Buriçə CAVAB...
01.08.2023 [11:26]
Azərbaycan diaspor təşkilatlarının bəyanatı
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə ziddir!
Y.BAYRAMOVA
Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Qarabağdakı humanitar vəziyyətlə bağlı açıqlama verib. Buriç Azərbaycan və Ermənistanı həqiqi dialoqa dəvət edib. Baş katib iyulun 28-i yaydığı bəyanatda vurğulayıb: “Mən Avropa İnsan Hüquqları Məhkəməsinin Laçın dəhlizi ilə bağlı müvəqqəti tədbirlərə dair qərara diqqət çəkərək, Laçın dəhlizi boyunca sərbəst hərəkəti bərpa etmək üçün əvvəlki çağırışlarımı bir daha təkrar edirəm”.
Təəssüf hissi yaratdı!
Azərbaycan diaspor təşkilatları Avropa Şurası baş katibinin sözgügedən bəyanatına cavab verib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. Azərbaycan diaspor təşkilatlarının Laçın-Şuşa-Xankəndi yolu ətrafında yaranmış vəziyyətlə bağlı bəyanatında deyilir:
“Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç-Buriçin Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinləri üçün təchizat məsələsi ilə bağlı 28 iyul 2023-cü il tarixli bəyanatı bizdə böyük təəccüb və təəssüf hissi yaratdı. Bu açıqlama Şuranın Nizamnaməsində, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş məqsəd və prinsiplərə ziddir”.
Növbəti böhtan və cəfəngiyyat...
Azərbaycan diaspor təşkilatlarından bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin guya blokadaya alınması və humanitar fəlakətlə üzləşməsi barədə deyilənlər Ermənistanın beynəlxalq ictimai rəyi çaşdırmaq üçün əl atdığı növbəti böhtan və cəfəngiyyatdır: “Belə ki, 2020-ci ildə 44 gün davam edən və Azərbaycanın tarixi zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsindən qısa müddət sonra rəsmi Bakı 30 illik işğala və məşəqqətlərə baxmayaraq, iki ölkə arasında bir-birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşmasına dair baza prinsipləri və sülh müqaviləsi təklifi ilə çıxış edib. Ermənistan tərəfi bu sülh təşəbbüslərinə uzun müddət cavab verməsə də və müxtəlif bəhanələrlə prosesi ləngitsə də, Azərbaycan tərəfi qətiyyət göstərərək sülh müqaviləsi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində təşəbbüslərin irəlilədilməsi üçün xoşməramlı səylərini davam etdirib. Azərbaycan hakimiyyət orqanları tərəfindən Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə dialoq istiqamətində ardıcıl addımlar atılıb, yeni Laçın yolunun tikintisi qısa müddətdə başa çatdırılıb və yol istifadəyə verilib.
Ermənistan tərəfi isə bunun əksinə, “beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi danışıqları vasitəsilə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” kimi əsassız təkliflə çıxış edərək, Azərbaycan və yerli erməni sakinlər arasında təmaslara maneçilik törədib və faktiki olaraq ölkəmizə qarşı ərazi iddialarını başqa ad altında davam etdirib. Eyni zamanda, 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaya zidd olaraq, öz hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmayıb, mina xəritələrini rəsmi Bakıya təqdim etmək əvəzinə, Azərbaycan ərazilərini minalamaqda davam edib, nəticədə 2020-ci ilin noyabr ayından bəri iki nəfər jurnalist daxil 303 nəfər azərbaycanlı mina qurbanına çevrilib”.
Ermənistanın saxta iddiaları
Bəyanatda, həmçinin qeyd olunub ki, Azərbaycan öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə özünün suveren ərazilərində Laçın sərhəd buraxılış məntəqəsi təsis edib: “Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb. Eyni zamanda, 15 iyun tarixində Azərbaycan sərhədçilərinin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin 26 iyul tarixində Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib.
Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürüb. Bu təkliflərin Avropa İttifaqı və BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması Ermənistanın humanitar vəziyyət barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərib.
Tələb edirik!
Azərbaycan diaspor təşkilatları vurğulayıb ki, Ermənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaqdan ibarətdir: “Son günlər baş verən bütün bu təxribatlara görə məsuliyyət Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə əngəl törədən Ermənistan və onun rəhbərliyinin üzərinə düşür. 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycanın işğal olunmuş ərazilərindən və Erm?nistandan zorla qovulmuş bir milyona yaxın azərbaycanlıların çəkdikləri iztirablar, Ermənistanın 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində soyqırımı törətməsi, 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamasına, Naxçıvan Muxtar Respublikasını 32 ildir blokadaya alması bütün dünyaya bəllidir. Son üç il ərzində Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğuna, Ermənistanın kommunikasiyaların açılmasına maneçilik törətməsinə göz yuman bir sıra ölkələrdən və beynəlxalq təşkilatlardan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, daxili işlərinə qarışmamağı və ikili standartlar siyasətinə son qoymağı tələb edirik”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

