ABŞ-ın Ermənistana son ciddi xəbərdarlığı…
13.05.2023 [13:01]
Dövlət Departamenti hərbi təxribatlardan narahatdır
Şahanə XANKİŞİYEVA
ABŞ Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini diqqətdə saxlayır. Bunu, rəsmi Vaşinqtonun davranışları və addımları da təsdiqləyir. Təbii ki, burada Azərbaycanın tutduğu sülhpərvər mövqe xüsusi əhəmiyyət daşıyır. Qalib ölkə olaraq Azərbaycan bu gün humanist mövqedən çıxış edir, davamlı sülhün bərqərar olması üçün çalışır, stabilləşdirici faktor rolunu oynayır. Ağ Ev isə iki dövlət arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün mühüm perspektivlər yaratmağa çalışır. Bu mənada, mayın 1-dən 4-nə kimi davam etmiş Azərbaycan ilə Ermənistan XİN rəhbərləri arasında görüş də mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, görüşün yekunu olaraq tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Eyni zamanda, mayın 14-də Brüsseldə yeni görüşün keçirilməsi ilə bağlı razılıq da əldə edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib ki, Azərbaycan tərəfi, ötən il baş tutmamış və Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib.
Təssüfləndirici haldır ki, Ermənistan Azərbaycanın sülhpərvər çağırışlarına adekvat cavab vermir. Bunu bir neçə gündür davam edən hərbi təxribatlar da təsdiqləyir. Bu təxribatlar bəzi hallarda danışıqlar prosesinə mane olmaq istəyi kimi də qiymətləndirilir. Yeri gəlmişkən, bu hal sülh prosesində vasitəçi kimi iştirak edən ölkələrin də diqqətindən yayırmayıb. Belə ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib ki, Azərbaycanla Ermənistan arasında çox vacib sülh məsələsi ABŞ Dövlət Departamentinin bundan sonra da dərindən məşğul olacağı məsələdir. “İnanırıq ki, irəliyə doğru aydın bir yol var. Biz təbii ki, mayın əvvəlində bu iki ölkənin rəsmilərini qəbul etməkdən şad idik. İnanırıq ki, bu danışıqlar səmərəli olub və Brüsseldə başlayan danışıqların davamı üçün zəmin yaradıb və bu prosesin inkişafına şərait yaradacağıq”, - ABŞ Dövlət Departamentinin rəsmisi vurğulayıb.
Vedant Patel onu da qeyd edib ki, hərbi əməliyyatlar davamlı və ləyaqətli sülhə doğru əldə etdiyi tərəqqiyə xələl gətirir. ABŞ rəsmisinin nəzərdə tutduğu hərbi hərəkətlənmənin Ermənistan tərəfindən atıldığını nəzərə alsaq, Patelin açıqlamasını rəsmi İrəvan üçün xəbərdarlıq da saymaq mümkündür.
Məsələ ilə bağlı fikirlərini "Yeni Azərbaycan"la bölüşən politoloq İlyas Hüseynov da mayın 14-də Azərbaycan və Ermənistan liderlərinin Brusseldə görüş keçirəcəyini bildirib. Bu görüşdə regionda sülhün, təhlükəzliyin və sabitliyin əldə olunmasının yolları müzakirə ediləcək, sülh müqaviləsinin mətni ətrafında fikir mübadiləsi aparılacaq: "Amma biz görürük ki, Ermənistan təxribatlarından əl çəkmir, hərbi-siyasi nöqteyi nəzərdən regionda gərginliyin yaradılmasına çalışır. Lakin biz Ermənistanın bu hərbi təxribatlarının hansısa güc mərkəzləri böyük dövlətlər və ya təşkilatlar tərəfindən qınanıldığını görmürük. Çox istərdik ki, regionda sülhə təhdid yaradan Ermənistan rəhbərliyi sərt şəkildə qınanılsın. Eyni zamanda, biz ABŞ rəsmisinin məhz sülhün qorunmasına dair çağırışını Ermənistana mesaj kimi dəyərləndirə bilərik".
İ.Hüseynov onu da vurğulayıb ki, Ermənistanın bu addımlarının mahiyyətində sülh danışıqları öncəsi hazırlıqları pozmaq ehtimalı da var. Gərginliyin yaradılması bütün əldə olunan razılıqların üzərindən xətt çəkir. "Digər tərəfdən rəsmi Vaşinqton tərəfindən xarici işlər nazirləri səviyyəsində çox mühim təmaslar həyata keçirilib, razlıqlar əldə olunub. Baxmayaraq ki, fundamental məsələlərdə hələ də müəyyən ziddiyətlər qalmaqdadır. Təmasların daha da genişlənməsi məhz eskalasiya risklərinin minimallaşdırılmasına xidmət edir. Lakin biz görürük ki, hazırki vəziyyətdə Ermənistan tərəfi həm Vaşinqton vasitəsilə Azərbaycanla əldə olunan razılıqları heçə endirir, həm də Brusseldəki görüşün əhəmiyyətini aşağı salır. Burda digər bir məsələ isə bəzi güclərin regionda sülh istəməmələridir. Həmin güclər süni gərginlik vasitəsilə özlərinə siyasi dividend axtarışındadırlar və təssüfləndirici haldır ki, Ermənistan bu cür təxribatlara alət olur", - deyən politoloq əlavə edib ki, beləliklə Ermənistan sülhün pozulmasına xidmət edən prossesdə yer almış olur. Bu baxımdan ABŞ-ın mesajı Ermənistan üçün son ciddi xəbərdarlıq kimi dəyərləndirilməlidir”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32

