Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev İraqın neft nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev İraqın neft nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

02.06.2015 [16:04]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də İraqın neft naziri Adil Əbdülmehdinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev əməkdaşlığımızın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Dövlətimizin başçısı enerji sahəsində əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb. Ölkəsinin Azərbaycan ilə dost münasibətdə olduğunu deyən İraqın neft naziri Adil Əbdülmehdi əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən neft-qaz və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb. Görüşdə bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İraqın Neft Nazirliyi arasında imzalanan memorandumun energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi qeyd olunub.

Paylaş:
Baxılıb: 815 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31