AHİK-də əməkçi miqrantların sosial-iqtisadi problemləri müzakirə olunub
15.07.2016 [09:51]
İyulun 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyevin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakla görüşü olub.
Konfederasiyadan AZƏRTAC-a bildiriblər ki, görüşdə S.Mehbalıyev miqrasiya sahəsində mövcud olan vəziyyətdən danışıb. Qeyd edib ki, bu gün dünyada 200 milyondan çox insan öz ölkəsindən kənarda yaşayır. İstehsal olunan ümumi daxili məhsulun təxminən onda biri miqrantların payına düşür. Beynəlxalq Əmək Təşkilatının hesablamalarına əsasən, 95 milyon adam öz ölkəsini iş axtarmaq məqsədilə tərk edib. Ümumilikdə miqrant işçilər ailə üzvləri ilə birlikdə beynəlxalq miqrantların 90 faizi qədərdir. Bunlar əsasən 20-45 yaş arasında olan şəxslərdir və 40 faizi kasıb ölkələrin vətəndaşlarıdır. Təbii ki, miqrantlar əsasən inkişaf etmiş ölkələrə üz tuturlar. Statistik məlumatlar göstərir ki, əməkçi miqrantların 50 faizi qadınlardır.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, siyasi sabitlik, dinamik inkişaf, tolerant cəmiyyət, beynəlxalq əməkdaşlığın geniş vüsət alması ölkəyə kapital axınını sürətləndirib, xarici sərmayədarlar və miqrantlar üçün cəlbedici mühit formalaşdırıb.
S.Mehbalıyev vurğulayıb ki, son illər miqrasiya siyasətini ölkənin iqtisadi inkişafının milli maraqlarına və tendensiyalarına uyğunlaşdırmaq məqsədilə bir sıra mühüm addımlar atılıb. Belə ki, 2014-cü il fevralın 28-də Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş imzalanıb.
AHİK sədri məlumat verib ki, ölkədə miqrasiya ilə bağlı problemlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclisində də müzakirə edilib. AHİK-in irəli sürdüyü bir sıra təkliflər Nazirlər Kabineti və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası ilə bağlanmış üçtərəfli Baş Kollektiv Sazişdə öz əksini tapıb. Miqrasiya siyasətinə dair işçi qrup, əməkçi miqrantların sosial-iqtisadi problemlərinin həlli üçün həmkarlar ittifaqı təşkilatlarının uzunmüddətli Fəaliyyət Proqramı yaradılıb. İllik hesabat sistemi tətbiq edilib və fəaliyyət göstərir. Bu hesabat sistemi proseslərə nəzarət etməyə, informasiya mübadiləsi aparmağa və müəyyən edilmiş fəaliyyəti, o cümlədən əmək miqrantlarının hesabına həmkarlar ittifaqlarının sıralarını genişləndirməyi planlaşdırmağa imkan verir. Azərbaycan, rus və ingilis dillərində müxtəlif bukletlər hazırlanıb.
Diqqətə çatdırılıb ki, AHİK bir neçə beynəlxalq təşkilatla əməkdaşlıq haqqında ikitərəfli sazişlər imzalayıb. Beynəlxalq Əmək Təşkilatı, Ümumhəmkarlar İttifaqları Konfederasiyası, Beynəlxalq Miqrasiya Təşkilatı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz və digər beynəlxalq təşkilatlar ilə birgə hədəf layihələr, seminarlar, treninqlər təşkil olunur.
S.Mehbalıyev daha sonra deyib ki, insanlar, xüsusən də gənclər miqrasiya yolunda həmişə çətinliklərlə qarşılaşırlar. Onlar əhəmiyyətli maliyyə xərcləri, qohumlar ilə ayrılıq, adi həyat şəraitinin dəyişməsi, başqa dil, yeni adamlar, qanunlar və davranış qaydaları ilə qarşılaşır, bunların qəbul və riayət edilməsində, tələb olunan əlaqələrin qurulmasında çətinliklər çəkir, bir çox digər problemlərlə rastlaşırlar. Məqsədlərinə çatmaq, nailiyyətlər qazanmaq üçün onlara yeni lazımi biliklərin əldə olunmasında yardımlar edilməlidir. Bunlar ölkəyə giriş və çıxışın, istənilən razılıqların əldə edilməsi, dövlətdə əmək fəaliyyəti zamanı hüquq və vəzifələrin əvvəlcədən öyrənilməsi və başqa hallar üzrə biliklərin öncədən əldə olunmasıdır. Həmkarlar ittifaqları təşkilatları bu işlərdə yaxından iştirak etməyə çalışır, işləməyə gələnlərin əməyinin yerli əhalinin işi kimi qiymətləndirilməsi üçün mübarizə aparırlar. Öz məqsədlərinə nail olmaq istəyənlərə, ailəsinin rifahı naminə evdən kənarda çalışanlara tövsiyə edilir ki, həmkarlar ittifaqlarına üzv olsunlar. Nəticədə miqrantlar işəgötürənin özbaşınalığından qorunar, əmək haqqının artırılması və qanuniləşdirilməsi üçün müəssisə rəhbəri ilə müqavilə bağlamaq imkanı əldə edərlər.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Serhan Aktoprak qeyd edib ki, təmsil etdiyi təşkilatın Azərbaycan Həmkarlar İttifaqları ilə qarşılıqlı əməkdaşlığının daha da genişləndirilməsi və inkişaf etdirilməsi baxımından hazırkı görüşün böyük faydası var. Əməkçi miqrantların üzləşdiyi problemlərin həlli ilə bağlı AHİK-in atdığı addımları təqdir edən qonaq bildirib ki, bu sahədə gələcəkdə də birgə səylərin artırılmasına xüsusi önəm veriləcək.
Görüşdə müzakirə olunan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

