/ / Əli Həsənov: Ümummilli lider Heydər Əliyevin qurduğu dövlət hələ çox illər Onun ideyaları ilə yaşayacaq
Əli Həsənov: Ümummilli lider Heydər Əliyevin qurduğu dövlət hələ çox illər Onun ideyaları ilə yaşayacaq
12.12.2014 [10:20]
“Heydər Əliyev unikal bir şəxsiyyət idi. O, Azərbaycan dövlətini və xalqını sevməyin əsl nümunəsini ortaya qoymuş ən böyük azərbaycanlı idi. Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi faktı isə dövlət idarəçiliyinin fenomenal nümunəsini ortaya qoydu. Heydər Əliyev elə bir dahi siyasətçi idi ki, Onun düşüncələri ölkə sərhədlərini aşaraq, qlobal səviyyəli idarəçiliyin qurulması qüdrətində idi. Ümummilli lider xarizmatik bir siyasətçi idi və Onun siyasi rəhbərlik nümunəsi nəinki, həmin dövrün insanları, hətta gələcək nəsillər üçün də örnəyə çevrildi. Bu mənada demək istərdim ki, Ümummilli lider Heydər Əliyevin qurduğu dövlət hələ çox illər Onun ideyaları ilə yaşayacaq”. Bu fikirləri Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, YAP İdarə Heyətinin üzvü Əli Həsənov deyib.
Əli Həsənov bildirib ki, Ulu öndər Heydər Əliyevin formalaşdırdığı milli dövlət, siyasət perspektivdə kimlərin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Azərbaycan üçün yeganə inkişaf yolu olacaq: “Əminəm ki, gələcək nəsillər və partiyalar da Heydər Əliyevin fəaliyyətini özlərinə nümunə kimi götürəcəklər və fikirlərini, düşüncələrini Ulu öndərin təlimi üzərində əsaslandırmağa çalışacaqlar”.
Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurulmasının əsas prinsipləri sırasına demokratiya, siyasi plüralizm məsələsini irəli sürdü: “1995-ci il Azərbaycan Konstitusiyasının üçdə bir müddəası insan haqlarına, insanların fikir və düşüncəsinin sərbəstliyinə, ən optimal qərarların qəbul edilməsi üçün insanların fikir plüralizminin istifadəsinə və çoxluğun iradəsinin hökm sürməsinə həsr olunub. Və nəhayət, Ümummilli lider Heydər Əliyevin dövlət təliminin əsas tərkib hissələrindən biri effektli dövlət idarəçiliyi sisteminin yaradılması idi”.
Əli Həsənov qeyd edib ki, bu gün hamı üçün bəllidir ki, Ulu öndər Azərbaycana təkcə bugünkü müstəqil dövlətimizi deyil, eyni zamanda, onun idarəçilik təlimini də ərmağan edib: “Biz bu gün o idarəçilik təlimindən bəhrələnərək Azərbaycanın inkişafının ayrı-ayrı istiqamətlərini tədqiq edirik və Azərbaycan dövlət idarəçilik təlimindən istifadə edərək dövlətimizi idarə edirik. Bununla da biz Azərbaycan xalqının firavan, dinc, təhlükəsiz və dinamik həyatını təmin edirik”.
Əli Həsənov deyib ki, Heydər Əliyevin dövlət idarəçilik təlimində bir neçə prinsip var idi: “Birincisi, Ulu öndərin varislik təlimi bugünkü dövlət idarəçiliyində Prezident İlham Əliyev tərəfindən nəzərə alınır. Heydər Əliyevin dövlət idarəçilik təlimi, ilk növbədə, Azərbaycan xalqının milli iradəsinə söykənir. Ümummilli liderimiz deyirdi ki, “Milli iradə və milli birlik olmayan yerdə nə dövlət, nə müstəqillik elan oluna bilər, nə təmin edilə, nə də davamlı ola bilər”. Ulu öndərin Yeni Azərbaycan Partiyasının yaranması ərəfəsində Azərbaycan ziyalılarına ünvanladığı məktubda birinci prinsip olaraq bu məsələ qoyulmuşdu ki, Azərbaycan o vaxt müstəqil dövlət şəklində formalaşa, qurula, möhkəmlənə və öz müstəqilliyini qoruya bilər ki, bu dövlət əhalinin iradəsinə söykənsin, əhalinin iradəsi isə milli birliyə söykənsin və milli birlik bizim dövlətimizin əsas prinsiplərindən biri olsun”.
Əli Həsənovun sözlərinə görə, Ümummilli liderin irəli sürdüyü ikinci prinsip sosial ədalət prinsipi idi: “O dövlət dayanıqlı ola bilər ki, həmin dövlətin həyatında sosial ədalət prinsipi mövcuddur, yaşayır və qorunur. Əgər bir dövlətdə ədalət yoxdursa və haqlının gücü bəzən güclünün haqqına qurban verilirsə, bu dövlətdə ədalət ola bilməz. Yəni, haqlının güclü olduğu bir dövlət, haqlının həmişə dövlət tərəfindən qorunması Heydər Əliyevin idarəçiliyinin əsas prinsiplərindən biri idi. Ümummilli liderin hüquqi dövlət və qanunçuluq kimi bir ifadəsi var idi. Bir dövlətin xalqı və vətəndaşı özünün haqlarını anlayarsa və o haqların ona, onun ailəsinə, xalqına gətirdiyi dəyərləri hiss edərsə, bu dövlətin xalqını heç kim məğlub edə və iradəsindən çəkindirə bilməz”.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

