Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İKT XİN Şurası iştirakçı dövlətləri Xocalı faciəsini insanlığa qarşı törədilmiş cinayət kimi tanımağa çağırıb

İKT XİN Şurası iştirakçı dövlətləri Xocalı faciəsini insanlığa qarşı törədilmiş cinayət kimi tanımağa çağırıb

21.05.2010 [09:59]

Dünən Tacikistanın paytaxtı Düşənbədə keçirilən İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 37-ci sessiyasının yekun iclasında Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) fəaliyyəti haqqında qətnamə qəbul edilib. Bu barədə APA-ya İKT Gənclər Forumunun mətbuat xidmətindən məlumat verilib. Sözügedən qətnamə xüsusi bəndlə İKT-yə üzv dövlətləri və həmçinin, İKT-yə bağlı beynəlxalq institutları “Xocalıya Ədalət” kampaniyasının fəaliyyətində aktiv iştiraka və Xocalı faciəsini həm beynəlxalq, həm də milli səviyyədə “insanlığa qarşı törədilmiş cinayət” kimi tanımağa çağırıb. Sənəddə Forumun fəaliyyətinə və xüsusilə İSESCO ilə bərabər aparılan “İKT ölkələrində 20-ci əsrdə törədilmiş humanitar faciələr” proqramının həyata keçirilməsinə yüksək qiymət verilib. Qətnamə, həmçinin üzv dövlətləri İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülən və Xocalı faciəsi haqqında dünya ictimaiyyətinin düzgün və obyektiv məlumatlandırılması məqsədini daşıyan “Xocalıya Ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyasına dəstək verməyə çağırır.
Xatırladırıq ki, “Xocalıya Ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyasına 2009-cu ildə beynəlxalq səviyyədə start verilib və hazırda kampaniyanın fəaliyyəti 35-dən artıq İKT və həmçinin Avropa və Latın Amerikası ölkəsini əhatə edir.

Paylaş:
Baxılıb: 1070 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30