Bu, xəyanətdir!
19.09.2023 [18:25]
Fəzail Ağamalı: Bu fakt onların siyasi fəaliyyətlərinin xəyanətkarlıqdan ibarət olduqlarını təsdiqləyir
Məlum olduğu kimi, sentyabrın 19-da Azərbaycanda fəaliyyət göstərən 23 siyasi partiya Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə siyasi dəstək Bəyanatı qəbul ediblər. Bəyanatda vurğulanıb ki, sənədi imzalayan Azərbaycanın siyasi partiyaları üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycanın müzəffər Ordusunun bölgədə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinə dəstəyini ifadə edir, qəhrəman Ordumuza Zəfər arzulayır: "Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı Vətən müharibəsində olduğu kimi, bu şərəfli işdə də həmrəyliyə, möhtərəm Prezidentimizi və Ali Baş Komandanımızı dəstəkləməyə çağırırıq".
Vurğulanmalıdır ki, siyasi partiyaların birgə bəyanatı siyasi həmrəyliyin nümunəsi olmaqla yanaşı, Azərbaycanda yaşanan siyasi birliyin təcəssümünə çevrildi. Bu fakt bir daha onu göstərir ki, 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, bu gün də Ermənistanın hərbi təxribatlarına etiraz və dövlətin haqq işi ölkənin siyasi palitrasını birləşdirir. Təəssüfləndirici haldır ki, hər zaman öz şəxsi maraqlarını ölkənin, xalqın mənafeyindən üstün tutan bəzi partiyalar Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə dəstək Bəyanatına qoşulmadı. Hər zaman olduğu kimi, milli maraqlardan uzaq mövqe sərgiləyən antimilli ünsürlər – konkret olaraq AXCP, Müsavat Partiyası və REAL Partiyası Azərbaycanın haqlı və ədalətli mövqeyinə zidd yanaşma sərgiləyərək fərqli "yol tutdular".
Məsələ ilə bağlı fikirlərini bölüşən Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı "Yeni Azərbaycan"a açıqlamasında bildirib ki, bu bəyanat siyasi mənsubiyyətindən, daşıdığı ideologiyadan və fərqli siyasi baxışlarından asılı olmayaraq partiyaların üzvlərinin, bütövlükdə cəmiyyətimizin milli birliyinin, həmrəyliyinin ifadəsi və nümayişidir. Ölkəmizdə Ermənistanın təxribatlarına qarşı antiterror tədbirləri görüldüyü bir zamanda siyasi qüvvələrin dövlətin, Prezidentin ətrafında birləşməsi, xalqa çağırış etməsi olduqca mühüm bir amildir: "Siyasi partiyaların mütləq əksəriyyəti 44 günlük Vətən müharibəsi dövründə də birlik bəyanatı imzalayaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini bəyan etmişdi. Bu bəyanat da Azərbaycanın suverenliyinin qorunması, Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı birlik nümayişidir. Təəssüf ki, bəzi partiyalar bu bəyanata qoşulmadılar. Bu, bir daha onu göstərir ki, həmin siyasi partiyalar hələ 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı siyasi partiyaların Azərbaycan dövlətinə dəstək bəyanatlarına qoşulmayaraq milli həmrəyliyə qarşı çıxan bəzi ünsürlər satqın, xəyanətkar mövqelərini davam etdirərək Ermənistanın havadarlarının diktəsi ilə hərəkət edirlər. Bu fakt onların riyakar və simasız olduqlarını, siyasi fəaliyyətlərinin xəyanətkarlıqdan ibarət olduğunu təsdiqləyir. Xalqımız baş verənləri, onların mövqeyini, davranışını görür və qiymətləndirir. Xalqına, dövlətinə xəyanət yolu tutanlar heç bir zaman uğur qazana bilməzlər".
SADİQ
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
30 Sentyabr 14:07

Xəbər lenti
30 Sentyabr 13:38

Xəbər lenti
30 Sentyabr 13:09

Sosial
30 Sentyabr 12:51

Xəbər lenti
30 Sentyabr 12:49

Xəbər lenti
30 Sentyabr 12:43

Xəbər lenti
30 Sentyabr 12:06

Sosial
30 Sentyabr 12:00

Xəbər lenti
30 Sentyabr 11:58

Xəbər lenti
30 Sentyabr 11:51

Ədəbiyyat
30 Sentyabr 11:40

MEDİA
30 Sentyabr 11:35

Siyasət
30 Sentyabr 11:22

Analitik
30 Sentyabr 11:10

Xəbər lenti
30 Sentyabr 11:04

İqtisadiyyat
30 Sentyabr 11:00

Xarici siyasət
30 Sentyabr 10:55

Xarici siyasət
30 Sentyabr 10:40

Xəbər lenti
30 Sentyabr 10:30

Siyasət
30 Sentyabr 10:20

Siyasət
30 Sentyabr 10:10

Siyasət
30 Sentyabr 10:00

Xəbər lenti
29 Sentyabr 21:27

Maraqlı
29 Sentyabr 20:14

Xəbər lenti
29 Sentyabr 20:06

Xəbər lenti
29 Sentyabr 19:37

Xəbər lenti
29 Sentyabr 19:26

Xəbər lenti
29 Sentyabr 18:23

Xəbər lenti
29 Sentyabr 17:49

Xəbər lenti
29 Sentyabr 17:20

Xəbər lenti
29 Sentyabr 16:55

Xəbər lenti
29 Sentyabr 16:46

Xəbər lenti
29 Sentyabr 16:45

Xəbər lenti
29 Sentyabr 16:36

Maraqlı
29 Sentyabr 16:33

Xəbər lenti
29 Sentyabr 16:23

Xəbər lenti
29 Sentyabr 16:20

Xəbər lenti
29 Sentyabr 16:18

Xəbər lenti
29 Sentyabr 15:57

Xəbər lenti
29 Sentyabr 15:49

Xəbər lenti
29 Sentyabr 15:32

Siyasət
29 Sentyabr 15:30

Xəbər lenti
29 Sentyabr 15:21

Gündəm
29 Sentyabr 15:18

Xəbər lenti
29 Sentyabr 14:04

Maraqlı
29 Sentyabr 14:02

Gündəm
29 Sentyabr 13:51

Xəbər lenti
29 Sentyabr 13:50

Xəbər lenti
29 Sentyabr 13:48

Xəbər lenti
29 Sentyabr 13:45

Xəbər lenti
29 Sentyabr 13:42

İqtisadiyyat
29 Sentyabr 13:40

Siyasət
29 Sentyabr 13:37

Xəbər lenti
29 Sentyabr 13:15

Xəbər lenti
29 Sentyabr 13:07

Gündəm
29 Sentyabr 13:04

Xəbər lenti
29 Sentyabr 12:56

Maraqlı
29 Sentyabr 12:42

Xəbər lenti
29 Sentyabr 12:27

Xəbər lenti
29 Sentyabr 12:24

Xəbər lenti
29 Sentyabr 12:12

Dünya
29 Sentyabr 12:10

Xəbər lenti
29 Sentyabr 12:00

Xəbər lenti
29 Sentyabr 11:52

Müsahibə
29 Sentyabr 11:45

Sosial
29 Sentyabr 11:34

Xəbər lenti
29 Sentyabr 11:30

Xəbər lenti
29 Sentyabr 11:26

İqtisadiyyat
29 Sentyabr 11:25

Xəbər lenti
29 Sentyabr 11:23
