Məhəmməd Əsəd bəy, Lev Nussimbaum, yoxsa Qurban Səid?
10.08.2023 [12:47]
“Vətənsiz həyat boş və mənasızdır” ...
Bu fikirlər Qurban Səid imzası ilə dünyada tanınan Məhəmməd Əsəd bəyə məxsusdur. Bu sözlər ömrünün son günlərini keçirdiyi mənzilinin önündəki barelyefdə həkk olunub.
Həyatına bir nəzər...
Tarix boyu Əsəd bəyin kimliyi mübahisələrə səbəb olsa da, hamı onu Azərbaycandan olan mühacir yazar kimi tanıyır. 1905-ci il oktyabrın 20-də Kiyevdən Bakıya gələn qatarda dünyaya göz açır. Körpənin adını Əsəd qoyurlar. 4 yaşında olanda anası intihar edir. Sonra atası onu Tiflisə xalasının yanına göndərir. Gürcüstana gəlişi ilə həyat hekayəsi də dəyişir. Xalası onu özü ilə birlikdə Avropaya aparmaq üçün yeni sənədlər alır. Sənədlərə görə, Əsəd Ukraynada doğulmuş, yəhudi əsilli Lev Nussimbaum kimi göstərilir. Daha sonra araşdırmaçılar Əsəd bəyin Kiyevlə əlaqəsinin olmadığını və onun yaradıcılığının bir epizodunda belə Kiyev xatirələrindən bəhs edilmədiyini təsdiq edir. Özünü heç vaxt yəhudi kimi təqdim etməyən yazıçının heç bir qeydlərində yəhudi mədəniyyətinə dair iz belə yoxdur. Qafqaz ruhlu Əsəd bəy Gürcüstandan Lev Nussimbaum adı ilə çıxıb, Almaniyada Əsəd bəy kimi tarixə düşür. 1922-ci ildə adını Məhəmməd Əsəd bəy kimi rəsmiləşdirir.
3 dəfə intihara cəhd etdi...
Əsəd bəyin əsərlərinin çap olunması üçün Qurban Səid təxəllüsünün yaranması zərurəti doğmuşdu. “Əli və Nino” əsərini həyatının ən çətin məqamında qələmə almışdı. Həmin ərəfələrdə həyat yoldaşından ayrılmışdı, 3 dəfə intihara cəhd etmişdi. Lakin yaradıcılığına bərk-bərk sarılaraq bu çətin dövrün öhdəsindən gəlməyi bacarmışdı. Tale elə gətirdi ki, Əsəd bəyin həyat yollarının son dayanacağı məhz İtaliyanın Pozitano şəhəri oldu. Pozitanoda hər zaman getdiyi bir dağdakı katolik qəbirstanlığında basdırılmasını vəsiyyət etdi. Uzun sürən iztirablar, aclıq və xəstəlik ucbatından 1942-ci ildə dünyasını dəyişdi. Vəsiyyəti yerinə yetirildi. Bu gün yolu İtaliyadan məhz Pozitanon düşənlərin ziyarətgahına çevrildi məzarı. Həmin ziyarətçilərdən biri də yazıçı Sahila Yayadır. İtaliyaya səfəri zamanı onda yazıçının məzarını ziyarət etmək istəyi baş qaldırıb. Həyat yoldaşı ilə birlikdə soraqlaşıb çətinliklə də olsa, tapıblar. Böyük təəssüratlarla qayıdan həmsöhbətim deyir ki, Qurban Səidin həyat və yaradıcılığını durmadan araşdırır və onu yenidən kəşf etməyin sevincini yaşayır: “Biz qəbirstanlığa çatanda bağlı olduğunu gördük. Bu qədər yol qət etdikdən sonra geriyə qayıtmaq olmaz deyə düşündük. Hasarları aşmaq qərarına gəldik. Nəticədə Qurban Səidin məzarını tapdıq. Diqqətimi çəkən məqam o idi ki, yazıçının məzarı digərlərindən çox seçilirdi. Digərləri ev formasında hasara alınmış və qıfıllanmışdı. Lakin Qurban Səidin məzarı açıq idi, ətrafında gül dəstələri vardı. Olduqca baxımlı və səliqəli saxlanılmışdı. “Əli və Nino” əsərini oxuyan zaman çox təsirlənmişdim. Mən özüm də yazıçıyam və bu peşənin müəyyən qədər sirrlərinə bələdəm. İlahi, görəsən bu əsəri necə ərsəyə gətirib? Hansı duyğularla qələmə alıb?”.
Bir sözlə, istər Məhəmməd Əsəd bəy, istər Lev Nussimbaum, istərsə də Qurban Səid olsun... Adının nə olmasından asılı olmayaraq, bu şəxsin ürəyi həmişə Azərbaycanla, Vətənlə birgə döyündü.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29

