Leonid Slutski: Şuşanın vətənə qovuşması böyük sevincdir
09.11.2024 [12:14]
Bütün dünya azərbaycanlılarını Zəfər Günü münasibətilə təbrik edirəm. Qarabağın vətənə qovuşmasının sevincini doğma Azərbaycanın ərazi bütövlüyü, Qarabağın qaytarılması uğrunda canlarını fəda edərək bizi tərk edənlərin kədəri ilə birlikdə yaşayırıq. Bu gün onlar haqqında düşünürük.
Bu barədə AZƏRTAC-a Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski bildirib.
“Bu gün biz müasir Azərbaycanın böyük bayramlarından birini qeyd edirik. İllər keçəcək və bizdən sonra da bu bayram qeyd olunacaq. Qardaşım, Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin öz ölkəsi naminə etdiklərini qiymətləndirməmək mümkün deyil. O, atası, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ən mühüm vəsiyyətini yerinə yetirərək Qarabağı vətənə qaytardı”, -deyə rusiyalı siyasətçi qeyd edib.
Deputatın sözlərinə görə, Azərbaycanın Qələbəsinin şərtlərindən biri də ölkənin böyük sosial-iqtisadi və hərbi potensialı olub: “Azərbaycan yoxsulluğa qarşı mübarizədə qalib gəlib, enerji cəhətdən müstəqil ölkəyə çevrilib. Azərbaycanda COP, Bakı Humanitar Forumu və digər qlobalmiqyaslı mühüm tədbirlər keçirilir. Bu tədbirlər minlərlə insanı Azərbaycana cəlb edir”.
Slutski vurğulayıb ki, Azərbaycanı indi ölkənin tərkibində olan Qarabağın iqtisadi və sosial potensialının bərpası illəri gözləyir. “Rusiya Qarabağ bölgəsində mühüm infrastruktur layihələrinin həyata keçirilməsi üçün əlindən gələni edəcək. Dostum, Milli Məclisin deputatı Polad Bülbüloğlu ilə bu yaxınlarda Şuşada olduq. Şuşanın vətənə qayıtması da böyük sevinc mənbəyidir. Hər binanın üzərində Azərbaycan bayrağı dalğalanır... Amma hələ biz qardaş xalqların birlikdə görəcəyi çox iş var”, -deyə Slutski sözlərini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

