Sağlamlığımızın qənimi...
05.08.2023 [13:00]
Genofondumuza ziyan vuran məhsullar
Çox da uzaq sayılmayan keçmişdə bazarlarda yalnız mövsümə uyğun meyvə-tərəvəzlər tapmaq olardı. İndi isə ilin istənilən fəslində bütün nemətlər satışa çıxarılır. Geni modifikasiya olunmuş (GMO) meyvələr bazarlarda “ayaq tutub yeriyir”. Piştaxtalar əkiz kimi bir-birinə oxşayan meyvə-tərəvəzlərlə doludur. Buna baxmayaraq, həmin məhsullar alıcıların tələbatını ödəyə bilmir. Açıq-aydın hiss olunur ki, məhsulların keyfiyyəti azalıb. Bu gün GMO məhsulların ölkəyə gətirilməsi, onların törədə biləcəyi fəsadlar barəsində cəmiyyətdə ciddi narahatlıqlar müşahidə edilir. Həmin qidaların istifadəsinin fəsadları isə artıq neçə illərdir hiss olunmaqdadır.
GMO nədir?
GMO məhsullar bir orqanizmdən digərinə DNT köçürmək, yaxud bir orqanizmə aid DNT-nin biotexnologiya vasitəsi ilə dəyişdirilməsi deməkdir. Orqanizmdəki hər hansı bir funksiya, ya da bir xüsusiyyət genetik olaraq dəyişdirilə və ya genetik modifikasiya ilə başqa bir orqanizmdə fəaliyyət göstərə bilər. GMO-nun yaradılması üçün əvvəlcə bir hüceyrədən sözügedən geni əldə etmək lazımdır. Daha sonra bu gen əvvəlcədən seçilmiş orqanizmdə çoxaldılır. Orqanizm artıq bu yeni geni istehsal etməyə başlayır. Tərkibində GMO olan qidalar həşəratlar tərəfindən yeyilmir. Belə məhsullar xarab olmur və çürümür.
Dünyada GMO tərkibli məhsulların istifadəsinə qarşı çıxan ölkələr var. Məsələn, Avstriya, Macarıstan, Yunanıstan, Polşa, İsveçrə kimi ölkələr GMO məhsullardan istifadəni tədricən dayandırıb. Tədqiqatçılar GMO məhsullarla qidalanmanın birinci nəsildə, bəzən isə hətta sonrakı nəsillərdə sağlamlıq üçün fəsadlar törədə biləcəyini düşünürlər. Belə meyvələr uzunömürlü olduğundan tərkibindəki dərman maddələri tez korlanmağa imkan vermir.
Hibrit adı ilə təqdim olunur
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, insan tərəvəzlərin geninin dəyişdirilib-dəyişdirilmədiyini adi gözlə müəyyən edə bilmir: “İstehsalçı, yaxud da satış şirkətləri bu məhsulları alıcılara hibrit adı ilə təqdim edirlər. Yəni ki, guya burada gen dəyişikliyi yoxdur. Azərbaycanda da belə meyvə və tərəvəzlərin olmadığına kimsə təminat verə bilməz. Belə məhsulların sertifatlarında da bəzən hibrit olduğunu yazırlar”.
Sonsuzluq yaradır...
Birlik sədri qeyd edib ki, Azərbaycanda geni dəyişdirilmiş malları araşdırmaq üçün iki laboratoriya var: “Ancaq təəssüf ki, geni dəyişdirilmiş malları araşdırmalı olan laboratoriyalar ya nəyinsə xatirinə susurlar, ya da ümumiyyətlə, araşdıra bilmirlər. Təsadüfi deyil ki, 15 il öncə Braziliyadan 3 genetik modifikasiya olunmuş mal gətirdim və onların nümunələri hələ də ofisimizdə qalır. Onu müəyyən qaba töküb Azərbaycan laboratoriyalarına verdim, oradan mənə dedilər ki, bunların tərkibində GMO yoxdur.
