Xəzərimiz niyə quruyur?
22.12.2021 [12:14]
Müşfiqə BAYRAMLI
Dünyanın ən böyük gölü - Xəzərimiz sürətlə quruyur. Xəzərin quruması ilə nəinki insanlar, bütün canlılar üçün həyat daha da çətinləşir. Xüsusilə də, paytaxtın Bayıl qəsəbəsi tərəfdə Dənizkənarı Milli Parkda daha qabarıq şəkildə nəzəri cəlb edir. Suyun səviyyəsinin enməsi nəticəsində sahil boyunca daş və torpaq qatın üzə çıxmasını aydın şəkildə görmək olur. Onun yerini isə alt qatlarda qalmış dəmir borular, haradan və necə gəldiyi məlum olmayan avtomobil təkərləri, plastik əşyalar, bir sözlə, zibillik alıb. Görəsən, Xəzərimiz niyə belə baxımsız vəziyyətə salınıb? Bu quraqlığa səbəb nədir? Ekoloji fəlakətin qarşısını almaq üçün hansı addımlar atılır?
Dənizin gələcək səviyyəsi ilə bağlı elmi əsası olan fikir söyləmək mümkün deyil
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib ki, qapalı su hövzəsi olduğundan Xəzərin səviyyəsində periodik dəyişmələr mümkündür: “Beynəlxalq iqlim modellərinə görə Xəzər hövzəsində yağıntı rejiminin proqnozlaşdırılmasında kifayət qədər qeyri-müəyyənlik və uyğunsuzluqlar mövcuddur. Bu səbəbdən hazırda Xəzər dənizinin gələcək səviyyəsi ilə bağlı elmi əsası olan fikir söyləmək mümkün deyil. Qeyd edim ki, Xəzər dənizinin səviyyəsində hazırda müşahidə edilən enmə prosesi 1995-ci ildən müşahidə edilir”.
Ümummilli lider Heydər Əliyevin “...Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir...” tarixi sözlərinə sadiq qalaraq zəngin təbiətimizi qorumalı, ona sahib çıxmalıyıq. Əks təqdirdə...
Aralın “səssiz ölümü” Xəzəri də gözləyəcək?
Xəzərimizi Aral dənizinin taleyi gözləyir? Sahəsinin böyüklüyünə görə dünyanın 4-cü gölü olan Aral 1960-cı illərdən etibarən qurudu. Həmin vaxtlarda Sırdərya və Amudərya çaylarının suyunun çox hissəsinin kanallarla Türkmənistan, Özbəkistan və Qazaxıstanın cənubunun ehtiyacı üçün götürülməsinə, suvarma üçün istifadə edilməsinə başlanıldı. Nəticədə dəniz öz sahilindən nəzərəçarpacaq dərəcədə geri çəkildi və quruduğu yerlər dəniz duzu və digər kimyəvi maddələrlə örtüldü. Zəmanəmizin ən böyük ekoloji fəlakətlərindən biri kimi tarixə düşdü.
Yağış yağacaq, Tanrıbəy baba!
Yağıntının normadan çox aşağı düşməsi və hava temperaturunun xeyli artıq yüksəlməsi dünyada quraqlığa səbəb olan amillərdən biridir. Bununla bağlı bir sıra mübarizə tədbirləri görülür. Məsələn, hava hərarətinin 50 dərəcəyə qədər yüksəkliyi Birləşmiş Ərəb Əmirliklərində istilərlə mübarizə məqsədilə süni yağış texnologiyası tətbiq olunur. Texnologiya İngiltərənin Ridinq Universitetinin alimləri tərəfindən hazırlanıb. Belə ki, buludlara dronlar vasitəsilə elektroşok vermə üsulu ilə intensiv yağışlar yağdırılır. BƏƏ-nin bu layihəyə 15 milyard dollar vəsait ayırdığı deyilir.
Bu yerdə “Bəxt üzüyü” filmindən səhnələr yada düşür. Bütün qonşuları ağacları sulamağa çağıran Tanrıbəy babanın səsinə hay verən tapılmır. “Mənə nə” psixologiyası ilə çıxış edən qonşular ağaclara su verməyi özlərinə əziyyət bilirlər. Balaca qızcığaz Sevincin “Yağış yağacaq, Tanrıbəy baba” ifadəsi isə sanki ağsaqqalın ürəyinə bir növ su səpir...
Məmməd Arazın Xəzər harayı: Ölü dənizlər muzeyi
Xəzərimizin şəninə şeirlər yazılıb, mahnılar bəstələnib. Qələm sahibləri öz yaradıcılıq dünyasında ekoloji problemlərə işıq salıblar. Xüsusilə, Məmməd Araz ekoloji problemlərə poeziyasında yer verib. Xalq şair yazırdı ki, Vətənin daşı olmayandan, olmaz ölkə vətəndaşı. Bu fikri ancaq təbiəti, ekoloji problemləri, demoqrafik prosesləri yaxşı bilən şeirə gətirə bilərdi. Şairin “Professor Gülə məktub” adlı şeirində göründüyü kimi Xəzər dənizinin ekoloji problemlərlə üzləşməsi, ekoloji tarazlığının pozulması şairi ciddi narahat edirdi. O, misralarında şair-vətəndaş mövqeyini, əsl vətənpərvərlik duyğularını nümayiş etdirir. Xəzəri, sadəcə, vəsf etmir, ekoloji problemlərlə qarşılaşdığını oxucusuna böyük ustalıqla çatdırır:
Xəzər bir xəzinədir
Qoynu qoltuğu dolu
Biz onu satmaq istəyirik,
Ölü dənizlər muzeyinə
Atmaq istəyirik.....
Xəzərdən sahilə
Qızıl dartırıq,
Gülab tökürük
Sahildən Xəzərə
Zəhər axıdırıq
Çirkab tökür.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15

