Orban xanım Lyayenin işindən niyə narazıdır?
25.06.2024 [10:47]
Macarıstanın Baş naziri hesab edir ki, son beş il Avropa İttifaqı tarixində ən uğursuz dövrdür
Nardar BAYRAMLI
Avropa İttifaqının strukturlarına rəhbərlərin seçilməsi hazırda gündəmin əsas mövzularından biridir. Avropa Parlamentinə iyunun 6-dan 9-dək keçirilmiş seçkilər Avropa İttifaqının əsas təsisatlarının, o cümlədən Avropa Komissiyasının rəhbərliyinin yenilənməsinə yol açır. Avropa İttifaqı strukturlarında mühüm postlardan biri də Avropa Komissiyasının Prezidenti vəzifəsidir. Qurumun hazırkı rəhbəri Ursula Fon der Lyayen hələ fevralın 19-da bu vəzifə üçün ikinci müddətə namizədliyini elan etmişdi. Onun təmsil olunduğu Avropa Xalq Partiyası da Avropa Parlamentinə seçkilərdə birinciliyi qazanıb. Bu fakt xanım Lyayenin yenidən Avropa Komissiyasının Prezidenti vəzifəsinə seçilməsi üçün ciddi əsas yaradır.
Ötən gün Brüsseldə keçirilən Avropa İttifaqı ölkələrinin qeyri-rəsmi sammiti çərçivəsində növbəti beş il üçün strateji gündəlik, həmçinin Avropa Komissiyası, Avropa İttifaqı Şurası və Avropa İttifaqının rəhbər postlarına namizədlər müzakirə edilib. Ursula Fon der Lyayen ikinci müddətə Avropa Komissiyasının rəhbəri olmaq üçün Avropa Parlamentində keçirilən səsvermədə ən azı 361 deputatın səsini qazanmalıdır.
Bununla belə, Aİ daxilində onun fəaliyyətindən narazı olan liderlər də var. Belə ki, Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin bu vəzifəyə ikinci müddətə seçilməsinə qarşı çıxıb. Orban bu barədə “Funke” media qrupunun əməkdaşının sualına cavab verərkən deyib. “Yaşıl transformasiya tam uğursuz idarəçilikdir, miqrasiya paketi heç bir problemi həll etmir. Avropanın daha yaxşı liderliyə ehtiyacı var və bunu bacaran kifayət qədər istedadlı siyasətçilər mövcuddur”, - deyə Viktor Orban bildirib. Avropa Parlamentinə seçkilərin nəticələrindən danışan siyasətçi onun uğursuzluqlarını xüsusilə vurğulayıb: “Son beş il Avropa İttifaqı tarixində ən uğursuz dövrdür. Avropa Komissiyasının və Brüsseldəki elitanın nəticələri zəif olub”.
Xatırladaq ki, Macarıstanın Baş naziri bundan əvvəl də dəfələrlə Avropanın düşdüyü vəziyyətə görə Aİ rəhbərliyini ciddi tənqid edib. O, Avropa İttifaqı məkanında yaranmış problemlərdə rəhbərliyin əsas səbəbkar olduğunu bəyan edib. Baş nazir Orban hələ bir neçə ay öncə Avropa İttifaqının rəhbərliyində dəyişikliklərin tərəfdarı olduğunu bildirmişdi. “Brüssel avropalıların həyatını taleyin ümidinə buraxıb. Bir tərəfdən Brüsselin siyasəti, digər tərəfdən isə avropalıların maraqları və iradəsi arasında heç vaxt bu qədər uçurum yaranmayıb. Avropa İttifaqının rəhbərliyində dəyişikliklərin edilməsi zəruridir. Bu, yalnız məqsədyönlü tədbirlər nəticəsində baş verə bilər”,-deyə Orban vurğulamışdı.
