Əmək pensiyaları 9 faizə yaxın artacaq
16.01.2026 [10:39]
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev bildirib ki, ötən il əmək pensiyalarında 8,1 faiz səviyyəsində indeksləşdirilmə aparılıb, lakin orta aylıq göstərici həmin faiz göstəricisindən də yuxarı olub, yəni 9 faizi ötüb. Bildirilib ki, pensiyalarda artım “Əmək pensiyaları haqqında” qanunda nəzərdə tutulduğu kimi indeksləşdirmə yolu ilə həyata keçirilir. “Bu, Dövlət Statistika Komitəsinin elan etdiyi əvvəlki ilin orta aylıq əməkhaqqı məbləğinin nominal artım göstəricisinə uyğun şəkildə həyata keçirilir. Hələ ki, bu göstərici rəsmi şəkildə açıqlanmayıb. Lakin çox güman ki, yaxın günlərdə bununla bağlı rəsmi açıqlama olacaq və gözləntimiz ondan ibarətdir ki, operativ məlumatlara görə əmək pensiyalarında artım, indeksləşdirmə tətbiq ediləcək artım hesabına 9 faiz ətrafında olacaq.
Z.Mirzəyev bildirib ki, ötən il əmək pensiyalarının illik indeksləşdirilməsi (8,1 faiz) ilə bağlı DSMF-nin büdcəsindən əlavə 520 milyon manat vəsait ayrılıb. “2025-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqı 16 faiz artırılaraq 400 manata çatdırılıb: Eyni zamanda, 2025-ci il fevralın 1-dən minimum pensiya 14,3 faiz artırılaraq 320 manat müəyyən edilib. Nəticədə, ötən il orta aylıq pensiya 2024-cü illə müqayisədə 9,3 faiz artaraq 543 manata, yaşa görə pensiya isə 9,1 faiz artaraq 578 manata çatıb. 2025-ci ildə pensiya ödənişlərinə 7,1 milyard manat vəsait xərclənib ki, bu da əhaliyə yönəldilən ümumi sosial ödəniş xərclərinin 97,6 faizdən çoxunu təşkil edib.
Fond sədrinin sözlərinə görə, hazırda pensiya alanların ümumi sayı 1 milyon 98 min 651 nəfərdir. Orta aylıq pensiya hazırda orta aylıq əməkhaqqının 49,9 faizini, yaşa görə pensiya isə 53,2 faizini təşkil edir. Bu göstəricilər beynəlxalq təşkilatların tövsiyə etdiyi 40-60 faizlik mütənasiblik normativlərinə uyğundur.
Ötən il 76 min aztəminatlı ailənin 335 mindən çox üzvünə isə ünvanlı sosial yardım ödənilib. Onlara DSMF-nin büdcəsi hesabına 420 milyon manat ünvanlı sosial yardım ödənilib: “2025-ci il dekabrın 22-də Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2025-ci il dekabrın 30-u tarixinə 200 manat ünvanlı dövlət sosial yardımı alan hər bir ailəyə birdəfəlik ödəniş üçün dövlət büdcəsindən 15 milyon 300 min manat ayrılıb.
Fond sədri vurğulayıb ki, 2022-ci ildən Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinə daxil edilən dövlət icbari şəxsi sığorta ödənişləri üzrə ötən il 11 minə yaxın şəxsin müraciətinə baxılıb və onlara 25 milyon manat ödəniş edilib: “Prezidentin 2021-ci il fərmanına əsasən, 1997-ci ilin avqustuna qədər əlilliyi müəyyən edilmiş 26 min şəxsin sənədləri araşdırılıb. Bu günə qədər 17 794 şəxsə əlillik dərəcəsindən asılı olaraq 4400, 6600 və 8800 manat məbləğində birdəfəlik ödənişlər edilib. Bu məqsədlə dövlət büdcəsindən 115,2 milyon manat vəsait xərclənib.
Nardar
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

