Azərbaycan bölgənin gələcək inkişaf konturlarını müəyyənləşdirir
29.12.2021 [09:53]
Pərviz Sadayoğlu
Başa çatmaqda olan 2021-ci il Azərbaycan üçün xarici siyasət sahəsində də uğurlu oldu. Ümumiyyətlə, müstəqil Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərini ölkəmizin milli maraqlarının qorunması çərçivəsində ikitərəfli və çoxtərəfli siyasi əlaqələrin möhkəmləndirilməsi, respublikamızın beynəlxalq arenadakı siyasi çəkisinin artırılması, ölkəmiz üçün taleyüklü məsələlərdə beynəlxalq birliyin dəstəyinin qazanılması da daxil olmaqla bir sıra mühüm məsələlər təşkil edir. Bu strateji kursun uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünya siyasətində təsir gücü və beynəlxalq mövqeyi xeyli möhkəmlənib. Bununla yanaşı, 44 günlük Vətən müharibəsində qazanılan zəfər Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirib. Postmüharibə dövründə ölkəmizin apardığı siyasət bütövlükdə Cənubi Qafqaz regionunun beynəlxalq aləmin diqqət mərkəzində olmasını şərtləndirib.
Azərbaycan regionun lider dövləti kimi...
Politoloq Ramiz Alıyev qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanın yürütdüyü xarici siyasət kursu milli maraqlarımızın təmininə yönəlib. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun daha da artdığını bildirən R.Alıyev vurğulayıb ki, ölkəmizin digər dövlətlərlə qurduğu siyasi münasibətlər həm də iqtisadi, humanitar, mədəniyyət və digər sahələrdə qarşılıqlı əlaqələrin inkişafına yol açır. Onun sözlərinə görə, bu gün Azərbaycan regionun lider dövləti kimi bölgədə proseslərin önündə gedir: “Azərbaycanın regionda yaratdığı yeni reallıqlar ortadadır. Aparılan uğurlu xarici siyasət kursu nəticəsində dünyanın aparıcı dövlətləri və təşkilatları bölgədə davamlı sülhün təmin olunması, əməkdaşlığın inkişaf etdirilməsi üçün səy göstərir. 2021-ci il ərzində Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə regionda əməkdaşlığın inkişafı istiqamətində ölkəmizin irəli sürdüyü təşəbbüsləri önə çəkib. Bunun nəticəsidir ki, Ermənistan ilə keçirilən üçtərəfli görüşlərin sonunda qəbul edilən bəyanatlarda və sənədlərdə Azərbaycanın mövqeyi birmənalı şəkildə dəstəklənir. Bu isə onu deməyə əsas verir ki, dünya ictimaiyyəti Azərbaycanın apardığı siyasətin yaxın gələcəkdə regionun inkişafına böyük töhfələr verəcəyinə inanır. Azərbaycan faktiki olaraq regionun lider dövləti kimi bölgənin gələcək inkişafının konturlarını müəyyənləşdirir”“.
Yeni yol xəritəsi və mühüm strateji hədəflər
R.Alıyev qeyd edib ki, Azərbaycanın artan beynəlxalq nüfuzu ölkəmizin regionda mövqelərin uzlaşdırıcısı kimi də əhəmiyyətini artırıb. Belə ki, Zəngəzur dəhlizi layihəsi Türk Dünyasının gələcək birliyində, əməkdaşlığın inkişafında əsaslı yer tutacaq. Bu ilin noyabrında Türk Dövlətləri Təşkilatının İstanbul Zirvə Görüşündə də bu amil xüsusi vurğulandı. Politoloq bildirib ki, Şuşa Bəyannaməsinin imzalanması, TDT-nin fəaliyyətinin gücləndirilməsi Türk Dünyasının gələcək inkişafı üçün etibarlı zəmin yaradır: “Azərbaycan və Türkiyə türkdilli dövlətlərin birliyinin daha da möhkəmlənməsi üçün mühüm bir yol xəritəsi təqdim edir. İnanıram ki, bu strategiya uğurla həyata keçəcək və qarşıdakı dövrdə Zəngəzur dəhlizi vasitəsilə yeni iqtisadi əməkdaşlıq xətti fəaliyyətə başlayacaq. Zəngəzur dəhlizi Türk Dünyasını birləşdirən mühüm beynəlxalq qovşağa çevriləcək”.
Qlobal təşəbbüslər təqdirlə qarşılanır
R.Alıyev ölkəmizin qlobal problemlərin həlli istiqamətində apardığı siyasətin də dünya miqyasında təqdirlə qarşılandığını deyib. Onun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev COVID-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin təşkilinə mühüm töhfələr verib. Bu istiqamətdə effektiv mübarizə sərgiləyən ölkəmizin irəli sürdüyü təşəbbüslərə qlobal miqyasda göstərilən pozitiv münasibət bunun əyani sübutudur. Bunun başlıca səbəbi isə Prezident İlham Əliyevin apardığı uğurlu siyasətdir. “Prezidentimizin koronavirus pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə verdiyi birlik və həmrəylik mesajları, irəli sürdüyü təkliflər Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Eləcə də bir sıra ölkələrə vaksin yardımlarının edilməsi, vaksinlərin bölüşdürülməsi ilə bağlı ölkəmizin tutduğu ədalətli mövqe bir daha onu göstərir ki, Azərbaycan dövləti sülhün və təhlükəsizliyin, bəşəriyyətin sağlam gələcəyinin təmin edilməsi üçün səy göstərir”“, - deyə R.Alıyev əlavə edib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36

