Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistana niyə sanksiyalar tətbiq olunmur?

Ermənistana niyə sanksiyalar tətbiq olunmur?

05.08.2014 [09:37]

Nəhayət, beynəlxalq ictimaiyyət Ermənistana sanksiyaların tətbiq olunması ilə bağlı ciddi tədbirlər görməlidir
İşğalçı Ermənistan ordusu son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Azərbaycan ordusunun mövqelərinə bir neçə dəfə basqın edib və düşmən ölkənin kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına, insan tələfatına, sərhəddə yaşayan dinc əhalinin ciddi narahatlığına səbəb olub.
Bütün bunlar, eyni zamanda, Ermənistanın aqressiv siyasətini davam etdirdiyini, beynəlxalq hüquq normalarına məhəl qoymadığını bir daha göstərir. Sirr deyil ki, Ermənistan mütəmadi olaraq Dağlıq Qarabağ münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. Bundan başqa, dünya ictimaiyyətinin münaqişənin həllinə münasibətdə ikili standartlara istinad etməsi Ermənistanı neqativ kontekstdə ruhlandırır. Bunun nəticəsidir ki, işğalçı Ermənistan ərazi iddialarını davam etdirir, hətta daha da irəli gedərək ərazi bütövlüyü prinsipini heçə sayır. Son hadisələr göstərir ki, ermənilərin işğalçılıq eyforiyası yenidən baş qaldırıb. Bu zamana qədər təcavüzkar ritorika ilə çıxış edən, beynəlxalq hüquq normalarına zidd davranışlar sərgiləyən Ermənistan rəhbərliyi hazırda nəinki Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinə mane olmağa çalışır, eyni zamanda, yeni separatist davranışlar həvəsində olduğunu nümayiş etdirir.
Ermənistan beynəlxalq münasibətlər sistemində forpost kimi tanınır və müstəqil daxili və xarici siyasət kursu həyata keçirmir. Digər tərəfdən, Ermənistanın xarici siyasəti müəyyən hegemon güclərə güvənərək yalnız işğal, təcavüz və təxribat üzərindən fəaliyyət göstərməkdən ibarətdir. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etməklə yanaşı, eyni zamanda, ölkəmizə və digər bir sıra milli dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edir. İşğalçı ölkənin prezidenti Serj Sarkisyan mütəmadi olaraq öz çıxışlarında müstəqil dövlətlərə qarşı ərazi iddialarını önə çəkir. Beynəlxalq hüququn subyekti olan bir dövlətin başçısının digər müstəqil milli dövlətlərə yönəlik bu cür şantaj, təhdid xarakterli bəyanat səsləndirməsi isə diplomatik qayda və prosedurlara görə yolverilməzdir. Bütün bunlar, eynilə də cəbhə xəttində baş vermiş son hadisələr Ermənistanın rəsmi dövlət siyasətinin təcavüzkar xarakterə malik olduğunu göstərməklə yanaşı, həm də işğalçı ölkə rəhbərliyinin mövqe və siyasətinin beynəlxalq hüquq normaları ilə təsbit olunmuş qanunlara, dəyərlərə zidd olduğunu bir daha nümayiş etdirir.
Bununla yanaşı, dünya ictimaiyyəti, xüsusilə də müvafiq beynəlxalq təşkilatlar nəzərə almalıdırlar ki, Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş” vəziyyətdə saxlanılmasına yönəlik cəhdlər, eləcə də Ermənistanın bu cür təxribatçı fəaliyyəti strateji baxımdan ciddi fəsadlara səbəb ola bilər. Mövcud vəziyyət regional təhlükəsizliyə təhdid yaratmaqla bərabər, eyni zamanda, bölgədə yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına əngəl olur. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, eləcə də, Ermənistan bu cür təxribatlara davam edəcəyi müddətdə regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür.
Bundan başqa, Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini icra etmir. İşğalçı ölkə, həmçinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə də məhəl qoymur.
Belə olan halda, ortaya sual çıxır: beynəlxalq ictimaiyyət nəyə görə bu haqsızlığa göz yumur? İşğalçı Ermənistana niyə sanksiyalar tətbiq olunmur? Yaxud Ukraynada baş verən hadisələrlə bağlı Rusiyaya ciddi sanksiyalar tətbiq edildiyi halda, Ermənistan barədə niyə ölçü götürülmür?
Beləliklə, Ermənistanın qeyri-konstruktiv fəaliyyəti və son addımları ona qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır. Yeri gəlmişkən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyənatında bu barədə qeyd edilir ki, danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid Sülh Planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir: “Sülh prosesinə ən böyük təhlükə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olmasıdır. Buna görə ilk növbədə Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Ermənistan tərəfi bunu nə qədər tez dərk etsə, o qədər də tez bir zamanda regionda sülh, sabitlik və müəyyənlik bərpa oluna bilər. Nəhayət, beynəlxalq ictimaiyyət Ermənistana sanksiyaların tətbiq olunması ilə bağlı ciddi tədbirlər görməlidir”.
Nəticə etibarilə, Azərbaycan ictimaiyyəti Ermənistanın cəzalandırılmasını və ədalətlin bərqərar olunmasını tələb edir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 747 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31