Ermənistanın müharibə cinayətləri...
17.07.2024 [10:55]
Həqiqətlərimizin dünyaya çatdırılmasında nələr etmişik?
İkinci Qarabağ müharibəsi yalnız hərbi qələbəmizlə nəticələnmədi. 44 günlük Vətən savaşından sonra Azərbaycan siyasi, eləcə də diplomatik və informasiya sahəsində qələbə qazandı. Ümumiyyətlə, Vətən müharibəsi dünya hərb tarixində bir çox məqamla yadda qaldı. Bunlardan biri də müharibədə Azərbaycan əsgərinin düşmənin mülki sakinlərinə və obyektlərinə atəş açmaması, məhz bunun nəticəsində düşmənin bir nəfər də olsun vətəndaşının xəsarət almamasıdır.
Məlumat üçün qeyd edək ki, bu, dünya hərb tarixində yeganə istisnadır. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan əsgərinin beynəlxalq konvensiyalara, insani dəyərlərə, müharibə qanunlarına olan hədsiz ehtiramı və həssaslığı sayəsində Ermənistanın bir nəfər də olsun hərbi əməliyyatlarda iştirak etməyən mülki vətəndaşı zərər görmədi. Bu həqiqət Prezident İlham Əliyevin mediaya verdiyi açıqlamalarında da öz əksini tapmışdı.
Ermənipərəst mövqe sərgiləyən qurum...
Mövzunu “Yeni Azərbaycan”a şərh edən politoloq Zaur Məmmədov bildirib ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra ərazilərimizdə 30 ilə yaxın törədilmiş vandalizm aktları, ekoloji terror üzə çıxdı. Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər dünyanın diplomatik korpus nümayəndələrinə vizual olaraq göstərildi: “Baxmayaraq ki, 30 ilə yaxın müddətdə sözdə sülhyaratma missiyası həyata keçirən ATƏT-in Minsk qrupu bu faktları gündəmə gətirməli və Ermənistan hərbi-siyasi rəhbərliyinə terrordan, sülh və insanlıq əleyhinə cinayətlər törətməkdən yayınmağa çağırışlar etməli idi. Amma ATƏT-in Minsk qrupunun fəaliyyəti ermənipərəst mövqedən o tərəfə keçmədi. Ona görə də bu gün həmin qurumun fəaliyyəti Azərbaycan tərəfindən qəbul olunmur. Müharibədən sonra bu missiyanı da Azərbaycan öz üzərinə götürdü. Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan bir proses başlatdı və ciddi addımlar atdı. Bir sözlə, Azərbaycan mövcud həqiqətlərin dünyaya çatdırılması üçün təkbaşına mübarizə apardı”.
Qələbəmizi möhkəmləndirən element...
Politoloqun sözlərinə görə, Azərbaycan xalqı Prezident İlham Əliyevin strateji baxışlarına güvənərək onun rəhbərliyi altında öz sözünü dedi, bütün dünyaya nümayiş etdirdi ki, heç bir halda torpaqlarının bir qarışından belə imtina etməyəcək: “Həmin müddətdə Ermənistanın saxta təbliğat maşını artıq keçmişdə qalmış münaqişə vəziyyəti ilə bağlı həqiqətləri təhrif edirdi. Son illərdə ölkə Prezidenti bütün mötəbər tribunalardan Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırmaqla yanaşı, həm də qəbul etdirməyi də bacardı. Əslində, Vətən müharibəsinə qədər bizim qələbəmizin siyasi əsasları və elementləri artıq mövcud idi. Azərbaycan onun ardınca da hərbi qələbə qazanaraq torpaqları işğaldan azad etdi. Təbii ki, bu vəziyyətdən beynəlxalq informasiya müstəvisində Ermənistanın təcavüzkar dövlət mahiyyətini, işğalçı dövlət olmasını dünyaya çatdırmaq vacib məsələlərdən biri idi. Bunu bizim tarixi qələbəmizi möhkəmləndirən element də hesab etmək olar. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müharibə dövründə, elə ondan sonra da dünyanın ən mötəbər media orqanlarına müsahibələr verərək münaqişə vəziyyəti ilə bağlı həqiqətləri davamlı olaraq dünyaya çatdırırdı. Prezident müsahibələrində o qədər ciddi arqumentlərə istinad edirdi ki, onun söylədiklərini qəbul etməmək mümkün deyildi. Bu faktor Azərbaycanın informasiya mübarizəsində mövqelərini möhkəmləndirirdi. Azərbaycanın mühüm strateji addımlarından biri də ondan ibarət idi ki, dünyanın müxtəlif ölkələrindən olan jurnalistlər Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad olunmuş ərazilərə intensiv şəkildə səfərlər edirdilər. İnformasiya müharibəsində bu da çox mühüm rola malik idi. Yəni, dövlət başçısının atdığı hər addımında həm də informasiya müharibəsinin elementi var idi. Məsələn, torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident dəfələrlə həmin ərazilərə səfərləri zamanı sükan arxasından erməni vandalizminin izlərini nümayiş etdirirdi. Təbii ki, Azərbaycan Prezidentinin hər bir səfəri, hər sözü dünya mediası tərəfindən yaxından izlənilir. Ona görə də əminliklə qeyd etmək olar ki, Prezident işğaldan azad edilmiş ərazilərə səfəri zamanı informasiya müharibəsini də həyata keçirirdi. Ermənistanın Azərbaycan torpağında törətmiş olduğu cinayətləri dünyaya təqdim edirdi”.
Həqiqətləri təhrifetmə fəaliyyətləri nəticəsiz olacaq!
Z.Məmmədov mühüm bir məqamı xatırladaraq qeyd edib ki, “Şuşa Bəyannaməsi”nin imzalandığı ərazi dağıntılardan ibarət idi. İki dövlət başçısının bəyannaməni imzaladıqları yerin fonu məhz Ermənistanın törətmiş olduğu dağıntılar idi: “Bu tarixi hadisə dünya mediası, dünya ictimaiyyəti tərəfindən çox yaxından izlənilirdi. Ona görə də Ermənistanın vandalizminə məruz qalmış məkanın fon kimi seçilməsi təsadüfi deyildi. Cənab Prezident burada da strateji baxış sərgiləyərək Ermənistanın törətdiyi dağıntıların izlərini də dünyaya növbəti dəfə nümayiş etdirdi. Bir sözlə, Azərbaycan beynəlxalq informasiya məkanında mövqelərini inamla qoruyaraq Ermənistanın təcavüzkar dövlət obrazını dünyaya tanıtmaqda davam edir. Ona görə də hərbi qələbəmizin ardınca informasiya mübarizəsində qazandığımız qələbəmizin əlamətləri də göz önündədir. Bundan sonra isə Ermənistanın həqiqətləri təhrifetmə istiqamətdəki fəaliyyəti ya tam nəticəsiz, ya da çox zəif olacaq”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34

