YAP - ən mütərəqqi partiyadır
22.11.2013 [09:09]
Bu fikir YAP Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının yığıncağında səslənib
YAP Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 21 illiyinə həsr olunmuş tədbir keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycanın dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatı idarə heyətinin üzvü, institutun direktoru Fəxrəddin İsmayılov bildirib ki, keçilən 21 il tərəqqi, inkişaf və yüksəliş mərhələsi, Azərbaycanın möhkəmlənməsi, öz yeri və rolunu dünyada gücləndirməsi, eyni zamanda, YAP-ın özünün qüdrətlənməsi, güclənməsi, möhtəşəm bir siyasi təşkilata çevrilməsi dövrü kimi xarakterizə olunur. YAP fəaliyyətə başlayandan cəmi 7 ay sonra partiyanın yaradıcısı, Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Xalqımızın Ulu öndərə, Onun yaratdığı partiyaya bağladığı ümidlər ardıcıl olaraq həyata keçirilməyə başlandı. Beləliklə də bu gün şərəflə qeyd etdiyimiz 21 illik tarixi yaşadıq. Partiyamızın bu 21 illik tarixi onun yaradıcısı Ulu öndər Heydər Əliyevin ideyalarına sədaqət örnəyidir. Ötən müddət ərzində YAP daim qalib olub, hər bir sınaqdan, çətinliklərdən uğurla çıxıb və özünü Azərbaycan xalqına qaliblər partiyası kimi təqdim edib.
F.İsmayılov bildirib ki, Azərbaycanın 22 illik müstəqillik tarixinin uğurları bu partiyanı yaradan Ulu öndər Heydər Əliyevin, Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğu kimi, eyni zamanda, bu ideyaların ətrafında sıx birləşən YAP-ın hər bir üzvünün böyük fədakarlıqları ilə əlaqədardır. YAP-ın möhtəşəmliyinin əsasında dayanan ilk növbədə Heydər Əliyev ideyalarıdır. Partiyanın gücü və əzəməti onun Sədri İlham Əliyevin Azərbaycanın Prezidenti kimi ölkəmizdə həyata keçirdiyi siyasətin uğurları, nailiyyətləri və qələbələridir. Partiyanın gücü, eyni zamanda, Azərbaycan xalqının YAP-a inamı, etibar və etimad göstərməsidir.
YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov qarşıda mühüm vəzifələrin dayandığını qeyd edib. Bildirib ki, məqsədimiz bundan sonra da Azərbaycan xalqına ləyaqətlə xidmət etməkdir. Məqsəd, eyni zamanda, partiyanın yüz minlərlə üzvünü Prezident İlham Əliyevin ətrafında sıx birləşdirərək, Onun müəyyənləşdirdiyi siyasətin uğur qazanmasına öz töhfələrini verməsinə əsaslar yaratmaq və onu təmin etməkdən ibarətdir. 9 oktyabr prezident seçkiləri xalqın Prezidentinə inamını, etimadını bir daha nümayiş etdirdi.
Professor Fikrət İsmayılov Yeni Azərbaycan Partiyasının zamanın tələbi ilə yarandığını önə çəkərək bu faktı xüsusi qeyd edib ki, partiyanın nüfuzunun, siyasi çəkisinin artmasını təsdiqləyən əsas amillərdən biri sıralarının kəmiyyət və keyfiyyət baxımından möhkəmlənməsidir. YAP respublikada 52 partiyanın fəaliyyət göstərdiyi bir dövrdə 600 mindən artıq üzvü öz sıralarında birləşdirməklə ümumxalq partiyası olduğunu nümayiş etdirir. Bu rəqəm də diqqətə çatdırılıb ki, bu gün YAP Yasamal rayon təşkilatının 26 mindən artıq üzvü var. Onlar 155 ilk ərazi təşkilatında birləşirlər. Təkcə ötən həftə YAP Yasamal rayon təşkilatına 350 nəfər üzv daxil olub.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə partiyanın keçdiyi 21 illik şərəfli yola qısa nəzər salıb. O deyib: “21 illik şərəfli tarixdə bu reallığı görürük ki, partiyanın yaradıcısı Ulu öndər Heydər Əliyev Azərbaycanı və xalqımızı tərəqqiyə doğru apararaq, bugünkü qüdrətli, zəngin, müstəqil Azərbaycanın əsasını qoymuşdur. Bu gün müstəqil Azərbaycanımız möhkəm təməl üzərində uğurla inkişaf edir, biri-birindən mühüm nailiyyətlərə imza atır”.
V.Rəhimzadə qeyd edib ki, yüz minlərlə insanı öz sıralarında birləşdirən YAP uğurlu fəaliyyəti ilə yarandığı gündən xalqın partiyasına çevrilib, ötən müddət ərzində ölkədə keçirilən seçkilərdə qələbələri ilə bu həmrəyliyi bir daha nümayiş etdirib. 9 oktyabr prezident seçkiləri bunun təsdiqidir. Sözlə əməl birliyi, partiya üzvlərinin Heydər Əliyev ideyalarına sədaqəti YAP-ın nüfuzunu daha da artırıb, ümumilikdə bölgənin aparıcı təşkilatı kimi mövqeyini möhkəmləndirib.
V.Rəhimzadə son on ildə Azərbaycanın uğurlarından bəhs edərək bildirib ki, bu nailiyyətlər Heydər Əliyev siyasətinin təntənəsidir. 2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir, gələcəyə böyük inamla yanaşılır. Düzgün qurulan siyasət ölkəni daim inkişafa, tərəqqiyə aparır. Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan böyük qürur hissi keçiririk. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, YAP-ın üzvü olmaq böyük məsuliyyətdir.
YAP Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının sədri Xıdır İbrahimov 21 ildə ölkəmizin iqtisadi, siyasi sahədə əldə etdiyi uğurlardan bəhs edib. Qeyd edib ki, bu gün Azərbaycanın iqtisadi möcüzələr ölkəsi kimi dünyada tanınması və nüfuz qazanması uğurlu islahatların nəticəsidir. İqtisadi tərəqqini rəqəmlərin dili ilə diqqətə çatdıran X.İbrahimov vurğulayıb ki, bu göstəricilər gündəlik həyatımızda da öz əksini tapır. Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi dövlətin siyasətində prioritet məsələdir. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ölkəmizin daim qüdrətlənməsinə, insanların sosial rifah halının yaxşılaşdırılmasına çalışıb. Bu, partiyanın siyasətində dövlətə, xalqa xidmətin öndə dayandığının təsdiqidir.
İnstitutun əməkdaşı Bəhruz Məmmədov çıxışında bildirib ki, dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən Yeni Azərbaycan Partiyasının keçdiyi 21 illik şərəfli yol gələcəyə daha böyük inamla baxmağa stimul verir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17

