Avropanın Şərq planları...
07.01.2025 [09:00]
Soyuq Qərbin “isti Dəməşq” arzuları...
Bəşər Əsədin devrilməsi ilə Suriya yeni inkişaf mərhələsinə qədəm qoyub. Nəzərə alsaq ki, 2025-ci il bütün dünyada yeni münasibətlər sisteminin qurulmasını vəd edir, Yaxın Şərqdə də vəziyyətin tamam fərqli məcrada inkişaf edəcəyini indidən proqnozlaşdırmaq mümkündür. Əslində perspektiv tablo aydındır - Suriya yeni dövr üçün regional əməkdaşlıqları gücləndirmək, xüsusilə Türkiyə və Qətərlə əlaqələri daha da sıxlaşdırmaq fikrindədir. Təsadüfi deyil ki, Suriyanın yeni hökumətinin aparıcı simaları dəstəyinə görə Türkiyəyə bir neçə dəfə təşəkkürünü bildirib.
Qərb Türkiyənin güc mərkəzi kimi möhkəmlənməsindən qorxur
Regional əməkdaşlıqlar güclənir...
Türkiyə də öz növbəsində Suriyada yeni gələcəyin formalaşması, qaçqın probleminin həlli (Əsəd rejimindən qaçanların geri qayıtması üçün), infrastruktur quruculuğu və bu kimi proseslərdə aktiv iştirakını vəd edir. Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) sədri İbrahim Kalın Dəməşqə səfər edib. Eyni zamanda, XİN başçısının bu istiqamətdə görüşləri reallaşıb. Dekabrın 29-da Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşüb Azərbaycanın yeni mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanında olduğu bildirilib.
Paralel olaraq Suriyanın yeni hakimiyyətinin Qətərlə strateji tərəfdaşlıq haqqında razılığa gəlməsi haqda məlumat yayılıb. Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani Qətər hökumətinin başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə danışıqların yekunu haqda deyib: “Humanitar yardım və strateji tərəfdaşlığa görə Qətərə bir daha təşəkkür edirik. Qətər Suriya xalqının keçdiyi çətin dövrdə bizim tərəfdaşımız olub və Suriyanın gələcəyinin qurulmasında tərəfdaşımız olacaq”.
Əl-Şibaninin sözlərinə görə, danışıqlar zamanı Suriya nümayəndə heyəti Qətərin baş naziri ilə bütün strateji məsələləri müzakirə edib, həmçinin yeni Suriya dövlətinin qurulması və onun xarici siyasəti üçün yol xəritəsini təqdim edib. Nazir qeyd edib ki, bu yol xəritəsində bütün suriyalıların maraqlarını təmsil edən hökumətin formalaşdırılması da var.
Tələsik və elan edilməmiş səfər...
Beləliklə, Yaxın Şərqdə yeni siyasi reallıqlar formalaşır. Bu isə özündə yeni siyasi prosesləri vəd edir. Təbii ki, baş verənlər bir sıra məqamlarına görə Qərbin maraq dairəsindədir. Ümumiyyətlə, Suriya hadisələri başlanan gündən etibarən Qərb, xüsusilə Avropa gözləmə mövqeyində dayanmağa üstünlük verirdi. Əsədin son günlərində hələ də onun hakimiyyətdə qala biləcəyini istisna etməyən Qərb paytaxtları susmağı “məsləhət” bilirdilər.
İndiki məqamda isə Qərbin üzü yenidən Şərqə doğrudur. Aİ-nin aparıcı “simaları” olan Almaniya və Fransanın xarici işlər nazirlərinin elan edilməmiş səfərlə Suriyaya gəlişi də bundan xəbər verir. Nazirlərin apardıqları danışıqların motivi bəllidir və ilk növbədə həmin ölkələrin Dəməşqdə bağlanan səfirliklərinin işə başlaması planlaşdırılır. Eyni zamanda, Ukrayna cəbhəsindən nəticə hasil edə bilməyən Avropa əlinə düşən fürsətdən istifadə edərək Rusiyaya qarşı iddialarını da məhz Suriya paytaxtından səsləndirir. Belə ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok Dəməşqə səfəri zamanı bildirib ki, Rusiyanın Suriyadakı hərbi bazalarını tərk etməsinin vaxtı çatıb.
Avropa nə düşünürdü, nə tapdı...
Bu canfəşanlıq isə səbəbsiz deyil - Avropa ilk növbədə Türkiyənin regionda güc mərkəzi kimi möhkəmlənməsindən çəkinir. Şuşa Bəyannaməsi ilə Azərbaycanla strateji müttəfiq olan, TDT üzərindən isə Mərkəzi Asiya ilə əlaqələrini daha da gücləndirən Ankaranın ərəb dünyasında nüfuzunun artması Qərb üçün arzuolunmazdır. Onsuz da Avropa Türkiyə ilə Qətər arasındakı sıx münasibətlərdən hər zaman narahatlıq keçirdiyini bəlli edib. İndiki halda Türkiyənin Suriyada ön plana çıxması Qərbin planlarına ziddir. Bəllidir ki, Türkiyə Suriyada xüsusi hörmətə layiq görülür. Son illərdə milyonlardla suriyalı qaçqına ümid vermiş, sığınacaq yeri olmuş Türkiyə yeni mərhələdə də Dəməşqi tək buraxmayacağını vəd edib. Bu səbəbdəndir ki, avropalı nazirlər birbaşa Dəməşqə səfər planlaşdırıblar.
Amma planlar cızıldığı kimi getməyib - xüsusilə, Almaniyanın XİN başçısı ilə bağlı “şəkil qalmaqalı” Berlində narazılığa səbəb olub. Beləliklə, Avropa gözləmədiyi bir tablo ilə qarşılaşıb. Halbuki, Almaniya Xarici İşlər Nazirliyi bir müddət öncə Suriyada hakimiyyətin dinc yolla ötürülməsi ilə bağlı “xüsusi plan” hazırladığını bəyan etmişdi. Almaniya bəyan etmişdi ki, Əsədin devrilməsindən sonra Suriyaya dəstək vermək istəyir - ancaq bir şərtlə ki, əhalinin bütün qrupları siyasi proseslərdə iştirak etməlidir. Almaniya Xarici İşlər Nazirliyinin hətta “tərtib etdiyi” 8 bəndlik planda Suriyada “hakimiyyətin sülh yolu ilə ötürülməsi” ən mühüm hədəf kimi göstərilir. Amma görünən budur ki, Avropanın oxu Dəməşqdə də “daşa dəydi”...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

