/ / Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fəaliyyətini davam etdirir
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fəaliyyətini davam etdirir
19.05.2016 [10:12]
Mayın 16-17-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Avropa İttifaqının və Avropa Şurasının birgə maliyyələşdirdiyi, Avropa Şurası tərəfindən həyata keçirilən “Proqram Əməkdaşlıq Çərçivəsi” layihəsi üzrə “Çirkli pulların yuyulmasına qarşı mübarizə” və “İstintaq sövdələşməsi” mövzularında tədbir keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun, Daxili İşlər, Vergilər, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin, Auditorlar, Hesablama palatalarının, Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinq Xidmətinin nümayəndələri və birinci instansiya məhkəmələrinin hakimləri iştirak ediblər.
Baş İdarənin təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tədbirdə çıxış edərək korrupsiyaya qarşı mübarizənin Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti olmasını vurğulayıb. O, bu mübarizənin möhkəm siyasi iradəyə əsaslandığını qeyd edib, bu sahədə ölkə daxilində, eyni zamanda, beynəlxalq səviyyədə əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirib.
İki gün davam edən tədbirdə Avropa Şurasının ekspertləri Nikol Voorhuis, Conatan Fişer və Cedric Bourgeois çirkli pulların yuyulmasına qarşı mübarizənin aspektləri, bu kateqoriyadan olan cinayətlərlə mübarizə sahəsində müsbət təcrübə, istintaq sövdələşməsi institutunun ölkəmizdə tətbiqi yolları barədə təqdimatlar edilib.
Qarşılıqlı müzakirə formatında baş tutan tədbirlərdə çirkli pulların yuyulmasına qarşı mübarizə və istintaq sövdələşməsi ilə əlaqədar tədris tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə icra olunub, iştirakçıları maraqlandıran suallar ətraflı müzakirə edilib.
Azərbaycan Respublikasının prokurorluq orqanları korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, digər dövlətlərin hüquq mühafizə orqanları və ixtisaslaşdırılmış antikorrupsiya qurumları ilə əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33

