YAP Siyəzən rayon təşkilatı seçkilərə uğurla start verib
17.09.2013 [10:09]
Siyəzənlilər sabitliyin və inkişafın qarantı cənab İlham Əliyevə səs verəcəklər
YAP tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Siyəzən rayonu üzrə Seçki Qərargahı sentyabrın 16-da rayonunun Sədan kəndində kənd əhalisi ilə görüş keçirib. Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bildirib ki, ölkədə mövcud olan siyasi-ictimai sabitlik Azərbaycanın günü-gündən güclənməsinə və çiçəklənməsinə şərait yaradıb. O, qeyd edib ki, bu gün də ölkəmiz sürətlə inkişaf edərək regionun lider dövlətlərindən birinə çevrilir: “Siyəzən də respublikada gedən ümumi inkişafdan kənarda qalmayıb, tərəqqi edib, yeniləşib, daha da müasirləşib. İndi bu rayonun adı çəkiləndə göz önünə yaşıllıqlar qoynunda cilvələnən bir yaşayış məkanı gəlir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının Siyəzəndə uğurla icrasından sonra rayonda məhz belə bir mənzərə yaranıb”.
Daha sonra çıxış edən millət vəkili Tahir Süleymanov son illərdə ölkədə aparılan uğurlu iqtisadi islahatlardan bəhs edib. Natiq bildirib ki, vətəndaşların rifah halının yaxşılaşdırılması, aztəminatlı ailələrin sosial müdafiəsi dövlətimizin və onun başçısının daim diqqət mərkəzindədir. Millət vəkili deyib ki, dünyada gedən qlobal proseslər fonunda ölkəmizin dayanıqlı inkişafı və regional güc mərkəzi kimi formalaşması onun qüdrətini bir daha sübut edir: “Ölkəni isə bu qüdrətli hala heç şübhəsiz ki, ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət gətirib. Bu baxımdan Azərbaycan xalqı, əziz siyəzənlilər, öz seçimlərini həmişə düzgün ediblər və biz inanırıq ki, bundan sonra da onlar məhz uğurlu və dinamik inkişafa səs verəcəklər”.
Öz növbəsində çıxış edən kənd sakinləri bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən bütün işlər yalnız ölkəmizin uğurlu inkişafına xidmət edir: “Bu yolda hörmətli Prezidentimizə uğurlar diləyir və bütün Azərbaycan xalqını dövlət başçısı İlham Əliyevə səs verməyə çağırırıq”.
Daha sonra Siyəzən rayonunun Dağquşçu kəndində də əhali ilə görüş keçirilib.
Dağquşçu kənd orta məktəbinin direktoru Rüstəm Məhərrəmov bildirib ki, Prezident İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində keçirilən bu tədbirdə iştirak etdiyi üçün özünü çox xoşbəxt hiss edir: “Son dövrlərdə təhsil sahəsində aparılan islahatlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Bu günlərdə bizim məktəbimizin yeni korpusu tikilərək, istifadəyə verilib. Bu, bizi olduqca sevindirir. Azərbaycan təhsil sistemi bu gün dünyanın aparıcı təhsil sistemləri ilə müqayisə olunan səviyyədədir. Bu səviyyəyə çatmaqda isə Prezident İlham Əliyevin xüsusi xidməti var. Məhz buna görə də Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməlidir”.
Siyəzən rayonu Dağquşçu kənd sakini Abbas Abbasov da bildirib ki, Azərbaycan hərtərəfli inkişaf edərək bir çox dövlətlər arasında lider ölkəyə çevrilib: “Bu isə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin məntiqi nəticəsidir. Biz İlham Əliyevi dəstəkləyirik və hamımız bir nəfər kimi İlhamlı gələcəyə səs verəcəyik”.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45

