Azərbaycanda uşaqlar dövlət və cəmiyyət tərəfindən daim qayğı ilə əhatə olunur
21.11.2009 [08:43]
Dünən Milli Məclisin BMT-nin Uşaq hüquqları Konvensiyasının 20-ci ildönümünə həsr olunmuş xüsusi iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, uşaq hüquqları ilə bağlı ən mühüm beynəlxalq sənəd olan bu Konvensiyanın 20 illiyi dünyanın əksər ölkələrində qeyd edilir. Spiker, həmçinin, xatırladıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə uşaqlara dövlət qayğısının nümunəsi olaraq 2009-cu il Azərbaycanda “Uşaq ili” elan edilib. Onun fikrincə, MM-in bu iclası da ölkəmizdə uşaq hüquqlarına verilən önəmə öz töhfəsini verəcək.
“Hər bir millətin, ölkənin ən dəyərli sərvəti uşaqlardır. İstənilən cəmiyyətdə uşaqların mənəviyyatının, fiziki sağlamlığının qorunması, hüquq və azadlıqlarının təmin edilməsi dövlətin inkişafı ilə bağlı olan strateji məsələlərdən biridir” - deyən Oqtay Əsədov bildirib ki, uşaqların xoşbəxt böyüməsi cəmiyyətin mənəvi, siyasi və sosial-iqtisadi inkişafının vacib meyarı və göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində də ailəyə, uşağa məhəbbət xalqımızın milli təfəkküründən qaynaqlanır. ölkəmizdə uşaqların dövlət və cəmiyyət tərəfindən daim qayğı ilə əhatə olunduğunu deyən Milli Məclisin sədri qeyd edib ki, uşaq hüquqlarının həyata keçirilməsi üçün görülən işlərə Azərbaycan parlamenti də öz səlahiyyəti çərçivəsində dəstəyini göstərir. “Bu gün ölkəmizdə uşaq hüquqları ilə bağlı ən müasir qanunvericilik bazası formalaşıb. İndiyə qədər bu məsələ ilə əlaqədar Milli Məclisdə 10 qanun layihəsi bütövlükdə isə uşaq hüquqlarına bu və ya digər dərəcədə aid olan 72 qanun və 11 məcəllə qəbul olunub. Uşaq hüquqları ilə əlaqədar beynəlxalq sənədlər də parlamentdə təsdiqlənib. Eyni zamanda, bu ilin mart ayında Milli Məclisin təşəbbüsü ilə keçirilən referendum zamanı Azərbaycan Konstitusiyasına uşaq hüquqları ilə bağlı ciddi əlavələr edilib” - deyə spiker vurğulayıb.
Parlamentin rəhbəri qeyd edib ki, bütövlükdə Azərbaycan qanunvericiliyi bütün vətəndaşlar kimi uşaqların da hüquqlarının qorunması üçün təminatları nəzərdə tutur. O cümlədən, kimsəsiz və ya valideyn himayəsindən məhrum olmuş, əlil uşaqların müdafiəsi gücləndirilib. O.Əsədovun sözlərinə görə, Azərbaycan dövlətinin uşaq hüquqlarının qorunmasına verdiyi önəm müvafiq dövlət komitəsinin yaranmasında öz təzahürünü tapır: “Uşaqlara qayğı göstərilməsi ilə bağlı dövlət proqramları uğurla həyata keçirilir. Bu proqramlar uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi, xüsusi istedadı olanların yaradıcı potensialının artırılmasına şəraitin yaradılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması, uşaqlar tərəfindən qanun pozuntuları hallarının profilaktikası və digər məsələləri əhatə edir. Uşaq hüquqlarının təmin edilməsi üçün görülən işlərdən danışarkən, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fondun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son illər ölkəmizdə xeyli sayda məktəb tikilib istifadəyə verilib. Bildiyiniz kimi, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda Respublika Talassemiya Mərkəzi tikilib. Bir sözlə, böyüməkdə olan gənc nəslin inkişafı üçün hərtərəfli şərait yaradılıb”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxışında bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra uşaqlara dövlət qayğısının əsası qoyulub. Və məhz bu dövrdən etibarən göstərilən istiqamətdə müvafiq qanunvericilik bazası yaradılmağa başlayıb. Komitə sədrinin sözlərinə görə, ölkə Konstitusiyasında uşaq hüquqlarına dair müddəalar əks olunub: “Dövlət tərəfindən bu sahədəki problemlərə xüsusi diqqət yetirildi, BMT ilə əməkdaşlıq ön plana çəkildi. Azərbaycan BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasına qoşulan ilk ölkələrdən biridir. Eyni zamanda, Milli Məclisdə uşaq hüquqları ilə bağlı eyniadlı qanun qəbul olunub. ötən müddət ərzində bu sahənin hüquq bazasının möhkəmləndirilməsi üçün ardıcıl iş aparılıb. Milli Məclis onlarla qanun qəbul edib, 30-dan çox Konvensiya ratifikasiya olunub. Müvafiq qanunlara, məcəllələrə yüzə qədər dəyişikliklər edilib. 12 may 2003-cü ildə isə Azərbaycan hökuməti ilə BMT-nin Uşaq Fondu arasında sazişin Milli Məclisdə təsdiq edilməsi ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisə oldu”.
H.Rəcəbli bəzi qanun layihələri haqqında da məlumat verib. Onun sözlərinə görə, bir neçə il öncə “Körpələrin erkən qidalanması haqqında” qanun layihəsi parlamentdə birinci oxunuşda qeyri-ciddi sayıldı: “Amma BMT-nin Uşaq Fondunun dəstəyi ilə sənədin geniş ictimai müzakirəsi keçirildi. Cəmiyyətin dəstəyi nəticəsində qanun layihəsi qəbul olundu. Bu qanun ilk dəfə olaraq Azərbaycanın parlament tarixində BMT-nin model qanunu kimi qəbul olundu və qabaqcıl təcrübə kimi bütün dünya dövlətlərinə tövsiyə olunur. Eyni proses “Duzun yodlaşdırılması haqqında” qanun layihəsi ilə bağlı oldu”.
H.Rəcəblinin sözlərinə görə, YUNİSEF-lə birgə həyata keçirilən layihələrin biri də uşaq parlamentinin yaradılması oldu.
YUNİSEF-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Mark Herevard isə çıxışında bildirib ki, dünyada uşaq hüquqlarının təmin olunması, bu yöndə hüquqi bazanın yaradılması və praktik addımların atılması çox vacib və zəruridir.
İclasda, həmçinin, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Ombudsman Elmira Süleymanova, uşaq parlamentinin spikeri Taleh Əliyev və başqaları çıxış ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

