Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / MSK seçki bülletenini təsdiqləyib

MSK seçki bülletenini təsdiqləyib

10.11.2009 [09:42]

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən MSK-ya təyin olunmuş məşvərətçi səs hüquqlu üzv, həmçinin Demokratik Azərbaycan Dünyası, Müsavat və Müasir Müsavat partiyalarının səlahiyyətli nümayəndələri təsdiq edilib.
İclasda seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydalarına dair məsələyə baxılıb, bülletenin mətni və forması təsdiqlənib. ölkə üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmaqla, cəmi 4 729 681 ədəd seçki bülleteninin Milli Məclisin mətbəəsində MSK-nın 3 üzvünün müşahidəsi altında çap olunması qərara alınıb.

Paylaş:
Baxılıb: 1049 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30