İqor Korotçenko: Qarabağ müharibəsində Qələbə Prezident İlham Əliyevin siyasətinin zəfəridir
16.02.2021 [09:26]
Rusiyalı jurnalist və hərbi ekspert Münhen Təhlükəsizlik Konfransından və “Valday” beynəlxalq diskussiya klubunun XVI illik iclasından ötən bir ildə baş verənləri Azərbaycanın hərbi və siyasi qələbəsi kimi səciyyələndirir
2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilmiş, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak etmişdilər.
O vaxtdan keçən bir il xalqımızın həyatında ən əlamətdar illərdən biri oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz torpaqlarımızı erməni işğalından azad etdi.
Rusiyalı jurnalist və hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında tarixi debatlardan keçən bir il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər şey köklü surətdə dəyişib.
“Bir il əvvəl Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan siyasi opponentlər kimi çıxış edirdilərsə, hər kəs öz ölkəsinin mövqeyini təmsil edirdisə, 44 günlük müharibənin nəticələri isə hər şeyi yerbəyer etdi - Azərbaycan və Prezident İlham Əliyev hərbi və siyasi qələbə qazandılar, Paşinyan və Ermənistan isə təslim oldular. Azərbaycan beynəlxalq hüquq prinsiplərinə, BMT Nizamnaməsinin baza prinsiplərinə əsaslanaraq, ölkənin, ordunun, xalqın imkanlarına arxalanaraq bu məsələni həll etdi. İndi hər şey öz yerini aldı”, - deyə o bildirib.
Ekspert xatırladıb ki, hələ Münhen konfransından əvvəl Azərbaycan Prezidenti İlham Əliyev “Valday” beynəlxalq diskussiya klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edərkən Ermənistanın baş nazirinin populist fikirlərinə cavab olaraq bildirdi: “Qarabağ Azərbaycandır və nida işarəsi”.
“İlham Əliyev bir Prezident və Ali Baş Komandan kimi təsdiq edib ki, Qarabağ Azərbaycandır. Bugünkü reallıq məhz belədir. 44 günlük müharibənin nəticələri bütün dünyada Azərbaycana olan hörmət və nüfuzu əhəmiyyətli dərəcədə artırdı, çünki ölkənin öz ərazi bütövlüyünü bərpa etməsi müasir tarixdə misli görünməmiş bir haldır. Biz ATƏT-in Minsk qrupunun necə işlədiyini gördük, biz bu qanlı və uzun sürən münaqişənin siyasi həllinə dair müxtəlif formatlı təklifləri gördük. Biz erməni siyasətçilərinin kobudluğunu gördük, Paşinyanın hakimiyyətə gəlişindən sonra biz görünməmiş dərəcədə həyasızlıq, kobudluq və özünə arxayınlıq müşahidə etdik, Paşinyanın Şuşa şəhərində separatçı rejimin andiçmə mərasimindəki təhqiramiz rəqslərini, yeni müharibə baş verərsə, Azərbaycanın öz ərazilərinin daha xeyli hissəsini itirəcəyi barədə bəyanatını xatırlayırıq. Ermənistanın Azərbaycanın əsas obyektlərinə preventiv zərbələr endirmək hüququna malik olduğunu deyən müdafiə naziri Tonoyanın da sözlərini xatırlayırıq. Bütün bunlar Azərbaycanın həyata keçirdiyi “Dəmir yumruq” əks-hücum əməliyyatı nəticəsində dağıldı”, - deyə İ.Korotçenko bildirib.
Politoloqun vurğuladığına görə, Azərbaycan bu yumruqla erməni təcavüzkarına sarsıdıcı zərbə endirdi və Ermənistan çox sayda ölü və yaralı itirərək təslim olmaq məcburiyyətində qaldı.
“Erməni əsgəri döyüş ruhunu itirdi. On min erməni fərarisi - ay yarım ərzində bu sayda fərari heç bir müharibədə görünməmişdi. Biz Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevin siyasətinin zəfərini, Azərbaycan generallarının hərb sənətinin zəfərini görürük. Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi tarixən əvvəlcədən müəyyən edilmişdi və qaçılmaz idi. Prezident İlham Əliyevin “Valday” Forumunda dediyi “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri yalnız peyğəmbərcəsinə deyilmiş söz deyildi, bu, dediyinə cavabdeh olan, buna əməli işlərdə nail olan liderin sözləri idi”, - deyə İqor Korotçenko əlavə edib.
Xəbər lenti
Hamısına baxİdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40

