YAP Nəsimi rayon təşkilatında veteran qadınlarla görüş keçirilib
24.10.2017 [10:07]
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyi münasibətilə oktyabrın 21-də YAP Nəsimi rayon təşkilatında veteran qadınlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ölkəmizin ən aparıcı siyasi qüvvəsi olan YAP-ın tarixindən, partiyanın müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsində, ölkəmizin inkişafındakı mühüm rolundan ətraflı danışıb. Deyib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin qətiyyəti və iradəsi ilə yaradılmış Yeni Azərbaycan Partiyası bu gün həm ölkə daxilində, həm də regionda lider partiyaya çevrilib.
Bildirilib ki, Ulu öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Azərbaycan bu gün xalq iqtidar birliyinin nəticəsində Ulu öndərin müəyyən etdiyi strateji xətlə inamla inkişaf edir. Bu xətti əzmlə irəli aparan isə Ulu öndərin layiqli varisi, praqmatik dövlət xadimi, dünya miqyasında böyük hörmət və nüfuza malik Prezident İlham Əliyevdir.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva Ümummilli liderin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycanın inkişafının yüksək səviyyədə olduğunu qeyd edib. O, Azərbaycan qadınlarının daim ölkəmizin inkişafına töhfə verməkdən məmnunluğunu bildirib. Nurlana Əliyeva deyib: “Qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasını təsis etdi. Qısa bir müddətdə bu Şuranın tərkibinə axın-axın qadınlarımız gəldi. Bu, Azərbaycan qadınına olan önəmin göstəricisidir. Bu gün Azərbaycan qadınları xarici ölkələrdə, beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil edirlər”.
BSU-nun rektoru bildirib ki, ölkəmizin bugünkü sabitliyinə və əmin-amanlığına görə ilk növbədə dövlətimizin başçısı İlham Əliyevə minnətdar olmalıyıq. Azərbaycan tarixində özünəməxsus yer tutan Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında da xüsusi rola malikdir. Çünki bu, ziyalılarımızın, vətənpərvərlərimizin məqsədini, arzusunu, mübarizəsini bir yerə toplamaq üçün yaradılmış bir partiyadır.
Daha sonra YAP Nəsimi rayon Qadınlar Şurasının sədri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, YAP Nəsimi rayon təşkilatı idarə heyətinin üzvü, Prezident təqaüdçüsü Səriyyə Əbilhəsənova çıxış ediblər. Bildirilib ki, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövləti ilə paralel addımlayıb. Bu gün Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının böyük rolu var. Bu nailiyyətlərin qazanılmasında hər bir partiya üzvümüzün böyük əməyi var. Bütün bu xidmətlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq və gələcək nəsillərə çatdırılacaq.
Sonra bir qrup veteran qadınlar mükafatlandırılıb.
Görüşdə Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Sahibə Qafarova, Sədaqət Vəliyeva, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və başqaları iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20

