Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milyarderlər nə istəyirlər?

Milyarderlər nə istəyirlər?

02.03.2022 [10:39]

Kim nə qədər itirdi?..

Nicat DİLQƏMLİ

Rusiya-Ukrayna müharibəsi səbəbindən tətbiq edilən sanksiyalar Rusiyalı oliqarxları da ciddi şəkildə narahat edir. Bəziləri, hətta Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara etiraz əlaməti olaraq Rusiya Prezidenti Putinlə dostluq əlaqələrini kəsməyə qərar veriblər. Bununla bağlı məlumatı “Reuters” yayıb. Məlumatda bildirilir ki, rus milyarderləri Mixail Fridman və Pyotr Aven Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Avropa İttifaqının tətbiq etdiyi “saxta və əsassız” sanksiyalardan şikayət edəcəklərini bəyan ediblər.

Avropa İttifaqı həftənin bazar ertəsi günü Fridman, Aven və onlarla digər rusiyalı məşhura qarşı sanksiyalar tətbiq edib. Aİ açıqlamasında Avenin Putinə ən yaxın oliqarx olduğu, Fridmanın isə Rusiyanın əsas maliyyəçisi və Putinin ətrafına yaxın köməkçisi olduğunu bildirib.

Biznesmenlər isə Fridman və Avenə qarşı tətbiq edilən sanksiyalardan dərindən məyus olduqlarını deyiblər.

Aven açıqlamasında qeyd edib ki, Avropa İttifaqının onun “Rosneft” şirkətinin direktoru İqor Seçenin ən yaxın dostu olduğunu iddia etməsi doğru olmazdı. Fridman isə onun guya Putin administrasiyası ilə sıx əlaqələrinin olduğu barədə yayılan məlumatın doğru olmadığını söyləyib.

“Forbes” nəşrinin məlumatında da  qeyd edilir ki, Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi Rusiyadan olan iri biznesmenlərin maddi durumuna ciddi şəkildə zərbə vurub. Belə ki, Roman Abramoviç 114 milyon dollar, Süleyman Kərimov və ailəsi 420 milyard dollar, Fridman isə 206 milyon dollar vəsait itiriblər. “Spartak”ın rəhbəri Leonid Fedun isə bir dəfəyə 631 milyon dollardan məhrum olub.

Lakin əhəmiyyətli dərəcədə böyük məbləğ itirənlər isə “Lukoyl” şirkətinin səhmdarı Vahid Ələkbərov və “Novateka” şirkətinin sahibinin ortağı Leonid Mixelson olublar. Təxminən bir o qədər də “Novateka” şirkətinin digər ortağı Henadi Timçenko itirib. Nəşrdə yazılır ki, onlar 2 milyard dollar itiriblər. Aleksey Mordaşov və Vladimir Lisinin isə 1.1 milyard dollar itirdikləri məlum olub.

Paylaş:
Baxılıb: 571 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30