Yaxın Şərqdə yeni eskalasiya olacaqmı?
25.10.2024 [08:54]
Vaşinqton ən pis ssenariyə hazırlaşır
Bir ildən artıqdır ki, Yaxın Şərqdə müharibə davam edir. 384 gündür davam edən qarşıdurmada həyatını itirənlərin sayı 42 min 800 nəfərə yaxındır. Yaralıların sayı isə 100 min 300-ü ötüb. Genişmiqyaslı əməliyyatlara səbəb olan HƏMAS və Hizbullaha isə böyük zərbə vurulub - qruplaşmaların aparıcı liderləri və komandirləri məhv edilib. İlk baxışdan, hazırki mənzərə regionda sülhün bərqərar olması üçün münbit sayılsa da, bir sıra siyasi ekspertlər bunun əksini düşünür - onlar, eskalasiyanın genişlənmə ehtimalını irəli sürürlər. Ekspertlər razılaşırlar ki, dünyanın və regionun aparıcı aktorları “böyük müharibə”də maraqlı deyillər - lakin münaqişənin uzadılması qarşıdakı dövrdə onun nəzarətsiz eskalasiyaya çevrilmə risklərini artırır.
Qalib tərəfin hədəfləri dəyişib?
Həsən Nəsrullahın, Haşim Səfiəddinin və Yəhya Silvanın ölümünün HƏMAS-a və Hizbullaha güc itkisinə başa gəlməsi sirr deyil. Artıq İsrail döyüşdə qalib tərəf belə elan edilib - ABŞ-ın dövlət katibi Antoni Blinkenin Yaxın Şərq turnesi çərçivəsində İsrailə səfəri və verdiyi bəyanatlar sanki triumfu xatırladırdı. ABŞ xarici siyasət idarəsinin rəhbəri açıqlamasında bildirmişdi ki, “məqsədlərə nail olunub”. Məqsəd isə bəlli idi. Bölgəyə nəzarət edən hərbi qruplaşmalar demək olar ki, sıradan çıxarılıb. Beləliklə, Qəzzada müharibənin davamına heç kim “ehtiyac görmür”.
Amma İsrailin hədəfləri dəyişmiş kimi görünür - bir il öncə HƏMAS-ın İsrailə raket zərbələri ilə başlanan müharibədən ötən bir ildə eskalasiyanın coğrafiyasının genişlənməsi üçün “səbəblər” və “əsaslar” ortaya çıxıb. Ən azından müəyyən epizodik anlarda belə olsa, İran bu prosesə daxil olub...
ABŞ müharibədən “yayındırır”?
İl ərzində bir neçə dəfə İran ilə İsrail arasında lokal toqquşmalar diqqət çəkib. Aprel ayında və oktyabrın 1-də baş vermiş “raket mübadiləsi” ortaya bəzi suallar çıxarıb. Bu barədə bir azdan...
Hələlik isə, verilən son bəyanatlara diqqət yetirək. Blinken açıqlamasında bildirir ki, “Qazanılan nailiyyətləri davamlı strateji uğura çevirməyin vaxtıdır”. Görüləsi iki iş var: girovları evə qaytarmaq və bundan sonra nə olacağını anlayaraq müharibəni bitirmək”.
Bu çağırışda gizlənən kodu açarkən siyasi mütəxəssislər amerikalı siyasətçinin İsraili “imkanlarına görə hərəkət etməyi” məsləhət gördüyünə əmindirlər. ABŞ Təl-Əvivə hazırki nailiyyətindən illərlə davam edən “Qəzza savaşı”nda strateji şəkildə yararlana biləcəyini “xatırladır” - hətta “məsləhətlərin” içində belə yeni müharibə haqda danışmır. Tam əksinə, cavabın yumşaqlığının prosesə xeyrindən bəhs edir.
İsrailin müdafiə naziri Yoav Qalant isə “Hatzerim” aviabazasında ölkənin pilotları və hava qüvvələrinə müraciət edərkən “İrana hücumumuzdan sonra hər kəs hazırlıq və təlim prosesində nə qədər böyük iş gördüyünüzü biləcək” deyir. Bir il əvvəl bizə qalib gəlmək və hücum etmək arzusunda olanlar ağır bədəl ödədilər və onlar artıq bu xəyal ilə yaşamırlar”- deyə Qallant əlavə edir.
