Vətəndaş vətəndaşdır!
06.04.2023 [10:32]
Dinindən, dilindən, irqindən asılı olmayaraq...
Nicat Dilqəmli
Dünən axşam saatlarında eko-fəalların aksiya keçirdikləri yerin yaxınlığında baş verən hadisə Azərbaycanın humanizm prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirmiş oldu. Söhbət səhhətində problem yaranan üç erməni əsilli vətəndaşın Azərbaycanın təcili tibbi yardım avtomobili ilə Xankəndiyə çatdırılmasından gedir. Hadisənin tam olaraq necə baş verməsi barədə Xankəndi-Laçın yolunda halı pisləşən Qarabağ ermənilərinə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyev də danışıb: “Bizə məlumat verildi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə bir neçə erməninin halı pisləşib və onların tibbi yardıma ehtiyacı var. Dərhal iki təcili tibbi yardım avtomobili ilə hadisə yerinə yaxınlaşdıq. Dörd nəfərdən üçünün vəziyyəti nisbətən ağır idi”.
Həkimin sözlərinə görə, onlara yerindəcə ilkin tibbi yardım göstərilib: “Daha sonra onları nəzarətimiz altında Xankəndidəki xəstəxanaya sağlam şəkildə çatdırdıq”. Xankəndiyə daxil olanda sevinc hissi keçirdiklərini deyən həkim qeyd edib ki, onları postda saxlayanda Azərbaycan dilində danışıblar: “Erməni xəstələrin həyatını xilas etdik. Xəstəxanaya təhvil verdikdən sonra Şuşaya qayıtdıq”.
Ümumiyyətlə, Xankəndiyə ilk olaraq əsgərlərimizin yox, həkimlərimizin daxil olması reinteqrasiya prosesində mühüm məqamlardan biridir. Bu, həm də Azərbaycanın humanizm prinsiplərinə sadiqliyinin daha bir əyani nümunəsi idi.
Lakin bu məsələdə də Ermənistan tərəfi öz məkrli məqsədlərindən əl çəkmək niyyətində görsənmir. Erməni təbliğat maşınları Azərbaycanın bu humanist addımına da hər vəchlə müxtəlif donlar geyindirməyə çalışır. Fakt isə ortadadır. Artıq bütün dünya ictimaiyyəti üçün Azərbaycanın mövqeyi aydındır.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Milli Məclisin deputatı Tural Gəncəliyev bu məlumatla bağlı istər bəzi erməni KİV-lərində, istərsə də Teleqram kanallarında bəzi erməni blogerlərinin, erməni təbliğat maşınının əsas aparıcı qüvvələrinin hay-küy salaraq məsələyə başqa cür yanaşmaq istədiklərini bildirib. Deputat deyir ki, burada təəccüblü, qeyri-adi heç bir məsələ yoxdur: “Azərbaycanın Qarabağ bölgəsi Azərbaycanın suveren ərazisidir. Xankəndi şəhəri Azərbaycanın suveren ərazisində yerləşən Azərbaycan şəhəridir və Azərbaycan təcili tibbi yardım avtomobilinin Xankəndi şəhərinə getməsi, orada olan səhhətində problem yaranmış insanlara yardım etməsi ilə bağlı bu qədər ajiotaj, səs-küy yaradılmasını və erməni təbliğat maşını tərəfindən məsələnin belə bir təəccüblü şəkildə şişirdilməsini anlamaq olmur. Ümumiyyətlə, Azərbaycanın suveren ərazisində Azərbaycan təcili tibbi yardım avtomobilləri istənilən şəhərə, qəsəbəyə gedə bilər və orada olan insanlara kömək etməkdən ötrü hər zaman hazırdırlar. Qarabağda yaşayan sakinlərə gəldikdə, bir daha xatırladırıq ki, Azərbaycan reinteqrasiya məsələlərində israrlıdır. İstəyirik ki, Qarabağda yaşayan insanlar, müharibədən sonra darmadağın olunmuş, 30 il ərzində Ermənistan silahlı qüvvələrinin işğalı altında qalmış Qarabağ bölgəsi və orada girov kimi saxlanılmış insanların hamısı Azərbaycanın siyasi, iqtisadi, sosial həyatına, cəmiyyətimizə reinteqrasiya olunsunlar. Qarabağda olan erməni sakinləri ilə dialoq məsələsi üçün hazır olduğumuzu Azərbaycan tərəfi artıq bildirib”.
T.Gəncəliyev qeyd edib ki, Qarabağda yaşayan erməni sakinləri ilə dialoq aparmaq, onlarla məsələlərimizi qanunlarımız çərçivəsində həll etmək və bu məsələyə sırf Azərbaycanın daxili işi kontekstində yanaşmaq artıq heç kimdə şübhə doğurmamalıdır: “Dünən baş verənlər də bir daha onu göstərir ki, Azərbaycan tərəfi humanist mövqeyini göstərir. Bütün dünyaya bir mesaj veririk. Erməni təbliğat maşını, onların havadarları bir daha əmin olsunlar ki, Laçın yolu bağlı deyildir. Laçın yolunun guya blokadada olması ilə bağlı nağıllar danışan, dünyanın ictimai-siyasi dairələrini, dünya ictimaiyyətini aldadan həmin o təbliğatçılara da görk olsun. Əgər Laçın yolu blokadada olsa idi, onda səhhətlərində problem yaranan ermənilərin Xankəndinə aparılması da mümkün olmazdı. Hətta onların Azərbaycan təcili tibbi yardım avtomobili ilə aparılması göstərir ki, yol tam funksionaldır, fəaliyyət göstərir”.
“Ümumiyyətlə, xatırlatmalıyıq ki, Qarabağda yaşayan sakinlər əgər Azərbaycan Konstitusiyası, qanunları çərçivəsində yaşamağı qəbul etsələr, digər Azərbaycan vətəndaşlarının sahib olduqları kimi onlar üçün də imtiyazlar, üstünlüklər olacaq. Onların bütün hüquq və təhlükəsizlikləri təmin olunacaq və bu gün də olunur. Və beləliklə, onlar Azərbaycan vətəndaşları kimi qanunlar çərçivəsində Qarabağda yaşaya bilərlər, təbii ki, bu şərtləri qəbul etsələr”, - deyə T.Gəncəliyev fikirlərinə yekun vurub.
Xəbər lenti
Hamısına baxAnalitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17