GMO bitki və qidalar insan orqanizmində sərbəst radikallar şəklində qalır. Orqanizmimizdə isə o cür tərkibi həll etmək üçün fermentlər yoxdur. Ona görə də onlar həll olunmur, insan bədənində qidalanmağa başlayırlar və beləliklə, xəstəliklər əmələ gəlir. Halbuki aparılmış ciddi araşdırma və tədqiqatlar göstərir ki, GMO tərkibli bitki və qidalar canlıları nəsil artırmaq qabiliyyətindən məhrum edə və sonsuzluğa səbəb ola bilər”.
Heyvanlara GMO yemlərin verilməsi
E.Hüseynov onu da qeyd edib ki, 11 ay öncə “Qida təhlükəsizliyi” haqqında qanun parlamentdə qəbul olunan zaman Azərbaycanda heyvanlara GMO yemlərin verilməsi qanuniləşdirildi: “Çox çalışsaq da, bunun qarşısını ala bilmədik. Bizdə olan məlumatlara görə, GMO tərkibli yemlərlə qidalanan quş və heyvanların ət və südündə GMO əlamətləri var ki, bu da insan orqanizmi üçün zərərlidir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi
(AQTA) ciddi cəhdlə sübut etməyə çalışır ki, heyvanlar GMO-lu yemlərlə qidalansa da, bunun insan orqanizminə hər hansı mənfi təsiri olmaz. Amma bu, səhv yanaşmadır. Ona görə təklif edirik ki, GMO tərkibli yemlərdən istifadə edən quşçuluq fabrikləri, maldarlıq fermer təsərrüfatları istehsal etdikləri məhsulların üzərində belə yemlərdən istifadə olunduğunu mütləq yazsınlar”.
Böyük vəsaitlər xərclənir
Birlik sədri GMO-nun lobbiçiliyi üçün çox böyük pullar xərcləndiyini vurğulayıb: “Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) emissarları dəfələrlə bizim ofisdə olublar və məni inandırmağa çalışırlar ki, GMO yaxşıdır və onu təbliğ edin. Azərbaycanda da
GMO-nun tərəfdarları meydana çıxıb, lakin əleyhdarları da az deyil. Azərbaycan GMO əleyhinə bir çox beynəlxalq protokollara qoşulub, dövlət başçısının sərəncamlarında bu məsələ qeyd olunub. Azad İstehlakçılar Birliyi bütün gücü ilə mübarizə aparacaq ki, GMO Azərbaycana kütləvi halda gəlməsin. GMO ətraf mühitin biomüxtəlifliyini pozur, tibb üçün müəmmalı olan xəstəliklərin başlanğıcını qoyur”.
25 yaşınadək insanlar...
Qida üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, 25 yaşınadək insanlar orqanizmləri inkişafda olduğu üçün GMO meyvələrdən uzaq durmalıdırlar. Əks təqdirdə həmin insanlarda həm əqli, həm də daxili orqanların sağlam inkişafında problemlər yaranır. O bildirib ki, Azərbaycan meyvə-tərəvəzin bütün mövsümlərdə bol olduğu bir ölkədir: “Meyvələrin bir qismi yerli istehsal olsa da, bir hissəsi xarici ölkələrdən gətirilir. Bu meyvələr arasında GMO məhsullar da var. Halbuki GMO məhsullarını çox zaman alıcılara hibrid və xarici məhsul kimi təqdim edirlər. Amma bir məsələni untmayaq ki, mövsümi meyvələri almaq daha təhlükəsiz və məsləhətlidir”.
Aqressivliyi artırır...
