Milli dirçəliş, iqtisadi yüksəliş
09.05.2015 [13:10]
Tarixin müxtəlif dövrlərində çox çətin sınaqlardan üzüağ çıxmağı bacaran Azərbaycan 24 ildir ki, müstəqil, suveren dövlət kimi beynəlxalq aləmdə öz mövqeyini qoruyub saxlaya və daha da möhkəmləndirə bilib. Ancaq bu heç də asan başa gəlməyib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmizin müstəqilliyinin möhkəmlənməsində, dövlətçilik ənənələrinin davam etdirilməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra həyatın bütün sahələri kimi, ölkə iqtisadiyyatı da tənəzzül dövrünü yaşayırdı. İctimai-siyasi cəhətdən qeyri-sabit mühitin olduğu bir ölkədə sözsüz ki, iqtisadi yüksəlişdən danışmaq mümkün deyildi. Yalnız 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev yaxşı anlayırdı ki, iqtisadiyyatı dirçəltmək üçün öncə ölkədə ictimai-siyasi sabitliyi bərpa etmək lazımdır. Bu mənada Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını işləyib hazırlayan Ulu öndər vətəndaş müharibəsinin qarşısını aldı, 1994-cü ildə atəşkəs əldə edildi. Bununla da Azərbaycanda siyasi sabitlik bərqərar edildi. Bundan sonra iqtisadiyyatın inkişafına diqqət yönəldən Ümummilli liderin təşəbbüsü ilə neft-qaz sektorunda mühüm islahatlar həyata keçirilməyə başlandı. Yalnız bu yolla uzun illər ərzində itirilmiş iqtisadi imkanları bərpa etmək, yenicə müstəqillik əldə etmiş Azərbaycanı ayaqda saxlamaq mümkün idi. Ulu öndər Heydər Əliyev uzaqgörənliyi, dərin zəkası sayəsində dünyanın tanınmış şirkətlərini ölkəmizə dəvət etdi. 1994-cü il sentyabrın 20-də Bakıda “Azəri-Çıraq-Günəşli” (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə Hasilatın Pay Bölgüsü Sazişi - “Əsrin müqaviləsi” imzalandı. Bununla da yeni neft strategiyasının icrasına start verildi. Zaman keçdikcə yeni yataqlar kəşf olundu, quyular qazıldı, hasilatın həcmi artırıldı, ixrac imkanları genişləndirildi, 1999-cu ildə İstanbul Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalandı. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında Ulu öndər Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin təməli qoyuldu. 2006-cı ildə kəmər işə düşdü və Azərbaycan iqtisadiyyatına xeyli miqdarda gəlir gətirməyə başladı. Bununla paralel Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri layihəsi də reallaşdırıldı. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurlu icrası sahəsində ölkəmizin iqtisadi imkanları artdı, Azərbaycan həyata keçirilən enerji siyasəti nəticəsində Avropanın etibarlı tərəfdaşına çevrildi.
Ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı həyata keçirilən dövlət siyasətinin əsas prinsiplərindən birini təşkil edir. Hakimiyyəti dövründə Ümummilli liderin təşəbbüsü ilə iqtisadi islahatların aparılması üçün əsas sayılan mükəmməl qanunvericilik bazası formalaşdırılmağa başlandı, qanunlar, konsepsiyalar qəbul olundu. Belə ki, 1997-2000-ci illəri əhatə edən “Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı”, 2002-2005-ci illəri əhatə edən “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı”, 2002-2005-ci illəri əhatə edən “Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı”, 2002-2006-cı illəri əhatə edən “Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı”, “Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası”, “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, 2003-2005-ci illəri əhatə edən “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” kimi mühüm sənədləri bu sıraya aid etmək lazımdır.
Ulu öndərin hakimiyyəti dövründə iqtisadi inkişafın təmin edilməsi istiqamətində görülən işlər bununla yekunlaşmır. Həyata keçirilən islahatlar sayəsində Mərkəzi Bank tərəfindən büdcə kəsirinin maliyyələşdirilməsi praktikasına son qoyuldu, büdcə kəsiri ÜDM-in 1-2 faizi səviyyəsinə endirildi. Dəyişikliklər nəticəsində ölkədə makroiqtisadi sabitlik əldə edildi, 1997-ci ildən başlayaraq dinamik iqtisadi inkişaf təmin edildi. 1996-cı ildə ÜDM-in artım sürəti 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-2004-cü illərdə isə orta hesabla 10 faiz təşkil edirdi.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası bu gün dövlət başçısının rəhbərliyi ilə uğurla icra edilir. Hər zaman Heydər Əliyev ideyalarına sadiqliyini nümayiş etdirən Prezident İlham Əliyev sosial-iqtisadi islahatların həyata keçirilməsinə xüsusi önəm verir. Təsadüfi deyil ki, məhz Prezidentin təşəbbüsü ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı 2004-2008-ci illəri, 2009-2013-cü illəri əhatə edən Dövlət proqramları qəbul olunub və uğurla icra edilib. Nəticədə paytaxt Bakı ilə yanaşı, regionların siması dəyişib, yeni iş yerləri açılıb, mühüm nailiyyətlərə imza atılıb. Ötən il isə regionların sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı 2014-2018-ci illəri əhatə edən daha bir Dövlət Proqramı qəbul edildi. Sənədin icrasından ötən 1 il ərzində bir çox işlər görülüb, qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə icra edilib.
