QAİ: Paşinyanın mövqeyi bu ölkənin siyasətində ölçüyəgəlməz səviyyədə olan riyakarlığı göstərir
03.09.2023 [10:37]
Biz, Qərbi Azərbaycan İcması olaraq, Ermənistanın Baş naziri Nikol Paşinyanın 2023-cü il sentyabrın 2-də “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin ildönümü ilə əlaqədar təbrik müraciəti ünvanlayaraq Azərbaycan Respublikasına qarşı ərazi iddiası ifadə etməsini şiddətlə qınayırıq. Baş nazirin bu mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik olmaqla yanaşı, bu ölkənin siyasətində ölçüyəgəlməz səviyyədə olan riyakarlığı göstərir.
Bu fikirlər Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada əks olunub.
Açıqlamada deyilir: “Öz ərazisindən və vaxtilə işğal etdiyi Azərbaycan torpaqlarından azərbaycanlıların hamısını qovmuş, bədnam mono-etnik siyasət yürüdən Ermənistanın Azərbaycanı etnik təmizləmə niyyətində olmaqda ittiham etməsi ikrah hissi doğurur. Ermənistanın humanitar məsələlərdən və insan hüquqlarından danışmağa heç bir mənəvi haqqı yoxdur.
Xatırladaq ki, işğalçı Ermənistan ordusu 2020-ci ildə məğlub edilərək Azərbaycan ərazilərindən çıxarılana qədər, Ermənistan 30 il ərzində azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına imkan verməmişdir. Bundan əlavə, Ermənistan öz ərazisindən qovduğu azərbaycanlıların qayıtmalarına hələ də imkan vermir. Eləcə də, Azərbaycanın Qarabağ iqtisadi rayonunun Xankəndi, Xocalı, Kərkicahan, Meşəli, Qaradağlı kimi yaşayış məskənlərindən qovulmuş azərbaycanlı məcburi köçkünlər hələ də öz evlərinə qayıda bilmirlər.
Azərbaycan isə 2020-ci il müharibəsindən dərhal sonra ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə təhlükəsiz şəkildə qayıtmasına imkan yaradıb və hazırda onları re-inteqrasiya etməyə çalışır. Bundan əlavə, Qarabağ bölgəsindən kənar Azərbaycan ərazilərində ermənilər tamhüquqlu Azərbaycan vətəndaşı kimi yaşamaqdadır.
Vurğulamaq istərdik ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasına şərait yaratmaq Ermənistanın beynəlxalq hüquqdan və Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliyidir.
Azərbaycanın 23 aprel 2023-cü ildə öz sərhədləri üzərində nəzarəti tam bərpa etməsi ilə Ermənistanın əsl siması üzə çıxmışdır. Baş nazir Paşinyanın separatçılığı açıq dəstəkləyən son bəyanatı onu göstərir ki, onun Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatları sadəcə Ermənistanın hazırda apardığı irimiqyaslı silahlanma proqramını başa çatdırmaq və Azərbaycanın Qarabağ bölgəsində hərbi mövcudluğunu maksimum gücləndirmək üçün vaxt udmaq məqsədi daşıyırmış.
Bir sıra fransız şəhərlərinin təşkil etdiyi “humanitar yardım” şousundan, məsələlərə dini təəssübkeşlik prizmasından yanaşan Luis Okampo kimilərinin qondarma hesabatlarından, rəyindən vəcdə gələn Ermənistanın baş naziri bu bəyanatla bölgədə vəziyyəti daha da gərginləşdirdi və faktiki olaraq sülh danışıqları prosesini məhv etdi. Bu mənada, N.Paşinyanın son açıqlaması onun təxminən 4 il əvvəl “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını xatırladır.
Biz Ermənistan hökumətindən qanunsuz, destruktiv və təhlükəli əməllərinə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsdlərinə son qoymağı tələb edirik. Beynəlxalq ictimaiyyət Ermənistanın baş nazirinin son bəyanatını pisləməlidir.
Ermənistan hökuməti əmin ola bilər ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə beynəlxalq mexanizmlər çərçivəsində, müvafiq zəmanətlər altında təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını, qayıtdıqdan sonra isə onların fərdi və kollektiv hüquqlarını təmin etmək üçün bütün siyasi və hüquqi vasitələrdən istifadə edəcək”.
Xəbər lenti
Hamısına baxAnalitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17