Konkret olaraq, xanım Lyayenə gəlincə, onun adı korrupsiya əməllərində də hallandırılır. Belə ki, bu ilin aprelində Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo iddia etmişdi ki, Avropa Komissiyasının rəhbəri korrupsiya sxemi yaradıb. O zaman “Liberation” nəşri də sensasiya sayıla biləcək ittihamlarla çıxış etmişdi və Lyayenin öz partiyadaşı Markus Piperi Avropa Komissiyasında kiçik və orta müəssisələr üzrə müşavir postuna təyin etməsi ilə bağlı bir sıra faktlar açıqlanmışdı. Bildirilmişdi ki, Avropa Komissiyasının prezidenti bu postu öz korrupsiya əməllərini reallaşdırmaq üçün təsis edib, posta təyinatı da yaxın ətrafındakılara verib. Qəzet yazmışdı ki, əvvəllər də Ursula fon der Lyayenin öz yaxın dostlarının, xüsusən də alman soydaşlarının komissiyada rəhbər postlara təyin edilməsinə çalışıb. Eyni zamanda, bu da söylənilirdi ki, Avropa Komissiyasının rəhbəri və “Pfizer” şirkətinin baş direktoru arasında COVID-19 vaksinlərinin alınması ilə bağlı korrupsiya razılaşması olub.
Bütün hallarda fakt budur ki, son illər Avropa İttifaqı məkanında problemlər xeyli dərəcədə artıb. Bu neqativ hallar bir sıra təşkilatların hesabatlarında da əksini tapır. Perspektivlər də nikbin deyil. Belə ki, Avropa İttifaqının Əsas Hüquqlar Agentliyinin (FRA) bu yaxınlarda açıqlanan son hesabatında bildirilirdi ki, yoxsulluq səviyyəsinin artması, demokratiyaya hücumlar, irqçilik və ksenofobiya, eləcə də miqrasiya problemləri 2024-cü ildə Avropa İttifaqında fundamental hüquqlar üçün əsas təhdidlər olacaq. Təşkilatın hesabatına əsasən, yaşayış xərclərinin, xüsusən də enerji qiymətlərinin artması ona gətirib çıxarıb ki, insanların 20 faizi (hər beş nəfərdən biri) səfalət içindədir. Bununla əlaqədar olaraq, Vyanada yerləşən agentlik üzv dövlətləri yoxsulluğun və elektrik enerjisinə xərclərin azaldılmasına dair tədbirlərin əhalinin ən aztəminatlı qruplarına şamil olunmasına çağırıb.
Agentlik, miqrasiya təzyiqini nəzərə alaraq, dənizdə axtarış-xilasetmə əməliyyatlarını gücləndirməyi (hesabata əsasən, 2023-cü ildə Aİ ölkələrinə üz tutan 4 mindən çox insan həlak olub) və gəldikdən sonra miqrantlarla ünsiyyət üçün daha təhlükəsiz şərait təmin etməyi tövsiyə edib. FRA, eləcə də dövlətin dinc yığıncaqlar və fikirləri ifadə etmək azadlığı hüququna münasibətdə həddən artıq müdaxiləsini pisləyərək qeyd edib ki, bu, mülki məkana təhdiddir və bütün Avropa ölkələrində demokratiyaya xələl gətirir. “İyirmi yeddi üzv dövlət, həmçinin vətəndaş cəmiyyətinin müdafiəsini gücləndirməli, antisemitizm və islamofobiyanın artması barədə xəbərdarlıq edərək, həyəcanlı tendensiya kimi təsnif etdikləri irqçilik və dözülməzliyin bütün formaları ilə mübarizə aparmalıdır”,-deyə hesabatda vurğulanırdı.
Göründüyü kimi, Avropa İttifaqı məkanında problemlər bütün sahələri əhatə edir və bu problemlər artmaqdadır. Macarıstanın Baş naziri Viktor Orbanın xanım Lyayeni yenidən Avropa Komissiyasının rəhbəri kimi görmək istəməməsi də bu nöqteyi-nəzərdən məntiqlidir.
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07

