Regionda müharibə ab-havası
07.03.2023 [10:39]
Mübariz ABDULLAYEV
Azərbaycanın parlaq Qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra nəhayət, Cənubi Qafqaza davamlı sülhün gələcəyinə, regionda qarşılıqlı etimad və əməkdaşlıq mühitinin formalaşacağına inam artmışdı. Ancaq son vaxtlar regionda müşahidə edilən proseslər müəyyən narahatçılıqlara yol açır. Hadisələri təhlil etdikdə “bizim regionumuz yenidən, bu dəfə daha genişmiqyaslı müharibənin ayaq səslərini eşitməyə çox yaxındır” qənaəti formalaşır. Analitiklər bildirirlər ki, iki dövlətin - İranın və Ermənistanın davranışları regionda müharibə risklərini artıran əsas faktordur. Beləliklə, bölgədə yenidən müharibə ab-havasının duyulduğu qənaətinə gəlməyə əsas verən bəzi məqamlara diqqət yetirək.
İranın “S-400” sistemlərini tədarük etmək niyyəti
İran davamlı şəkildə regional və beynəlxalq əməkdaşlığa zidd mövqe sərgiləyir - qonşu dövlətlərə qarşı ambisiyalar nümayiş etdirir, Yaxın Şərqdə terrorçulara siyasi və hərbi dəstək verir, İsraili və bir sıra digər ölkələri yer üzündən siləcəyini bəyan edir. İranın daxili istehsal və idxal hesabına hərbi cəbbəxanasını möhkəmlətməsi bu ölkənin yeni müharibə hazırlıqları gördüyü anlamına gəlir. Pilotsuz uçuş aparatlarının və digər yeni növ silahların istehsalını genişləndirməklə paralel şəkildə, İran, həmçinin Rusiyadan “S-400” zenit-raket kompleksləri almaq istəyini açıq şəkildə bəyan edib. Bu barədə “Bloomberg” məlumat yayıb. İrandakı mənbələr də bu ölkənin sürətlə silahlanma marafonuna qoşulduğu barədə məlumatlar sızdırıblar. Belə ki, yanvarın 15-də İran parlamentinin üzvü Şəhriyar Heydəri ilk dəfə olaraq Rusiyadan “Su-35” qırıcılarının, o cümlədən digər hərbi texnikanın alınmasına dair sifarişin olduğunu təsdiqləyib. Kəşfiyyat məlumatları əsasında məlum olub ki, Rusiyaya sifariş olunan digər hərbi texnikaların sırasına “S-400”-də daxildir.
İranın bu silaha sahiblənmək niyyəti başadüşüləndir. Texniki parametrləri kifayət qədər geniş olan “S-400” Rusiyanın Almaz Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenith-raket kompleksidir. Bu sistem 2007-ci ildən bəri Rusiyanın silahlanmasında yer alır. “S-400” sistemlərində dörd növ - çox uzun mənzilli, uzun mənzilli, orta mənzilli və qısa mənzilli raketlərdən istifadə olunur. ZRS-nə, həmçinin çoxfunksiyalı radar, avtonom aşkarlama və hədəfləmə sistemləri, buraxıcı qurğular və komanda-idarəetmə mərkəzi daxildir. Bu kompleks 400 km uzaqlıqda, 30 km hündürlükdə hədəfi məhv edə, eyni vaxtda 36 obyekti hədəf ala bilir. Ona sahib olan ordulara böyük üstünlüklər qazandıran bu silah hazırda mövcud hava hücumundan müdafiə (HHM) sistemləri arasında ən yaxşılardan biri sayılır.
Artıq Rusiya ilə yanaşı, bir sıra digər ölkələrin də silahlanmasında “S-400”-lər yer alır. Belarus bu sıradadır. Ötən il Hindistan Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərinin daha bir partiyasını alıb. Türkiyə Rusiyadan “S-400” ZRS-in ikinci partiyasını alır. 2022-ci ildə qardaş Türkiyə və Rusiya arasında “S-400” zenit-raket sisteminin ikinci partiyasının tədarükü üçün müqavilə imzalanıb. Qeyd edək ki, Türkiyə hökuməti ordunun ehtiyaclarını qarşılamaq məqsədilə 2017-ci il sentyabr ayında Rusiya ilə 4 divizion “S-400” ZRS-nin satın alınması üçün müqavilə imzalayıb. Müqavilənin dəyəri 2,5 milyard ABŞ dolları təşkil edib. Bu razılaşma ilə Türkiyə Rusiyadan “S-400” alan ilk NATO ölkəsi olub. Razılaşma çərçivəsində 1,3 milyard ABŞ dolları dəyərində olan ilk tədarük 2019-cu il iyul ayından etibarən çatdırılıb.
