Demoqrafik artım milli təhlükəsizliyimizdə strateji əhəmiyyət daşıyır
14.06.2022 [10:23]
Azərbaycanda son dörd ayda əhalinin sayı 10812 nəfər artıb
Pərviz SADAYOĞLU
Hər bir ölkənin milli gücünün vacib kəmiyyət və keyfiyyət göstəricilərindən biri onun demoqrafik vəziyyətidir. Bu mənada, əhalinin artım tempi və əmək qabiliyyətli hissəsinin ümumi saya nisbəti, əhalinin fiziki və mənəvi sağlamlığı, intellektual səviyyəsi, o cümlədən əhalinin təbii artım tempi mühüm demoqraifk amillər sırasında yer almaqdadır. Demoqrafik artım dövlətin əsas dayaqlarından biri olan insan resursunun təşkil edilməsi baxımından xüsusi önəm daşıyır.
İllər ötdükcə dünya əhalisinin ümumi sayında artımın olmasına baxmayaraq, bu artım səviyyəsi ayrı-ayrı ölkələrdə bir-birindən ciddi şəkildə fərqlənir. Ölkələrdə əhalinin artım tempinə yerli mədəniyyət, həyat tərzi, sosial rifah səviyyəsi, ekoloji vəziyyət, səhiyyənin inkişafı, insanların sağlamlıq durumu, miqrasiya axınları, siyasi-hərbi proseslər kimi amillər təsir göstərir. Adətən, ölkələr çalışırlar ki, onlarda əhalinin artım tempi dünya əhalisinin, eləcə də, ətrafdakı ölkələrin artım sürətindən geri qalmasın. Əhalinin normal artımı, yəni, ümumi sayda və yaş qrupları arasında münasib balansın qorunub saxlanması isə milli təhlükəsizlik səviyyəsində əhəmiyyətli bir məsələdir.
Bu baxımdan, Azərbaycanda kifayət qədər müsbət mənzərə mövcuddur. Belə ki, 1991-ci ildə Azərbaycanın əhalisi təqribən, 7,2 milyon nəfər olduğu halda, hazırda bu göstərici bu il aprelin 1-nə olan statistikaya görə 10 milyon 167 min 178 nəfər təşkil edir. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini isə kənd sakinləri təşkil edir. Kişilərlə qadınlar arasında cins nisbəti isə eynidir. Bu ilin əvvəlindən aprelin 1-nə kimi ölkə əhalisinin sayı 10812 nəfər və ya 0,1 faiz artıb. Ötən ilin ölüm statistikası isə azlıq təşkil etməkdədir - əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,7 faiz təşkil edib. Bu o deməkdir ki, Azərbaycan əhalisi 31 illik müstəqillik dövründə təqribən 3 milyona yaxın artıb.
Ölkəmizdəki demoqrafik artımla bağlı fikirlərini bölüşən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva bildirib ki, əhalinin təbii artım səviyyəsi milli təhlükəsizlik baxımından olduqca mühüm komponentdir. Onun sözlərinə görə, bəzi ölkələr əhalinin sürətli artım tempini müsbət faktor kimi qiymətləndirmir. Belə ki, bu tendensiya iqtisadiyyatı zəif olan, əmək bazarı qeyri-stabil ölkələr üçün problem kimi dəyərləndirilir. Belə ölkələrdə əhalinin sürətli artımı işsizliyin, yoxsulluğun səviyyəsinin yüksəlməsinə səbəb olur. Yaxud da əksinə, əhalisinin təbii artımı çox aşağı olan ölkələrdə işçi qüvvəsi çatışmazlığı yaranır və bu da ümumi iqtisadi artıma mənfi təsir göstərir. Əlbəttə ki, ən optimal vəziyyət ölkənin iqtisadi potensialı ilə onun əhalisinin artım tendensiyasının bir-birilə uzlaşdırılmasıdır. Bunun üçün isə düşünülmüş və uzaqgörən sosial-iqtisadi siyasət həyata keçirilməlidir: “Azərbaycana gəldikdə, ölkəmizin nümunəsində iqtisadi inkişafın əhali artımına proporsionallığının və onu stimullaşdırmasının şahidi olmaq mümkündür. Bildiyimiz kimi, əhalinin sayının artması əmək qabiliyyətli insanların da çoxalması deməkdir. Bu gün ölkəmizdə təbii artım səviyyəsi müsbət dinamika ilə inkişaf edir. Bununla yanaşı, işsizliyin və yoxsulluğun səviyyəsi olduqca aşağıdır. Bu, göstəricilər ondan xəbər verir ki, Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı üçün lazım olan əmək potensialı mövcuddur. Bu potensialın reallaşdırılmasına nəzər salsaq, görərik ki, ölkədə son 19 ildə milyonlarla yeni iş yeri yaradılıb, biznes mühiti yaxşılaşdırılıb, insanların gəlirləri dəfələrlə artıb. Ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasət hər bir vətəndaşın rifahının yüksəldilməsinə hesablanıb. Prezident İlham Əliyev də öz çıxışlarında bildirib ki, demoqrafik inkişaf, eyni zamanda, güclü iqtisadiyyatla tamamlanmalıdır. Çünki demoqrafik inkişaf o halda müsbət amildir ki, iqtisadiyyat buna imkan verir. Beləliklə, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanı regional güc mərkəzinə çevirən faktorlardan biri kimi demoqrafik amil öz sözünü deyir. Təsadüfi deyil ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının mütləq çoxluğunu təşkil edir, ölkəmiz regionda ən güclü orduya sahibdir”.
Millət vəkilinin fikrincə, 44 günlük Vətən müharibəsində əldə olunan qələbə demoqrafik artım məsələsində də yeni mərhələ və reallıq formalaşdırıb. Belə ki, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi bir sıra yeni qurulacaq ailələr üçün mühüm perspektiv vəd edir. O baxımdan ki, dirçəliş mərhələsində olan Qarabağ yeni sakinləri ilə böyüyəcək, canlanacaq, yenidən öz inkişafına qovuşacaq. “Bu gün həmin torpaqlarda mühüm tikinti-quruculuq işləri aparılır. Artıq bəzi kəndlərimizə, bölgələrimizə Böyük Qayıdış həyata keçirilir. Ümidvaram ki, həmin regironda yaradılan şərait, ailələrin inkişafı üçün həyata keçiriləcək layihələr demoqrafik artımımızda daha yüksək nəticələrə yol açacaq. Həmin regionlarda məskunlaşacaq ailələr əsasən gənc ailələr olacaq. Onların hərtərəfli inkişafı üçün dövlətimiz bütün lazımi şəraiti yaradır. Bu isə xalqımızın sayının gələcək illərdə daha da artmasına yol açacaq. İşğaldan azad edilmiş regionlarda insanların artım tempinin yüksəlməsi isə qarşıdakı yaxın gələcəkdə milli iqtisadiyyatımıza da öz müsbət töhfəsini verəcək”, - deyə S.Vəliyeva əlavə edib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

