Türkiyə prosesdən kənarda deyil...
22.07.2023 [12:31]
Nardar
"Türkiyə hər zaman Azərbaycanın ədalətli mövqeyini birmənalı olaraq dəstəkləyib. Bu barədə yeniazerbaycan.com-a politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rus sülhməramlıları ilə bağlı açıqlamasının rəsmi Moskvada qıcıq yaratması ortadadır: “Mariya Zaxarova Türkiyənin üçtərəfli Bəyanatın tərəfi olmadığını iddia edir. Amma bunu da deməyi unudur ki, cənab Ərdoğanın mövqeyi məhz üçtərəfli Bəyanata əsaslanır. Həmin sənəddə açıq-aydın yazılıb ki, Rusiya sülhməramlı kontingentinin bölgədə qalma müddəti beş ildir. Əgər tərəflərdən biri istəməzsə, sülhməramlıların mandatı uzadılmayacaq. Eyni zamanda, üçtərəfli Bəyanata əsasən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb və hazırda Ağdamda fəaliyyətini davam etdirir. Bu isə o deməkdir ki, rəsmi Ankara prosesdən kənarda deyil və bu, sözügedən sənədlə təsbit olunub”.
Politoloqun fikrincə, sülhməramlılar öz öhdəliklərini tam yerinə yetirməlidirlər. “Doğrudur, Ermənistan rus sülhməramlılarının bölgədə qalmasında maraqlıdır. Çünki rəsmi İrəvan məhz sülhməramlılar vasitəsilə Qarabağdakı erməni separatçılarına dəstək verirlər. Amma Azərbaycan dövləti sülhməramlı kontingentin fəaliyyəti ilə bağlı bəzi məqamları açıq şəkildə bildirib. Buna səbəb sülhməramlıların 10 noyabr üçtərəfli Bəyanatının müddəalarını tam yerinə yetirməməsidir. Təəssüf ki, hələ də qanunsuz erməni hərbi dəstələrinin Qarabağdan çıxarılması təmin edilməyib. Bu məsələdə Rusiya sülhməramlı kontingeninin üzərinə məsuliyyət düşür. Laçın yolunda dövlətimiz tərəfindən sərhəd-buraxılış məntəqəsi qurulana qədər, sülhməramlıların himayəsi ilə Ermənistandan Qarabağ separatçılarına silah-sursat, o cümlədən mina daşınırdı. Eləcə də, xarici ölkələrdən Ermənistan vasitəsilə Qarabağa qanunsuz səfərlərin təşkil olunmasına göz yumulurdu. Buna görə də, dövlətimiz tərəfindən Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi yaradıldı. İndi Ermənistandan qanunsuz silahlar gətirə bilməsələr də, rus sülhməramlılarının müşayiəti ilə separatçılar Qarabağ daxilində silahların yerdəyişməsini aparırlar. Eləcə də, sülhməramlılar separatçıların, qanunsuz erməni silahlarının hərbi təxribatlarına, ordumuzun mövqelərinin atəşə tutmasına da göz yumurlar. Bütün bunlara son qoyulmalıdır”, - deyən R.Alıyev əlavə edib ki, sadalanan faktlar 2025-ci ildə mandatın başa çatması ilə Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxmasını aktuallaşdırır.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Vilnüs sammitində səsləndirdiyi fikirlər böyük əhəmiyyət kəsb edir. Rəsmi Bakı regionda vəziyyətə tam nəzarət edir. Hansısa qüvvələrin regionda gərginliyi saxlamaq, Qarabağ separatçılarına dəstək göstərmək cəhdləri heç bir nəticə verməyəcək. Sülhməramlıların Qarabağ separatçılarının bütün təxribatlarına göz yumması uzun müddət davam edə bilməz. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi ortadadır. Qarabağdakı erməni sakinlərimizin Azərbaycana inteqrasiyası sürətləndirilməlidir. Humanitar məsələlərlə bağlı rəsmi Bakı Ağdam-Xankəndi yolunu təklif edib. Görünən odur ki, rus sülhməramlıları bu istiqamətdə heç bir addım atmır. Yəni Qarabağ ermənilərinin cəmiyyətimizə inteqrasiya olunmasına maraqlı deyillər. Əksinə, separatçıların təxribatçı addımları qarşısında susqunluq nümayiş etdirirlər.”, -deyə politoloq vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42