İranın bəhs olunan silaha sahiblənmək istəyi bu ölkənin hərbi arsenalının gücləndirilməsi zərurətinin yarandığı anlamına gəlir. Belə zərurətlər isə bir qayda olaraq müharibə risklərinin artığı məqamlarda ortaya çıxır. Ekspertlər bildirirlər ki, bu silahlar İranın həm hücum, həm də müdafiə imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər. Yeri gəlmişkən, ayrı-ayrı dövlətlər İranın Rusiyadan “S-400” raket-zenit sistemləri tədarük etmək istəyinə düşməsini narahatlıqla qarşıladıqlarını gizlətməyiblər. Öz növbəsində İsrail bunun İranın nüvə proqramına potensial zərbə ehtimalını məhdudlaşdıracağından ehtiyat edir. İsrail və ABŞ-dakı mənbələr bildiriblər ki, İranın Rusiyadan zenit-raket sistemi alması ehtimalı Təl-Əvivdən zərbə endirmə qərarını sürətləndirə bilər.
İran sərhədlər yaxınlığında hərbi təlimlər keçirməklə kimi təhdid etmək istəyir?
İranın və Ermənistanın regionda müharibə ab-havasını gücləndirən koordinasiyalı davranışlarının ilk növbədə Azərbaycana qarşı yönəldiyi heç kimdə şübhə doğurmur. Bu iki ölkə yeni müharibə gərginlikləri yaradan spekulyativ sövdələşmələrə rəvac verirlər. Burada İranın təhrikedici rolu qabarıq şəkildə nəzərə çarpır. Qonşuluğunda güclü Azərbaycanın olmasını həzm edə bilməyən bu ölkə postmüharibə mərhələsində hansısa bir səbəbdən sərhəd təəssübkeşliyini gündəmə gətirib. Azərbaycan Vətən müharibəsində qazandığı Qələbə sayəsində öz sərhədlərinə çıxıb və pespektivdə qonşu dövlətlərlə sərhədləri dəyişmək niyyətində deyil. İranın indiki məqamda sərhəd təəssübkeşliyindən danışmasının isə heç bir məntiqi izahı yoxdur. Üç onillik ərzində Azərbaycanla İran arasındakı 132 kilometr uzunluğunda sərhəd pozulmuşdu və bura nəzarət işğalçı Ermənistana keçmişdi. İran isə sərhədlərin belə kobud şəkildə pozulmasına görə hər hansı bir narahatlıq ifadə etmirdi. Bəs indi tarixi ədalət bərpa olunduğu halda İranı narahat edən nədir?
İran rejimi Azərbaycana qarşı qəzəbini və qısqanclığını həm də əzələ göstərməklə nümayiş etdirməyə çalışır. Ötən ilin oktyabr ayının 17-19-da İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Şərqi Azərbaycan və Ərdəbil vilayətlərindən keçən Araz çayı sahillərində “Qüdrətli İran” şərti adı verilən hərbi təlimlər keçirdi. Təlimlərdə hərbçilərin Araz çayı üzərində sürətlə texnika və qüvvənin köçürülməsi üçün istifadə edilən üzən körpülərin qurulması bacarıqları yoxlanılıb. Daşınan körpülər 60 tona qədər çəkiyə tab gətirə bilir. Körpü 227 metr uzunluq və 7 metr en parametrləri çərçivəsində quraşdırılıb. Qeyd olunan bu göstəricilər tankların və şəxsi heyəti daşıyan nəqliyyat vasitələrinin keçməsi üçün məqbul hesab edilir.
İran nə üçün bu təlimləri Azərbaycanla sərhədlərinin yaxınlığında təşkil etdi? Bu ölkə Araz çayı üzərində ağırtonnajlı daşınan körpü quraşdırıb hansı dövlətin ərazisinə keçmək niyyəti güdür, görəsən? İran rejiminin məntiqi və baxışları çox primitivdir. Təlimlərin keçirilməsində məqsəd, heç şübhəsiz ki, Azərbaycanı qorxutmaq idi. Ancaq burada mollakratiya böyük səhvə yol verir. Azərbaycan yenilməz iradəyə və güclü Orduya malikdir. Yeri gəlmişkən, İranın düzənlədiyi aşağı səviyyəli təlimlərə cavab olaraq Azərbaycan və qardaş Türkiyə yenə də sərhədlərin yaxınlığında birgə təlimlər təşkil etdilər. Bu təlimlərin “Qardaş yumruğu” adlandırılması da təsadüfi deyil. Bakıya dil uzadan, əzələ nümayiş etdirmək istəyən İranın siyasi hakimiyyətinə “qardaş yumruğu” göstərildi. Bu, “İran, yerində dinc otur!” mesajı idi. Burada Prezident İlham Əliyevin 2022-ci il 25 noyabr tarixində ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışında ifadə etdiyi aşağıdakı fikirləri xatırlatmaq da yerinə düşər: “Mən İranın üç prezidenti - Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi”, - deyə dövlətimizin başçısı bildirib. Fikirlərinə davam edən Prezident İlham Əliyev vurğulayıb: “Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək”.
