Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər ediləcək
10.06.2010 [02:03]
Sonra YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat verib. O, deyib ki, məcəlləyə təklif olunan birinci dəyişiklik seçkilərin elan edilməsi müddətinin azaldılması ilə bağlıdır. Belə ki, təklif olunan variantda seçkilərin elan edilməsi müddəti 75 gündən 60 günə endirilir. Yəni seçkilər (referendum) səsvermə gününə azı 60 gün qalmış elan ediləcək. Dairə seçki komissiyalarının təşkili maddəsinə təklif olunan dəyişikliyə görə DSK-lar seçkilərdən əvvəl yaradıldıqda səsvermə gününə azı 50 gün qalmış təşkil olunmalıdır. Bununla yanaşı, layihədə seçki siyahılarının məntəqə seçki komissiyaları tərəfindən səsverməyə azı 20 gün qalmış dəqiqləşdirilməsi, namizədlərin qeydə alınması üçün sənədlərin seçki komissiyalarına səsvermə gününə azı 30 gün qalmış təqdim edilməsi, seçkiqabağı təşviqatın səsvermə gününə 23 gün qalmış başlayaraq, səsvermənin başlanmasına 24 saat qalanadək dayandırılması və s. nəzərdə tutulub. Məcəlləyə təklif olunan əsas dəyişikliklərdən biri seçkilərin maliyyələşdirilməsi ilə əlaqədardır.
S.Novruzov deyib ki, ölkəmizdə seçkilərin keçirilməsi dövlət tərəfindən maliyyələşdirilir. Dairə və məntəqə seçki komissiyaları dövlət tərəfindən saxlanılır. Seçki ilə bağlı bütün xərcləri dövlət çəkdiyi halda əlavə olaraq, namizədlərə vəsait verilməsi düzgün deyildir: “2005-ci ildə əksər adamlar təbliğat üçün veriləcək 200 manatı almaq üçün namizədliklərini irəli sürmüşdülər. Qanuna görə seçkidə 3 faizə qədər səs toplamayan namizədlər ayrılan vəsaiti geri qaytarmalıdırlar. Lakin bu günə kimi vəsaitin geri qaytarılması baş verməyib. Ona görə də namizədlərə təbliğat üçün əlavə vəsait verilməyəcək”.
Sonra YAP İcra katibinin digər müavini, deputat Mübariz Qurbanlı layihə ilə bağlı təmsil olunduğu partiyanın mövqeyini açıqlayıb, bu sahədə mövcud dünya praktikasından danışıb. Müzakirələr zamanı çıxış edən deputatlar Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərin mahiyyətindən danışıb, bu dəyişikliklərin Azərbaycanın seçki praktikasını daha da təkmilləşdirəcəyini vurğulayıblar.
Sonda qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub.
Müzakirələrdə ATƏT-in Bakı ofisinin nümayəndəsi də iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