Müasir Azərbaycan tarixində 2003-2015-ci illər sosial-iqtisadi inkişaf baxımından mühüm bir dövrdür. Bu illəri ölkəmiz üçün yeni inkişaf dövrü də adlandırmaq olar. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi bu illərdə ölkəmiz dinamik şəkildə inkişaf edib. Azərbaycanın iqtisadi imkanları xeyli dərəcədə artıb, əhalinin gəlirləri çoxalıb, yoxsulluğun, işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə enib. Statistik rəqəmlərə diqqət yetirdikdə bir daha bunun şahidi oluruq. 2003-2013-cü illərdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. İlk illərdə bu artım daha çox neft-qaz hesabına baş verirdisə, hazırda qeyri-neft sektorunun inkişafı bu artımı təmin edir. Respublikada 1 milyon 200 min yeni iş yeri açılıb ki, onlardan 900 mini daimi iş yeridir. Ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulub və bu sərmayənin yarısı xarici sərmayədir. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkədir. Burada münbit investisiya mühiti formalaşdırılıb. Yoxsulluq 10 dəfə - 49 faizdən 5,5 faizədək azaldılıb. 2003-2013-cü illər ərzində orta aylıq əməkhaqqı 5,6 dəfə, pensiya 9,2 dəfə artıb.
Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsini yaşayır. Azərbaycanın malik olduğu imkanlar ölkəmizi qısa zaman kəsiyində beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirib. Bir vaxtlar Azərbaycan investisiya idxal edən ölkə kimi tanınırdısa, bu gün respublikamızın vəsaitləri ilə xarici ölkələrdə böyük investisiya layihələri həyata keçirilir. Hazırda Azərbaycan regional və dünya əhəmiyyətli enerji layihələrinin əsas iştirakçısı və təşəbbüskarıdır. Ötən il Bakıda təməli qoyulan “Cənub” qaz dəhlizi buna əyani sübutdur. Layihə hazırda Avropada reallaşdırılan ən böyük infrastruktur layihəsidir. “Cənub” qaz dəhlizinin inşası və qaz yataqlarının istismarını nəzərdə tutan bu layihənin dəyəri 45 milyard dollara bərabərdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan bu prosesdə aparıcı qüvvədir və bu gün dünyanın müxtəlif yerlərində istehlakçıların Azərbaycan qazına ehtiyacı var: “Biz neft ixracından mənfəət əldə etməyə başlamışıq. 3-4 ildən sonra “Cənub” qaz dəhlizi layihəsi başa çatanda Azərbaycan bir neçə onillik, mən deyərdim, 100 il ərzində region və Avropa istehlakçıları üçün ən mühüm təbii qaz təminatçısından biri olacaq. Əlbəttə, bizim geosiyasi əhəmiyyətimiz və nüfuzumuz artacaq. Təbii ki, hər bir ölkə kimi, biz də regional məsələlərdə daha çox imkanlar əldə etmək istəyirik”.
Hazırda ölkəmizdə ümumi daxili məhsulun 70 faizi qeyri-neft sektorunun payına düşür. Ölkədə qeyri-neft sektorunun artımı ümumi iqtisadi artımı üstələyir. 2015-ci ilin 1-ci rübündə ümumi daxili məhsul 5,3 faiz artdığı halda, qeyri-neft sektorunda 7 faiz artım qeydə alınıb. Xüsusi olaraq vurğulamaq lazımdır ki, dövlət başçısının rəhbərliyi ilə son 11 il ərzində mühüm islahatlar həyata keçirilib. Nəticədə ümumi daxili məhsul 3 dəfə artıb, ölkənin xarici borcu olduqca aşağı səviyyədədir. Bu, ümumi daxili məhsulun təqribən 10 faizini təşkil edir. Azərbaycan bu dövrdə milyardlarla xarici sərmayə cəlb edib. Ötən il ərzində ölkəmizə yatırılan sərmayələrin həcmi 27 milyard dollar təşkil edib. Hazırda bu rəqəm artmaqdadır. Önəmlisi isə odur ki, bu vəsaitin 70 faizi yerli sərmayənin payına düşür.
Qeyd etdiyimiz rəqəmlər, sadaladığımız faktlar bir daha onu deməyə əsas verir ki, bu gün ölkəmizdə Heydər Əliyev siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə yerinə yetirilir.
İsrafil MƏmmƏdov,
Azərbaycan Memarlıq və İnşaat
Universitetinin prorektoru
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

