Park Cu-sun: Azərbaycan Koreya Respublikası üçün çox əhəmiyyətli ölkədir
07.09.2017 [10:24]
Sentyabrın 6-da Milli Məclisin sədri Oqtay Əsədov Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, spiker bu cür səfərlərin ölkələrimiz arasında dostluq münasibətlərinin, parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Sədr Koreya Respublikasına səfərlərini xatırlayaraq, bu ilin iyun ayında Seulda keçirilmiş Avrasiya Ölkələri Parlament Sədrlərinin II müşavirəsində iştirakından danışıb. O, səfər çərçivəsində koreyalı həmkarları ilə keçirdiyi görüşləri yüksək dəyərləndirib.
Oqtay Əsədov cari ilin avqustunda Bakıda keçirilmiş Dünya Skaut Komitəsinin 41-ci Konfransında və 13-cü Dünya Skaut Gənclər Forumunda iştirak edən koreyalı deputatların Milli Məclisdə də olduqlarını vurğulayaraq, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə dəstək verməsinin hər iki tərəf üçün faydalı olduğunu söyləyib.
Spiker münasibətlərimizin dərinləşməsində prezidentlərin rolunu xüsusi qeyd edərək, onların görüşləri zamanı aparılan danışıqların və ölkələrimiz arasında imzalanmış sənədlərin münasibətlərimizin gələcəyinə böyük ümidlərlə baxmağa imkan verdiyini deyib.
Söhbət zamanı bildirilib ki, iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək üçün hər iki ölkənin geniş potensialı var.
Parlamentlər səviyyəsində münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini söyləyən Oqtay Əsədov hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib, deputatların qarşılıqlı səfərlərinin təcrübə mübadiləsi baxımından önəmini vurğulayıb.
Sədr Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynaması, mühüm nəqliyyat layihələrinin reallaşmasında fəal iştirak etməsi barədə qonaqları məlumatlandırıb.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsindən danışan sədr cari ilin fevral ayında Koreya Milli Assambleyasında Xocalı soyqırımına həsr olunmuş fotosərginin keçirilməsinin önəmini qeyd edib. “Ümidvarıq ki, beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ probleminin müzakirəsi zamanı Koreya tərəfi bu məsələyə həssaslıqla yanaşacaq və Azərbaycanın haqlı mövqeyini müdafiə edəcək”, - deyə O.Əsədov bildirib.
Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sun Azərbaycana ilk dəfə səfər etdiyini, burada gördüklərindən və aparılan danışıqlardan razı qaldığını söyləyib. Qeyd edilib ki, bu səfərin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf etməsi rəmzi məna daşıyır. “Biz qarşıdan gələn növbəti 25 il üçün də fəaliyyət proqramı üzərində düşünməliyik. Azərbaycan Koreya Respublikası üçün çox əhəmiyyətli ölkədir”, - deyə o qeyd edib.
Qonaq ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən turizm sahəsində əməkdaşlığı dərinləşdirmək üçün geniş imkanlar olduğunu söyləyib. O, Bakıda keçirilən Dünya Skaut Komitəsinin toplantısında Azərbaycanın Koreya Respublikasına verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.
Görüşdə siyasi, parlamentlərarası, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılıb.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Malik Həsənov, Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq Gyu və digər rəsmi şəxslər görüşdə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20

