Milli Qurtuluş Günü münasibətilə Zəngilan rayonu və Laçın şəhərində tədbir keçirilib
11.06.2026 [12:51]
İyunun 9-10-da Zəngilan rayonunun Ağalı kəndində və Laçın şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının Laçın və Zəngilan rayon təşkilatlarının birgə təşkilatçılığı ilə “Milli Qurtuluşdan Böyük Qayıdışa: Azad edilmiş ərazilərdə quruculuq və dayanıqlı inkişaf modeli” mövzusunda tədbir keçirilib.
Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Aqil Qurbanov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, hər iki rayonun tanınmış ziyalıları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, qazilər və partiya fəalları iştirak ediblər.
Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub. Dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib və büstün önünə gül dəstələri düzülüb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
15 İyun - Azərbaycanda Milli Qurtuluş gününə və işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin bərpası, quruculuq işlərini əks etdirən videoçarx təqdim edilib.
Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Aqil Qurbanov, YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent, Azərbaycan folklorşünası Hikmət Quliyev, Bakı Mühəndislik Universitetinin prorektoru, hüquq üzrə fəlsəfə doktoru Mikayıl Zeynalov, Müharibə veteranı, “Əmədar Müəllim” Bayram Məmmədov, Bakı Mühəndislik Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov, “Azərbaycan” qəzetinin məsul katibi, tarix üzrə fəlsəfə doktoru Elçin Vəliyev, Bakı Ali Neft Məktəbinin müəllimi, tarix elmləri namizədi, dosent Ələmdar Şahverdiyev, Azərbaycan Respublikasının Milli Qəhrəmanlar Cəmiyyətinin Laçın üzrə nümayəndəsi, şəhid Milli Qəhrəman Oqtay Güləliyevin həyat yoldaşı Afət Novruzova, Zəngilan rayon Ağsaqqallar Şurasının üzvü, “Azərbaycan Menecment və İnvestisiya Korporasiyası” QSC-nin baş direktoru Emin Əliyev, Zəngilan rayon sakini, I Qarabağ müharibəsi qazisi, Vətən müharibəsinin iştirakçısı Zakif Abbasov, Laçın rayon sakini, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatı İctimai Birliyinin Laçın rayon təşkilatının sədri Qəzənfər Hüseynov, idman jurnalisti Sənan Məhərrəmov, Laçın şəhər sakini, rayon ziyalısı Kifayət Sadıqova, Zəngilan rayon sakini, partiya fəalı Cəfər Cabbarlı və Laçın rayon Ə.H.Məmmədov adına Zabux kənd tam orta ümumtəhsil məktəbinin hərbi rəhbəri, Vətən müharibəsi qazisi Taleh İsgəndərli çıxış edərək qeyd ediblər ki, 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini ciddi təhlükələrdən xilas etməklə ölkədə ictimai-siyasi sabitliyin və davamlı inkişafın əsaslarını formalaşdırıb. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs uğurla davam etdirilir, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa, yenidənqurma və quruculuq işləri həyata keçirilir.
Natiqlər Milli Qurtuluş Gününün Azərbaycan tarixində müstəsna siyasi və tarixi əhəmiyyətə malik olduğunu vurğulayaraq qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası ölkəmizin hərtərəfli tərəqqisini təmin edib. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma layihələri, müasir şəhərsalma konsepsiyalarının tətbiqi, “ağıllı kənd” və “ağıllı şəhər” modellərinin reallaşdırılması Azərbaycanın güclü iqtisadi potensialının, məqsədyönlü dövlət siyasətinin və strateji inkişaf baxışının nəticəsi kimi dəyərləndirilib.
Çıxışlarda vurğulanıb ki, Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən layihələr keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin etməklə yanaşı, regionda dayanıqlı inkişafın, sosial rifahın və iqtisadi fəallığın formalaşmasına mühüm töhfə verir. Azad edilmiş ərazilərdə inşa olunan yaşayış məntəqələri, müasir yol-nəqliyyat infrastrukturu, təhsil, səhiyyə və digər sosial təyinatlı obyektlər dövlətin insan kapitalına və vətəndaş rifahına verdiyi önəmin bariz göstəricisi kimi qiymətləndirilib.
Xüsusi olaraq qeyd olunub ki, Azərbaycan xalqının Milli Qurtuluşdan başlayan inkişaf yolu Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksəlib. Tarixi Zəfər və dövlət suverenliyinin tam bərpası nəticəsində ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri isə müasir Azərbaycan dövlətinin siyasi iradəsini, iqtisadi qüdrətini və inkişaf potensialını əyani şəkildə nümayiş etdirir.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Tədbirin sonunda iştirakçılar Zəngilan rayonunda və Laçın şəhərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar. Azad edilmiş ərazilərdə aparılan yenidənqurma layihələri Böyük Qayıdış Proqramının uğurlu icrasının və Azərbaycanın dayanıqlı inkişaf modelinin parlaq təzahürünə şahidlik ediblər.
Tədbir çərçivəsində şəhid və qazi ailələri ziyarət olunub.
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15

