Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü Nizami rayonunda qeyd edilib
19.11.2013 [09:06]
Sədaqət Vəliyeva: YAP Nizami rayon təşkilatı sağlam düşüncəli və möhkəm əqidəli 10500 nəfərə yaxın partiya üzvünü öz ətrafında birləşdirib
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21-ci ildönümü və partiyanın Nizami rayon təşkilatının 20 illik yubileyi “Hidromaşservis” ərazi ilk partiya təşkilatında qeyd edilib.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının “Hidromaşservis” ərazi ilk partiya təşkilatının sədri Əhməd Hümbətov qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında, ölkəmizin regionun liderinə çevrilməsində özünəməxsus rol oynayan Yeni Azərbaycan Partiyasının təsis olunmasından 21 il ötür: “Bu, bir həqiqətdir ki, ötən 21 ildə şərəfli bir tarix yazan YAP keçən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır”.
Çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva partiyanın yaranma tarixi, 21 ildə keçdiyi inkişaf yolu, uğurları, ictimai-siyasi həyatdakı müstəsna xidmətləri haqqında məlumat verib, YAP-ın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə hər sahədə dinamik inkişafa nail olunduğunu bildirib.
Millət vəkili qeyd edib ki, YAP Naxçıvan şəhərində təsis edildikdən sonra bu partiyanı ilk dəstəkləyənlərin sırasında Nizami rayon ziyalıları da olub: “Həmin dövrdə Nizami rayon ziyalıları təqiblərdən və təzyiqlərdən çəkinməyərək YAP-ın rayon təşkilatının yaradılması üçün fəaliyyətə keçiblər və 1993-cü ilin sentyabrında təsis konfransı keçirilərək, YAP-ın rayon təşkilatı yaradılıb. Bu gün fəxrlə və inamla deyə bilərəm ki, YAP Nizami rayon təşkilatı sağlam düşüncəli, möhkəm əqidəli, cənab Prezidentin daxili və xarici siyasətini dərindən başa düşən, onu ürəkdən bəyənən və dəstəkləyən 10500 nəfərə yaxın partiya üzvünü öz ətrafında birləşdirib”.
Fikirlərini tədbir iştirakçıları ilə bölüşən millət vəkili Ayaz Orucov isə bildirib ki, Ümummilli lider Heydər Əliyev YAP-ın ideoloji məramını, siyasi proqramını, strategiyasını müəyyən etməklə, həm də Azərbaycanın müstəqil dövlət kimi inkişaf platformasının istiqamətlərini hazırladı: “1993-cü il oktyabrın 3-də YAP-ın Sədri Heydər Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi partiyanın həyatında yeni dövrün əsasını qoydu.
Bu bir danılmaz həqiqətdir ki, YAP-ın cəmiyyətdə daha da güclü siyasi təşkilata çevrilməsində Ulu öndər Heydər Əliyevin siyasi xəttini davam etdirən, Onun layiqli davamçısı, partiyanın Sədri, Prezident İlham Əliyev amili mühüm rol oynayır. Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, həyata keçirilən siyasəti dəstəkləməsi, gələcəyə böyük inamla addımlaması YAP-a olan inam və məhəbbəti daha da gücləndirib”.
Sonra tədbirdə çıxış edən “Hidromaşservis” ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin sədri İslam Kərimov, Qadınlar Şurasının sədri Nübar İsmayılova, İdarə Heyətinin üzvü Nizami Həsənov və digərləri partiyanın ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında oynadığı əhəmiyyətli roldan söz açıblar.
Daha sonra tədbirdə 9 oktyabr 2013-cü il prezident seçkilərində fəal iştirakına görə, YAP Nizami rayon təşkilatının “Hidromaşservis” ərazi ilk partiya təşkilatı və bir qrup fəalı fəxri fərmanlarla təltif olunub, eyni zamanda, partiya sıralarına qoşulmuş yeni üzvlərə vəsiqələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxAnalitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28