Ermənistana Aİ missiyasının gəlməsi eskalasiya riskini artırır
Regionda müharibə ab-havasını gücləndirən digər bir amil məğlub Ermənistanın revanşizm cəhdləridir. Ermənistan hakimiyyətinin təmsilçilərinin verdikləri açıqlamalardan məlum olur ki, bütün dünya 44 günlük müharibənin nəticələrini qəbul etdiyi halda, bu ölkə hələ də “bəlkə də, qaytardılar” xülyasına qapanıb. Məğlub ölkə qalib Azərbaycanın sülh təklifinə adekvat cavab verməyib, əksinə absurd şərtlər irəli sürüb. Ermənistanın missiya avantürası da regionda yeni müharibə risklərini artırıb. Məlum olduğu kimi, Avropa İttifaqı (Aİ) baş nazir Nikol Paşinyanın müraciəti əsasında Ermənistana uzunmüddətli mülki missiyanın göndərilməsi ilə bağlı qərar verib. Missiya bütövlükdə, 200 nəfər heyəti əhatə edəcək və iki il müddətində Ermənistanda qalacaq. Artıq Aİ-nin missiyasının heyəti məğlub ölkədə yerləşməyə başlayıb. Ancaq bu missiyanın Ermənistana xoş məramla göndərilmədiyini deməyə ciddi əsaslar var.
- Birincisi, missiyanın qarşısına “mülki” sözünün gözdən pərdə asmaq üçün əlavə edildiyi məlum olub. Belə ki, missiya əslində hibrid tərkibə malikdir. Verilən məlumatlara görə, burada Fransa jandarmeriyasının təxminən 70 üzvü təmsil ounacaq. Eyni zamanda, Ermənistana göndərilən Aİ missiyasında Almaniyadan 15 polis əməkdaşı iştirak edəcək. Almaniya Ermənistana göndərilən Aİ missiyasının tərkibində öz heyətinin sayını artırmaq niyyətini ifadə edib. Bu barədə Almaniya kansleri Olaf Şolts Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra verdiyi açıqlamada bildirib. Göründüyü kimi, artıq söhbət yalnız mülki missiyadan getmir, onun tərkibində Avropanın ayrı-ayrı dövlətlərinin güc strukturlarının nümayəndələri də təmsil olunacaqlar. Bu isə tamam fərqli anlama gəlir.
- İkincisi, Aİ missiyasının Azərbaycanla Ermənistan arasındakı sərhədlərdə monitorinq aparacağı bildirilir. Söhbət hansı sərhədlərdən gedir? Axı Azərbaycan davamlı səylər göstərsə də, Ermənistan sərhədlərin delimitasiya və demarkasiya olunması istiqamətində hər hansı bir addım atmaq istəmir. Digər tərəfdən, Aİ missiyasının regiona göndərilməsi Azərbaycanla razılaşdırılmayıb ki, bu da ciddi suallar yaradır.
- Üçüncüsü, Aİ-nin hibrid missiyasının Ermənistanda yerləşdirilməsi regionda maraqları olan və Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində əsas vasitəçilərdən biri qismində çıxış edən Rusiyanı narazı salıb. Bu, əslində Rusiyanın vasitəçilk missiyasının üstünə kölgə salır. Yeri gəlmişkən, Rusiya rəsmiləri sözügedən missiyanın Ermənistanda yerləşdirilməsinə etiraz etdiklərini açıq mətnlə diqqətə çatdırırlar. Bir neçə gün bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı olub. Telefon danışığı zamanı Rusiyanın təmsilçisi Aİ missiyasının Ermənistana gəlməsinin regionda eskalasiya riski yaratdığını da vurğulayıb. Əlavə edək ki, Aİ missiyasının Ermənistana gəlməsindən sonra şərti sərhədlər boyunca və Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində ermənilər tərəfindən törədilən təxribatların sayı daha da artıb.
Göründüyü kimi, proseslər regionu yeni müharibəyə doğru aparır. Bunun bütün məsuliyyəti isə Ermənistanın və İranın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Hələlik gec deyil, geridönüş etmək mümkündür. Bundan ötrü hər iki ölkənin siyasi hakimiyyətləri əsassız ambisiyalardan, düşmənçil?kdən və qərəzçilikdən əl çəkməli, xoş məram ortaya qoymalıdırlar.
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46