Ekspertin sözlərinə görə, insan orqanizmi elə kodlaşdırılıb ki, yaşadığı ərazidən 400 kilometr radiusda yetişən meyvələri daha tez həzm edir və ondan daha çox faydalanır: “Lakin yay mövsümünə xarakterik olan GMO meyvələri qış mövsümündə istehlak ediriksə, bilməliyik ki, onun qida dəyəri çox aşağıdır. Belə olan halda orqanizmimizin ehtiyac duyduğu minerallardan məhrum oluruq. Nəticədə oranizmimizdə xramosom balans pozulur, orqanizm inkişafdan geri qalır. Bundan başqa GMO məhsullar aqressivliyi artırır, mineral çatışmazlığına səbəb olur. Orqanizmi güclü olan insanlarda bu, həmin an hiss olunmasa da müyyən müddət sonra fəsadlar allergik formada özünü göstərir. Bundan başqa həzm prosesi çətinləşir. Lakin bir çox insanlar üzləşdikləri bu problemin nədən qaynaqlandığını bilmirlər”.
Xərçəng riski
M.Musayevanın sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və dünya alimlərinin araşdırmaları göstərir ki, GMO ilə mütəmadi qidalanan insanlarda xərçəng yaranma riski daha yüksəkdir: “Ona görə də GMO məhsullarından uzaq durmaq daha yaxşıdır. Baxmayaraq ki, qanunla GMO məhsulların satışı qadağan edilib, amma istehlak bazarında kifayət qədər bu cür məhsullar var. Məsələn, ilin bütün fəsillərində qarğıdalıya rast gəlirik. Bu qarğıdalıların böyük hissəsi GMO-dur və orqanizmimiz üçün əsl təhlükə mənbəyidir”.
GMO meyvələri necə ayırd edək?
M.Hüseynova bunun çox asan oduğunu bildirib: “GMO meyvələri ilk baxışdan müəyyən etmək mümkündür. Belə məhsullar daha parlaq görünür və ölçüləri bir-birini təkrarlayır. Günlərlə qalsa da xarab olmayan GMO meyvələr qurdlamır, rəngi dəyişmir. Onu doğradıqda belə rəngi dəyişmir. Heç bir ətir vermir. Həmin məhsulları qəbul etdikdə heç bir tam hiss etmirik. Halbuki təbii günəş altında yetişən meyvələr ölçüsünə, görünüşünə görə fərqli, eləcə də dadlı və ətirli olur. Bundan başqa orqanik meyvələr daha tez xarab olur və qurdlayır”.
Məlumat üçün bildirək ki, Azərbaycan 2000-ci ildə Bioloji müxtəlifliyə dair
BMT-nin konvensiyasına, 2005-ci ildə isə bu konvensiyadan irəli gələn “Biotəhlükəsizliyə dair kartagen protokolu”na qoşulub. Sonuncu sənədin tələblərinə görə, Azərbaycan GMO mənşəli toxum və malların nəzarətsiz buraxılmaması, risklərin öyrənilib qiymətləndirilməsi, bu sahədə əhalinin müntəzəm məlumatlandırılması kimi öhdəliklər götürüb. Amma buna baxmayaraq, təəssüf ki, GMO tərkibli toxum, preparat və məhsulların yayılması miqyası getdikcə genişlənir. Müşahidələrə görə, idxalın xeyli hissəsini mənşəyi bilinməyən məhsullar təşkil edir. Digər tərəfdən, Azərbaycanda da GMO əkinçiliyi, bitkiçiliyi inkişaf edib. Bir çox hallarda yerli fermerlər həm bostan məhsullarının yetişdirilməsində, həm də bağçılıqda məhz həmin növ toxumlara, bitki şitillərinə üstünlük verirlər.
Bu gün insanların böyük əksəriyyəti sağlamlığından şikayət edir. Xəstəliklərin artmasının səbəblərindən biri də GMO məhsulların geniş yayılmasıdır. Geni dəyişdirilmiş belə məhsulların gen?fonda vurduğu ziyanı müəyyənləşdirmək üçün ciddi və obyektiv tədqiqatlara ehtiyac var.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

