiş Madrid prinsipləri üzərində aparılması gözlənilən danışıqlar prosesindən gözləntilər birmənalı deyil. O baxımdan ki, hər zaman danışıqların sülh yolu ilə inkişafına maneçilik yaradan Ermənistanın bu dəfə də analoji addım atması yenidən münaqişənin həllinin uzanmasına yol aça bilər. Lakin ermənilər unutmamalıdırlar ki, işğalçılıq siyasəti yürüdərək bölgədə sülhün və sabitliyin bərqərar olmasına mane olan Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla həm bölgənin sürətli inkişafına mane olur, həm də özünü dünyanın ən aparıcı layihələrindən kənarda qoyur.
Azərbaycan isə qarşı tərəfdən konkret addımların atılmasını gözləyir. çünki ölkəmiz münaqişənin həlli prosesinin daha da uzadılmasını yolverilməz hesab edir. Eyni zamanda Azərbaycanın həm iqtisadi potensialı, həm müdafiə gücü, həm ordusu, həm də ölkənin daxilindəki vətəndaş birliyi torpaqlarımızın başqa üsullarla işğaldan azad olunmasını şərtləndirir. Amma ölkəmiz hələ də sülh prosesinə sadiqlik nümayiş etdirir.
Təəssüf ki, Ermənistan təmsilçiləri Kişinyov görüşü öncəsi yenidən öz xislətlərinə uyğun ampluada çıxış edirlər. Bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sıçrayış gözləməyin lazım olmadığını deyib. Erməni nazir danışıqlar prosesinin müəyyən vaxt tələb etdiyini bildirib. Amma deyəsən o, unudur ki, Azərbaycan ilə Ermənistan arasında artıq 15 ildir ki, danışıqlar prosesi gedir.
Yeri gəlmişkən, Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən IX zirvə görüşündəki çıxışı zamanı Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı uzun illərdir ki, danışıqların aparıldığını qeyd edib və bildirib ki, danışıqlar prosesində müsbət dinamika müşahidə olunsa da, hələlik heç bir nəticəyə gəlinməyib: “Danışıqlar prosesi deyə bilərəm ki, artıq sonuncu mərhələsindədir. Müzakirə olunan məsələlər münaqişənin həllinə kömək göstərə bilər”.
Bəli, Azərbaycan münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsini arzulayır və Kişinyov görüşündə danışıqların hansı istiqamətdə getməsindən asılı olmayaraq ölkəmiz öz qəti mövqeyindən geri çəkilməyəcək. çünki öz haqqı uğrunda mübarizə aparan Azərbaycan dövləti gec-tez bu mübarizədən qalib ayrılacağına inanır.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

