Türkiyənin sürətli inkişafı
13.05.2023 [10:40]
80 ildə olmayan, 20 ildə gerçəkləşdi
Günel ABBASOVA
Qardaş Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri Azərbaycanda da diqqətlə izlənilir, ciddi maraq doğurur. Türkiyənin bu seçkilərdə əldə edəcəyi uğurlar onun gələcək siyasi, iqtisadi, hərbi inkişafının yeni təməl daşlarının qoyulmasına səbəb olacaq...
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Musa Quliyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Türkiyənin son 20 ildəki inkişafı, AK Partinin hakimiyyətdə olması və cənab prezident Ərdoğanın uğurlu fəaliyyəti ilə bağlıdır:
“Ərdoğanın rəhbərliyi altında Türkiyə müstəqilliyinin yüz ilini qeyd edəcək. Türkiyə 80 ildə əldə etmədiyi nailiyyətləri 20 ildə qazandı. Dünyanın ən qabaqcıl, ən sayılıb, seçilən ölkələrindən birinə və söz sahibinə çevrildi. Artıq beynəlxalq siyasəti və idarəçiliyi təmsil edən, diktə edən, öz sözünü deyən və mövqeyini göstərən bir dövlətə çevrilib. Eyni zamanda Türkiyənin sənayesinin, sosial sahələrin, xüsusilə tibb sahəsinin inkişafı və əhalinin tibbi xidmətlərə əlçatanlılığının təmin olunması, iş yerlərinin açılması, istənilən halda təhsilin səviyyəsinin yüksəldilməsi insanların ümumi inkişafına və insan indeksi inkişafında Türkiyənin çox sürətlə irəliləməsinə gətirib çıxarıb. Şübhəsiz Türkiyənin hərbi sənayesinin inkişafı və Türkiyə ordusunun güclənməsi də Ərdoğanın rəhbərliyi dövründə Türkiyənin əldə etdiyi uğurlardan biridir. 44 günlük Vətən müharibəsində Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Ordumuzun, xalqımızın bir yumruq kimi birləşərək torpaqlarımızı işğaldan azad etməsi böyük bir tarixi hadisədir. Son 250 ilin ən böyük qalibiyyətidir və bu zəfərdə müharibənin başladığı ilk günlərdən qardaş Türkiyə bizim yanımızda oldu, Ərdoğan Azərbaycanın qələbəsi üçün mümkün olan bütün siyasi gedişləri etdi. Eyni zamanda Türkiyənin “Bayraktar”ları Azərbaycan səmasının qorunmasında və düşmənin yenilməsində olduqca böyük hərbi dəstək vermiş oldu. Azərbaycan hərbçilərinin qardaş Türkiyədə təhsil alması, müasir hərbi məktəb keçməsi də bizə bir qardaş dəstəyidir”.
Deputat qeyd edib ki, bir müddət əvvəl Yeni Azərbaycan Partiyasının bir qrup nümayəndəsi ilə Kahramanmaraş şəhərində olublar: “Orada insanlarımızın əhvali-ruhiyyəsi ilə tanış olduq. Baxmayaraq ki, bu bölgə Ərdoğanın əsrin fəlakəti adlandırdığı dəhşətli müharibənin episentrində yerləşən ərazilərdən biri idi. Evlərin 80%-dən çoxu dağılıb, ancaq insanların üzündə bir ümid və inam gördük. Sözsüz ki, bu ümid və inam indiki iqtidara olan inam idi. Onlar söylədi ki, bizim evlərimiz yıxılsa da, inamımız yıxılmayıb və inanırıq ki, bizim güclü dövlətimiz, liderimiz var. Eyni zamanda Azərbaycanın qardaş dəstəyinə böyük minnətdarlıq gördük. İstər Azərbaycan FHN-in xüsusi xilas etmə xidməti mütəxəssislərinin faəliyyətini, istər həkimlərin, istərsə də göndərilən çadırların və digər yardımların yüksək qiymətləndirildiyinə şahid olduq. Bu yaxınlarda ölkə başçısının tapşırığı ilə Kahramanmaraşda 1000 mənzilin tikilməsi qardaş ölkədə böyük məmnunluq və Azərbaycana minnətdarlıq hissi ilə qarşılandı. Biz hesab edirik ki, Türkiyə xalqı Ərdoğanın bu dövlət və millət üçün etdiklərini düzgün qiymətləndirirlər və bunun nəticəsi kimi 14 mayda biz AK partinin qələbəsinə şahid olacağımıza inanırıq. İlham Əliyevin də söylədiyi kimi, Türkiyə və Azərbaycan bir millət, iki dövlət, tək yumruq kimi qardaşlıq və dostluq əlaqələrini davam etdirəcək. Ölkə başçımızın da söylədiyi kimi, inanırıq ki, Ərdoğan seçkilərdə qalib gələcək və qalib rəhbər kimi ilk səfərini Azərbaycana edəcək”.
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Aydın Mirzəzadə bildirib ki, Türkiyədəki seçkilər böyük maraq kəsb edir: “Çünki Azərbaycana dost, qardaş və qonşu ölkənin dünya siyasətində rolu həddən artıq böyükdür. Bu gün nəinki regionun, o cümlədən dünyanın da problemlərinin həlli yarımçıq görünür. Bu baxımdan həm qonşu ölkələr, həm də dünyanın aparıcı ölkələri Türkiyədəki seçkilərə maraq göstərir. Hazırda gərgin, rəqabətli seçkil kompaniyası aparılır və kimin qalib gələcəyi seçicilərdən asılıdır. Şübhəsiz, seçkinin nəticələrinə bütün dünya hörmətlə yanaşacaq. Türkiyənin inkişafı göz qarşısındadır. Ötən illərdə Türkiyə özünün ümumdaxili məhsulunu xeyli artırıb. Türkiyə onun üçün yeni olan bir çox sahələrdə artıq gözə çarpan nəticələr əldə edib. Türkiyə öz inkişafına ilk növbədə daxili resurslarından maksimum və səmərəli istifadə etməklə nail oldu. Həmçinin ölkə iqtisadiyyatına xaricdən investisiya qoyulmasına da xüsusi diqqət yetirilir. Azərbaycan Türkiyənin kimya sənayesinə böyük investisiya qoyur. Petkim şirkəti Azərbaycanın investisiyası hesabına yaradılıb və Türkiyə iqtisadiyyatının inkişafına, Azərbaycana kənardan böyük gəlir gətirilməsinə səbəb olub. Azərbaycan üçün Türkiyə qardaş, dost ölkədir. Prezident İlham Əliyev bir müddəy əvvəl Türkiyədə olarkən ikitərəfli münasibətləri bir millət, iki dövlət, bir yumruq ifadəsi ilə qiymətləndirdi. Azərbaycan və Türkiyə bundan sonra da bir yerdə əməkdaşlıqla, birgə fəaliyyətlə dünyada gedən proseslərə birgə münasibətlə öz mövqelərini daha da möhkənləndirəcək, qardaşlıqlarını daha da bağlı edəcək”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32

