Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Kandeh Yumkella ADA-da məruzə ilə çıxış edib

Kandeh Yumkella ADA-da məruzə ilə çıxış edib

01.07.2010 [09:58]

ölkəmizdə səfərdə olan BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru Kandeh Yumkella dünən Azərbaycan Diplomatik Akademiyasında dünyanın inkişaf meyillərinə dair məruzə ilə çıxış edib. Akademiyanın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, K.Yumkella məruzəsində dünyada enerjiyə olan tələbatın durmadan yüksəldiyini, Yer kürəsi, xüsusən də Afrika və Asiya qitələrinin əhalisinin sürətlə artdığını vurğulayıb. BMT rəsmisi qeyd edib ki, 2030-cu ilədək dünya üzrə enerjiyə tələbat 40-45 faiz artacaq. Eyni zamanda, Afrika qitəsinin əhalisinin sayı indiki 1 milyarddan 1,3 milyardadək çoxalacaq. Baş direktor yaranan yeni şəraitdə enerji resurslarından səmərəli istifadənin və su ehtiyatlarının düzgün paylanmasının ən vacib amillər olduğunu deyib. Azərbaycanın inkişafı barədə danışan K.Yumkella, ölkəmizin dünya enerji bazarına verdiyi töhfəni və rəsmi Bakının Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə qoşulduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın bu nailiyyətlərindən digər ölkələr də faydalana bilər.

Paylaş:
Baxılıb: 867 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30