/ / Sabunçu rayonunda “Vətənə Hazıram–Hərbi Hazırlıq və Vətənpərvərlik Məktəbi” adlı layihə həyata keçirilib
Sabunçu rayonunda “Vətənə Hazıram–Hərbi Hazırlıq və Vətənpərvərlik Məktəbi” adlı layihə həyata keçirilib
20.10.2025 [15:26]
14-17 oktyabr tarixlərində YAP Sabunçu Rayon Təşkilatı, Bakı Gənclər Mərkəzi və Milli Müdafiə Universitetinin nəzdində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə 4 günü əhatə edən “Vətənə Hazıram–Hərbi Hazırlıq və Vətənpərvərlik Məktəbi” adlı layihə həyata keçirilib.
Layihənin açılış tədbirində əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Layihəni giriş nitqi ilə açan YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov gəncləri salamlayaraq layihənin əhəmiyyətindən bəhs edib və onlara uğurlar arzulayıb. Qeyd olunub ki, bu layihə gənclərin milli vətənpərvərlik ruhunda yetişdirilməsi, hərbi hazırlıq səviyyəsinin artırılması, hərbi xidmətin mahiyyətinin izahı və lider gənclərin yetişdirilməsi istiqamətində mühüm addımdır.
Daha sonra çıxış edən Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva bildirib ki, layihədə iştirak edəcək gənclər Azərbaycan Ordusu haqqında ilkin nəzəri və praktiki biliklər qazanacaq, intizam və komanda bacarıqlarını inkişaf etdirəcəklər.
Çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov gənclərdə milli-mənəvi dəyərlərə sədaqət və vətənə bağlılıq hissinin möhkəm olması üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyindən bəhs edib. Bildirilib ki, layihə gələcək nəsillərin dövlətinə və ordusuna sədaqətli, güclü və məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edəcək.
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Bəhruz Məmmədzadə və İctimai Birliyin üzvü Seymur Aslanov hərbi nizamnamə və intizamın əsasları, əməliyyat taktikasına giriş və qərarvermə üsulları haqqında çıxış edərək sonda gənclərin suallarını cavablandırıblar.
Layihənin ikinci və üçüncü günlərində gənclər Milli Müdafiə Universitetinin nəzdində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində olublar. İştirakçılar hər komanda 5 nəfərdən ibarət olmaqla 5 komandaya bölünərək “Atəş hazırlığı”, “Hərbi topoqrafiya” və “Trenajorlar” bölmələrində nəzəri və praktiki biliklərə yiyələniblər. Həmçinin hərbi texnika və avadanlıqlar, sağlamlıq, təhlükəsizlik və təxliyə qaydaları haqqında maarifləndirici məlumatlarla tanış olublar. Təlimlərdən sonra gənclər 18 oktyabr Müstəqilliyin Bərpası günü münasibətilə təlim-tədris mərkəzində təşkil olunan konsert proqramını izləyiblər.
Layihənin 4-cü günündə iştirakçıların komanda və fərdi bacarıqları əsasında qiymətləndirmə aparılıb. Sonda müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri elan olunub. Layihədə iştirak edən gənclər sertifikatlarla təltif olunublar.
Qeyd edəki ki, layihədə Bakı Gənclər Mərkəzinin könüllüləri və Sabunçu rayonu ərazisində fəaliyyət göstərən kolleclərin tələbələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49