Ortada təzad yaranır - ABŞ İsrailə İrana eskalasiyanın böyüməyəcəyi tərzdə cavab verməyi məsləhət gördüyü halda, İsrail qəti addımlardan bəhs edir. Demək ki...
Müharibənin miqyası necə dəyişəcək?
Beləliklə, ABŞ İsraili qarşıdakı mərhələdə səhv etməməyə çağırır. HƏMAS və Hizbullaha qarşı mübarizdə özünün müttəfiqini tam dəstəkləyən Vaşinqton deyəsən, İran məsələsində “düşünür”. Dövlət katibi İsraili İranın 1 oktyabr raket hücumuna cavab olaraq “daha çox eskalasiyadan” çəkinməyə çağırır. “İsrailin daha da gərginləşməyə səbəb olmayacaq şəkildə cavab verməsi lazımdır”, - deyə bildirir.
Bir sıra hərbi ekspertlər isə Blinkenin bu çağırışını Körfəz ölkələrinin mövqeyi ilə əlaqələndirir. İsrailin İran ərazisinə irimiqyaslı hava zərbəsi endirməsi logistik çətinliklərlə üzləşir. Hazırkı şəraitdə, ərəb ölkələrində təyyarələrin yanacaqla doldurulması mümkün deyil - İranın xarici işlər naziri Əraqçı da təsdiqləyib ki, qonşu dövlətlər öz ərazilərindən və hava sahələrindən İrana hücum üçün istifadəyə imkan verməyəcəyini bildirib. ABŞ isə öz növbəsində, aprel ayında İranın raket hücumundan sonra münaqişəyə birbaşa müdaxilədən ehtiyat edərək yanacaqdoldurma çənlərini verməkdən imtina edib. Beləliklə, iddia və tələb uzlaşır - hər iki tərəf anlayır ki, İsrail Qəzza qələbəsini tam şəkildə Livana proyeksiya etməyə çalışarsa, itkiləri böyüyəcək. Hərbi əməliyyatlar davam edəcəyi təqdirdə İran və bəzi digər ölkələrin Livana hər cür yardım göstərəcəyi istisna deyil. Belə olan halda bu və ya digər şəkildə ABŞ da münaqişəyə cəlb edilir və tərəfə çevrilir. Beləliklə, müharibənin Livanda davam etməsi ABŞ-ı və İranı bu prosesə cəlb etmək ehtimalını gücləndirir.
“Yaxın Şərqdən tabut gəlmir”
ABŞ isə bunu istəmir - Amerikada məşhur bir deyim var: “Yaxın Şərqdən tabut gəlmir”. Amerika onsuz da Yaxın Şərqdə mövcudluğunu böyük hərbi itkilər riski altında qoruyur. Vaşinqtonun regionla bağlı siyasətində baş verən sürətli dəyişikliklər də bəzən bu tezisə əsaslanır - hətta siyasi ekspertlər düşünür ki, ABŞ Yaxın Şərqdə birbaşa müharibələrdən yayınmaq niyyətini gizlətmir. Amerika siyasətçilərinin hədəflədiyi əsas şey düşməni döyüş meydanından kənarda “məğlub etməkdir” - Vaşinqton poliqon savaşlarını mümkün qədər öz müttəfiqlərinə həvalə etməkdə peşəkardır. Onlar hər zaman olduğu kimi, “səyləri əlaqələndirmək”, “imkanları təmərküzləşdirmək” və beləliklə prosesə “arxadan rəhbərlik etmək” arzusundadırlar.
Nəticə etibarı ilə, ABŞ arzusunda olmasa da, Yaxın Şərqdə eskalasiyanın sərhədlərinin böyüməsinin qarşısını almaqda hələlik aciz kimi görünür. Blinkenin İordaniya səfərini heç bir səbəb göstərmədən təxirə salması və oktyabrın 25-də ərəb dövlətlərinin xarici işlər nazirləri ilə görüşmək planı qurması da bundan qaynaqlanır. Vaşinqton ən pis ssenariyə hazırlaşır...
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50

