/ / Qərbin ikili standartlara əsaslanan siyasəti Avropada separatizm meyillərinin artmasına rəvac verir
Qərbin ikili standartlara əsaslanan siyasəti Avropada separatizm meyillərinin artmasına rəvac verir
04.10.2017 [09:47]
Avropanın bəzi dairələrinin qətiyyətsiz, çox zaman separatçılara haqq qazandıran münasibəti “köhnə qitə”də yeni parçalanmalara yol aça bilər
Dünyanı cənginə almış terror, separatizm, bölücülük kimi neqativ presedentlər artıq öz “sərhədlərini” genişləndirməkdədir. Başqa sözlə desək, Qərb dünyasının müxtəlif ölkələrdəki separatizmə laqeyd münasibəti, bir çox hallarda dövlətlərin ərazi bütövlüyünə etinasızlıq göstərilməsi, işğalçılıqla məşğul olan, separatizmi yayan və ona rəvac verən qüvvələrə münasibətdə ikili standartlardan çıxış etməsi, loyallıq göstərməsi artıq öz acı fəsadlarını verməkdədir. Belə ki, separatizmin bariz nümunələri artıq Avropanın ən inkişaf etmiş ölkələrinin timsalında ortaya çıxmaqdadır.
Vurğulamaq lazımdır ki, İspaniyanın Kataloniya bölgəsində uzun illər davam edən separatçı hərəkatın ölkənin ərazi bütövlüyünü sual atında qoyması məhz Avropanın bəzi dairələrinin yürütdüyü ikili standartlar siyasətinin Qərbin özünə qarşı çevrilməsinin açıq təzahürüdür. Yəni artıq Qərbdə bu kimi halların intensiv hal alması, bunun bir presedentə çevrilməsi və separatizmin alovlanması da qaçılmaz kimi görünür. Bu məqamda xatırladaq ki, Avropa Parlamentinin hazırkı sədri Antonio Tayani Kataloniyada müstəqilliklə bağlı referendumu qanunsuz adlandırsa da, yaranmış böhranın Kataloniyanın separatçı hakimiyyəti və İspaniyanın mərkəzi hakimiyyəti arasında həll edilməli olduğunu deyir. Avropa Parlamentinin sədr müavini, Avstriya “Yaşıllar” Partiyasının sədri Ulrike Lunaçek isə Kataloniyanın müstəqillik təşəbbüslərinə dəstək ifadə edən bəyanatla çıxış edir.
Görünən budur ki, Qərbin bəzi dairələri Kataloniyada baş verənlərdən də nəticə çıxarmır, separatizmin Avropada daha geniş vüsət almasında və Avropa İttifaqında dezinteqrasiya meyillərinin güclənməsində, qurumun dağılmasında maraqlıdır. Bu qüvvələr dünyada stabilliyin pozulması, milli dövlətlərin parçalanması, iqtisadiyyatın zəifləməsi üçün çalışırlar ki, separatizmin dəstəklənməsi də bunun bir parçasıdır. Məhz belə qətiyyətsiz, çox zaman separatçılara haqq qazandıran münasibətin nəticəsi olaraq Şotlandiyanın Böyük Britaniyadan ayrılması, Belçikanın linqvistik prinsiplə Valloniya və Flarandiyaya bölünməsini bəzi ekspertlər artıq zaman məsələsi hesab edirlər.
Kataloniyada baş verənlər, ən əsası, İspaniyanın özü üçün ən böyük təhdiddir. Belə ki, bu ölkənin bir sıra vilayətlərinin Katalon separatizminin ardından müstəqillik istəməyəcəyini də proqnozlaşdırmaq mümkün deyil. Nəzərə alınmalıdır ki, İspaniyanın Valensiya, Qalisiya və Bask vilayətlərində separatizm meyilləri çox güclüdür. İspaniya ilə yanaşı, baş verənlər Böyük Britaniyanın Uels vilayətində, İtaliyanın Padaniya adlandırılan şimal ərazilərində, Siciliya və Sardiniya adalarında, Fransanın Breton, Elzas, Provans və Korsika vilayətlərində də bu neqativ meylin güclənməsinə yol açacaq. Hətta iş o yerə çatıb ki, Polşanın Sileziya, Çexiyanın Moraviya kimi dominat etnosla eyni dildə danışıb, eyni tarixi bölüşən vilayətlərində də bölücülük meyilləri müşahidə olunur.
Digər tərəfdən, separatizm meyilləri Avropa kimi ABŞ-ın da əsas problemlərindən birinə çevrilə bilər. Hər halda ABŞ-ın ispandilli və qaradərili əhalinin çoxluq təşkil etdiyi ştatlarında, eləcə də tarixən Konfederasiyaya daxil olmuş cənub ştatlarında separatizmin qarşısını hələ ki yalnız güclü ordu və xüsusi xidmətə malik federal hakimiyyət ala bilir. Amma gələcəkdə bu ştatların da hansı iddialar irəli sürə biləcəyi sual altındadır. Dünyanın bir sıra bölgələrində separatizmə gözlərini yuman, qulaqlarını tıxayan Qərb artıq özünü əhatə edən bu problemdən çıxış yolu axtarmaq məcburiyyətində qala bilər.
Ümumilikdə isə baş verənlər onu göstərir ki, dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalıdır. Dünya birliyi, xüsusən Qərbin aparıcı ölkələri ikili standartlar siyasətinə son qoymalı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, separatçı rejimlərlə hər cür əlaqələri, onların dəstəklənməsini dayandırmalıdır. Bu birmənalıdır ki, postsovet ölkələrində yaranmış digər ərazi münaqişələrindən fərqli olaraq Qərb ölkələri və qurumları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konkret və təsirli addımlar atmaqdan çəkinir, yalnız deklorativ bəyanatlar verməklə kifayətlənirlər. Ermənistanın işğal faktını davam etdirməsi və münaqişə ilə bağlı qəbul edilən qətnamələrə fikir verməməsi həmin qurumlar tərəfindən susqunluqla qarşılanır. Avropa strukturlarının işğalçıya və işğala məruz qalan dövlətə münasibətdə qeyri-obyektiv mövqe sərgiləməsi real olaraq ortadadır. Bu isə birmənalı şəkildə ikili yanaşmadan xəbər verir. Çünki bu gün istər dövlətlərarası, istər beynəlxalq aləmlə dövlətlərin münasibətlərini, istərsə də dövlət-vətəndaş münasibətlərini tənzimləyən bütün qanunlar, konvensiyalar Ermənistan tərəfindən tapdanır, tanınmır. Avropanın insan hüquqlarını “qoruyan”, bunun uğrunda mübarizə apardığını iddia edən təşkilatların belə ikili standartları isə ümumilikdə beynəlxalq aləmin əsl simasını ortaya çıxarır. Dünya birliyini təhdid edən yeni münaqişə ocaqlarının yaranmasının qarşısını almağın yeganə yolu isə beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyünün qeyd-şərtsiz dəstəklənməsidir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53

