Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP-ın nümayəndə heyəti cəbhə bölgəsinə səfər edib

YAP-ın nümayəndə heyəti cəbhə bölgəsinə səfər edib

04.09.2010 [09:46]

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti dünən Beyləqən və Füzuli istiqamətində cəbhə xəttində N saylı hərbi hissədə olub, əsgər və zabit heyəti ilə görüş keçiriblər. Təmas xəttində olan və əsgərlərlə nahar edən YAP nümayəndə heyəti əsgərlərə partiya adından sovqat veriblər. SİA-nın verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibində tanınmış ictimai və siyasi xadimlər, o cümlədən, YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, millət vəkilləri Musa Quliyev, Mirkazım Kazımov, Əhəd Əhmədov, Siyasi Şuranın üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev olub. Nümayəndə heyəti, həmçinin, işğal olunmuş Azərbaycan əraziləri istiqamətindəki müşahidə məntəqələrinə baş çəkib, Vətən keşiyində mərdliklə dayanan əsgərlərimizin xidmət şəraiti ilə yaxından tanış olublar. Sonra YAP üzvləri Beyləqan rayonunda ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər. Partiyanın nümayəndə heyəti YAP Beyləqan rayon təşkilatı üçün inşa edilən binanın tikintisi ilə də tanış olublar. Rayon təşkilatının sədri Rəfail Pəsiyev tikinti işlərinin gedişi barədə nümayəndə heyətinə geniş məlumat verib.
Yeni Azərbaycan Partiyasının üzvləri Beyləqan rayonundakı inşa edilmiş yeni obyektlərə, açıq səma altında olan Tarix-Diyarşünaslıq muzeyinə, soyqırımı abidəsinə də baş çəkiblər.
Bununla da, YAP nümayəndə heyətinin cəbhə bölgəsinə səfəri başa çatıb.

Paylaş:
Baxılıb: 980 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30