Dövlətçilik ənənələrimizdə lider fenomeni
12.12.2015 [12:04]
Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Azərbaycan dövlətçilik ənənələrində lider fenomeni - Şah İsmayıl Səfəvidən XXI əsrə” (Akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi - döyüşçü və hökmdarın portreti” və “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu” kitabları əsasında) mövzusunda elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu öndərin mənalı ömür yolunu və zəngin siyasi fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna xidmətlərindən söz açıb. Bildirilib ki, qüdrətli siyasi və dövlət xadimi Heydər Əliyev xalqın ardıcıl çağırışları və iradəsi ilə böyük siyasətə Azərbaycanın yenidən bərpa olunan müstəqilliyinin o dövründə qayıtdı ki, XX əsrin əvvəllərində olduğu kimi həmin istiqlal yenə süquta uğraya bilərdi. Bu dahi rəhbərin siyasi zəkasının və sarsılmaz qətiyyətinin sayəsində ölkəmiz parçalanmaqdan, xaosdan, vətəndaş müharibəsindən qurtuldu, müasir Azərbaycan dövlətinin memarı olan bu misilsiz şəxsiyyət dövlətimizin iqtisadiyyatını dirçəltdi, ölkənin gələcək yüksəlişlərini təmin edəcək neft müqavilələrinin bağlanmasına nail oldu. Eyni zamanda, görkəmli dövlət xadimi Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin təməllərini qurdu, Azərbaycanın beynəlxalq nüfuzunun artmasını təmin etdi. Müasir, güclü, tərəqqi edən Azərbaycan dövləti Heydər Əliyevin ömrünün mənası, Onun şah əsəridir. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan tarixinin elə nadir bir şəxsiyyəti idi ki, Onun əsl möhtəşəmliyi bütün dolğunluğu ilə bəlkə də gələcək zamanlarda indikindən daha artıq duyulacaq.
Sonra R.Hüseynov “Akademik Ramiz Mehdiyevin müqayisəli-tarixi araşdırmalarında müasir Azərbaycan dövlətçiliyinin nəzəri modelləri” mövzusunda məruzə ilə çıxış edib. O, elmi sessiyanın Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin son illərdə bir-birinin ardınca nəşr edilən və tarixi mövzularda olsalar da, bilavasitə müasir ictimai-siyasi gerçəkliyimizlə səsləşən əsərlərinin işığında alimlərimizin geniş fikir mübadilələri üzərində qurulduğunu söyləyib.
Akademik Ramiz Mehdiyevin əsərlərinin başlıca məziyyətlərini geniş təhlil edən natiq xüsusi vurğulayıb ki, həmin araşdırmalar yalnız çoxdan açıq qalan suallara cavablar verməklə yekunlaşmır, həm də tədqiqatçıları yeni-yeni araşdırmalara dəvət edən mühüm ideyalar irəli sürür.
Akademik Ramiz Mehdiyevin elmi siqləti, siyasi dərinliyi ilə seçilən əsərlərinin digər vacib bir xüsusiyyətinin də onlardakı kompleks yanaşma, problemi bütün təfərrüatı ilə öyrənmək və öyrətmək olduğunu qeyd edən R.Hüseynov bu kitabların həm elmi auditoriya, həm də xalq üçün gərəkliliyini diqqətə çatdırıb.
Akademik Ramiz Mehdiyevin tarixi-müqayisəli təhlillərdən ibarət əsərlərini müasir Azərbaycan siyasəti və dövlətçiliyinin nəzəri modellərini özündə əks etdirən mötəbər mənbələr kimi qiymətləndirən R.Hüseynov bu tədqiqatlar silsiləsinin indiyədək elmimizdə aşkar duyulan boşluğu xeyli dərəcədə doldurduğunu vurğulayıb.
