Yeni Azərbaycan Partiyası təbliğat-təşviqat kampaniyasına sentyabrın 16-dan başlayacaq
30.08.2013 [09:43]
Yeni Azərbaycan Partiyası prezidentliyə rəsmi namizədi ilə bağlı seçki kampaniyasının təbliğat-təşviqat mərhələsinə sentyabrın 16-dan etibarən başlayacaq.
Bunu Gün.Az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı dilə gətirib.
Millət vəkili deyib ki, ümumiyyətlə, təbliğat-təşviqat kampaniyası da daxil olmaqla, bütün məsələlər YAP-ın bütövlükdə seçki proqramında öz əksini tapıb: “Həmin proqramın bir hissəsi də təşviqat kampaniyasına aiddir. Biz rayon-şəhər təşkilatlarına təşviqat kampaniyası ilə bağlı müvafiq göstərişlər, tövsiyələr, tapşırıqlar vermişik. Hazırlıq işləri gedir. Əslində demək olar ki, hazırlıq işlərimiz də başa çatıb.
Ayın 16-da təbliğat-təşviqat kampaniyasına start verəcəyik və bu kampaniyanın gedişində Seçki Məcəlləsinin bizə verdiyi bütün hüquqlardan istifadə edib, kampaniyamızı ən müasir metodlar tətbiq etməklə, həyata keçirəcəyik”.
YAP-ın seçki şüarlarına gəlincə, M.Qurbanlı deyib ki, hər bir partiya seçkiyə gedərkən, hədəflərini müəyyən edir, o cümlədən məqsədini bəyan edir: “Həmçinin, hər bir siyasi təşkilat əsas şüarlarını müəyyən edir. Gəlin tələsməyək, inşallah, təşviqat kampaniyası zamanı hər kəs Yeni Azərbaycan Partiyasının hansı şüarla, hansı formada, hansı formalı aksiyalarla gedəcəyini görəcək”.
Daha sonra AXCP sədrinin müavini Həsən Kərimovun guya hakimiyyətin yalnız özünə sərf edən beynəlxalq müşahidəçiləri seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün Azərbaycana dəvət etməsi barədə iddialarını tamamilə cəfəngiyyat adlandıran Mübariz Qurbanlı deyib ki, Xarici İşlər Nazirliyi (XİN), o cümlədən, Mərkəzi Seçki Komissiyası (MSK) beynəlxalq müşahidəçilərin seçkiləri izləmək üçün Azərbaycana dəvət olunması ilə bağlı məlumatları da rəsmi şəkildə yayıblar.
M.Qurbanlının qeyd etdiyinə görə, həmçinin, XİN səviyyəsində beynəlxalq təşkilatlara müşahidəçilərin göndərilməsi ilə bağlı rəsmi müraciət edilib.
Millət vəkili bu baxımdan hesab edir ki, Azərbaycana gələcək müşahidəçilərin müəyyənləşdirilməsi bizə yox, onlara-həmin təşkilatlara aid olan məsələdir: “Biz bu məsələyə qarışa bilmərik. Bizim ölkəyə gələcək müşahidəçilərin, məsələn, ATƏT, Avropa Şurası tərəfindən göndəriləcək müşahidəçilərin kimliyini, şəxsiyyətini Azərbaycan tərəfi yox, həmin müşahidəçiləri göndərən təşkilatlar özləri müəyyənləşdirəcəklər.
Ancaq çox təəssüflər olsun ki, hər dəfə olduğu kimi, builki seçkilər zamanı da radikal müxalifət nümayəndələri həqiqətəuyğun olmayan məlumatları dövriyyəyə buraxmaqdadırlar. Onlar hər vəchlə çalışırlar ki, nə yolla olursa-olsun seçki prosesinin üzərinə kölgə salsınlar.
Ancaq bir daha qeyd edirəm ki, biz ATƏT-in, Avropa Şurasının və ya digər beynəlxalq qurumların əvəzindən müəyyənləşdirə bilmərik ki, seçkilərə izləməyə hansı müşahidəçilər gəlsin və ya göndərilsin. Bu, onların öz işidir. Azərbaycan tərəfi, Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatlara müşahidəçilərin göndərilməsi ilə bağlı rəsmi müraciətini edib, indi onlar kimi göndərəcəklər və ya göndərməyəcəklər, bu, onların verəcəyi qərardan asılıdır.
Ona görə bir daha bəyan edirəm ki, beynəlxalq müşahidəçilərlə bağlı Azərbaycan hakimiyyətini hansısa məsələdə ittiham etmək tamamilə əsassız, yersiz və cəfəngiyyatdır”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52