Məruzəçi akademik Ramiz Mehdiyevin Şah İsmayıl Xətai ilə bağlı tədqiqatlarının ayrı-ayrı məqamlarından söz açıb. Bildirilib ki, Şah İsmayılın fəaliyyətini tarixçilərimiz, filoloqlarımız, mənbəşünaslarımız, mətnşünaslarımız, folklorçularımız tədqiq edib, bu istiqamətdə çoxlu məqalə və kitablar yazılıb. Lakin akademik Ramiz Mehdiyevin Şah İsmayıl haqqındakı araşdırmaları onların hamısından seçilir. Çünki ilk dəfədir ki, Şah İsmayıl Səfəvinin bütün tərəfləri nəzərə alınaraq və bütün qabiliyyətləri, keyfiyyətləri bir meyar ətrafında cəmləşdirilərək tədqiqat süzgəcindən keçirilir. Akademik Ramiz Mehdiyev şair, sərkərdə, dövlət xadimi, ideoloq, diplomat, mesenat, elm və mədəniyyət təşkilatçısı olan Şah İsmayılın bütün bu xüsusiyyətlərinin bir nöqtədə qovuşaraq mərkəzləşmiş, güclü Azərbaycan dövləti qurmağa yönəldiyini sübut edir. Bir filosof, dövlətşünas və siyasətşünasın sərrast dəyərləndirmələri nəticəsində biz Şah İsmayılı da, onun apardığı siyasəti də, qurmuş olduğu dövləti də indiyədək yazılan bütün əsərlərdən fərqli olan aydın, inandırıcı bir şəkildə görüb dərk edirik.
Bütün bu qəbil təhlilləri ilə akademik Ramiz Mehdiyev həm də onu öyrədir ki, tarixə və tarixi şəxsiyyətlərə, onların irsinə belə münasibət bəsləyin. Tarixə və tarixi simalara yalnız keçmişdə qalan köhnəlmiş miras kimi deyil, həm də bu gün fayda verə biləcək, işlək modellər kimi diqqət yetirin.
Qeyd edilib ki, akademik Ramiz Mehdiyevin Şah İsmayıl Xətainin aparmış olduğu dil siyasətinə də araşdırmalarında ayrıcı bir mövzu istiqaməti kimi yer ayırması təsadüfi deyil. Gənc yaşlarından Azərbaycanın rəhbərliyində təmsil olunan Ramiz Mehdiyev dilin bir xalqın özünüdərki və mənəvi tərəqqisində nə qədər əhəmiyyətli amil olduğuna yaxşı bələddir. Bu məsələni dövlətçiliyin sütunlarından hesab edən akademik Ramiz Mehdiyev Şah İsmayılın hələ XVI əsrdə Azərbaycan dilinin dövlət həyatında yerini möhkəmləndirməsinə, dilimizin beynəlxalq nüfuzunun artmasına köklənən çalışmalarından yazaraq baxışları həm də müasir Azərbaycana tərəf çevirir. Oxucusunu Ümummilli lider Heydər Əliyevin bu sahədə apardığı irimiqyaslı işlər, Ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin ana dili ilə əlaqədar gerçəkləşdirdiyi layihələr ətrafında düşünməyə sövq edir.
Akademik Ramiz Mehdiyev bu araşdırmalarında elmimizə yeni anlayışlar, təzə terminlər gətirir. “Şah İsmayılın siyasi irsi” tərzində bir ifadə ilk dəfə elmi dövriyyəyə Ramiz Mehdiyevin qələmi ilə daxil olur. Yeri düşdükcə çox incə, mətləbləri dəqiqliklə açan təhlilləri ilə müəllif əyani şəkildə isbat edir ki, söhbət Şah İsmayıl kimi nadir tarixi simalardan gedərkən yeri düşəndə onun bir məktubu da, imzaladığı fərman da, hətta hansısa şeir də çox önəmli siyasi irs nümunəsi kimi qavranıla və təhlil müstəvisinə çıxarıla bilər. Çoxistiqamətli təhlilləri nəticəsində akademik Ramiz Mehdiyev Şah İsmayılın dövlətçilik siyasətinin başlıca açar elementini də müəyyən edir: “Ədalət prinsipi”. Həmin prinsipin, həmin nəzəri modelin müasir Azərbaycan dövlətçiliyində reallaşmasını isə akademik Ramiz Mehdiyev son illərdə siyasətşünaslıq elmimizi zənginləşdirən bir çox dəyərli əsərlərində tutarlı dəlillərlə şərh edib. Akademikin bu və bu qəbildən olan əsərlərinin özləri də əslində bir model, örnək rolunu oynayır, bundan sonra alimlərimizi bu biçimdə, belə sağlam enerji ilə yüklənmiş əsərlər yaratmağa səfərbər edir.
Elmi sessiyada muzeyin əməkdaşlarının “Müstəqillik dövrü Azərbaycan tarixi və Şah İsmayıl Səfəvi”, “Akademik Ramiz Mehdiyevin tədqiqatları fonunda Şah İsmayıl Xətainin avtoqraf epitetləri”, “Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında Şah İsmayılın rolu”, “Şah İsmayıl Xətai Səfəvi - Azərbaycan imperiyasının lideri kimi” mövzularda məruzələri dinlənilib.
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15

