/ / "Transparency İnternational" təşkilatı "Korrupsiya qavrama indeksi 2009"-u oktyabr ayında açıqlayacaq
"Transparency İnternational" təşkilatı "Korrupsiya qavrama indeksi 2009"-u oktyabr ayında açıqlayacaq
28.08.2009 [00:29]
Son illərdə Azərbaycanın yüksək sürətli inkişaf tempi əldə etməsi və yerləşdiyi bölgənin həm iqtisadi, həm də siyasi cəhətdən ən aparıcı dövlətinə çevrilməsi ölkəmizin düşmənlərini qıcıqlandırmaya bilməz. çünki ölkəmiz son bir neçə ildə iştirak etdiyi iqtisadi layihələrdə hər zaman söz sahibinə çevrilib. Bunun nəticəsidir ki, Azərbaycan həm dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı iqtisadi tərəfdaş kimi qəbul olunur, həm də iqtisadi imkanlarından siyasi problemlərinin həllində ustalıqla istifadə edir. Məsələn, ölkəmiz son bir neçə ildə əldə etdiyi maliyyə gəlirləri hesabına büdcə xərclərinin dəfələrlə artırılmasına nail olub, ikinci bir tərəfdən isə Ermənistan ilə müharibə vəziyyətində olan Azərbaycan öz hərbi xərclərini bu ölkənin dövlət büdcəsi ilə bərabərləşdirib. Bu isə demokratik ənənələri özündə yaşadan, inkişaf etdirən, vətəndaş cəmiyyətinin inkişafını təmin edən, azad, demokratik, şəffaf seçki keçirən Azərbaycanın bir dövlət olaraq artıq qüdrətlənməsindən xəbər verir. Bu nailiyyətlər təbii ki, hökumətin vətəndaşlarla birliyinin bəhrəsidir. Məhz bu birlik, bu inam Azərbaycan hakimiyyətinə ölkənin daxili-xarici problemlərini həll etməyə kömək edir. Eyni zamanda, bu qarşılıqlı inam və səmimiyyət hər zaman təqdir edilib. ABŞ-ın nüfuzlu təşkilatlarından sayılan “Gallup”un keçirdiyi sorğunun nəticələrində bu fakt özünü bir daha göstərdi. Digər tərəfdən, Azərbaycan xalqının öz hakimiyyətinə olan inamı ölkəmizdə keçirilən seçkilərdə hər zaman özünü büruzə verib.
Amma təəssüf ki, ölkəmizin əldə etdiyi bu uğurlar təkcə xarici düşmənlərimizi narahat etmir. özünü Azərbaycan hakimiyyətinə siyasi müxalifət sayan bir qrup insan hər zaman dövlətin, hakimiyyətin ünvanına yalançı böhtanlar atmaqdan usanmırlar. Bu fakta dəfələrlə rast gəlinib ki, olmayan, mənbəsiz, yalan informasiyalarla xalq arasında çaşqınlıq yaratmaq istəyənlərin yalnız bir arzusu olub: xalq ilə hakimiyyəti bir-birindən narazı salmaq, onların arasında inamsızlıq yaratmaq. Amma bu, hər zaman elə arzu olaraq qalıb, çünki həmin insanların yalanlarına özlərindən başqa heç kim inanmayıb. Elə müxalifətin əlində siyasi oyuncağa çevrilən bir neçə mətbu orqan da bu yalanları tirajlamaqdan çəkinmirlər. Əsl mətbuat funksiyasının nə demək olduğunu deyəsən hələ də tam müəyyənləşdirməyən bu qəzetlər heç bir mənbəyə əsaslanmadan dövlətin əleyhinə yönələn əsassız informasiyaları oxuculara “şok xəbər” adı ilə sırımağa çalışır...
Bir neçə gün öncə müxalifət qəzetləri “Transparency İnternational” təşkilatının apardığı araşdırmalar nəticəsində rüşvətə görə Azərbaycanın dünyada ikinci yerdə olması barədə xəbərlər yaymağa başladılar. Heç bir mənbə göstərmədən tirajlanan bu “informasiyanın” kökündə nəyin dayandığı hamıya bəllidir. Sivil siyasi mübarizədə Azərbaycan hakimiyyəti ilə ayaqlaşa bilməyəcəklərini görən bu zavallılar əlacı ancaq şər atmaqda görür.
Amma yalan ayaq tutur, yerimir... Onların da bu yalanlarının ömrü cəmisi bir neçə saat çəkdi. “Transparency İnternational” təşkilatının Azərbaycan bölməsinin rəhbəri Rəna Səfərəliyeva təmsil etdiyi qurumun həqiqətən də hər il korrupsiya qavrama indeksini təqdim etdiyini açıqlayıb: “Sonuncu dəfə bu indeks 2008-ci ilin sentyabrında hazırlanıb... “Korrupsiya qavrama indeksi 2009” isə bu ilin sentyabr-oktyabr ayında açıqlanacaq. Hələlik bu indeks açıqlanmadığına görə, mətbuatda yayılan məlumatlar da həqiqətə uyğun deyil”.
Məsələnin məğzi bu qədər bəsitdir. Bu gün demokratik ənənələrə sadiq olan, korrupsiyaya qarşı mübarizə ilə bağlı beynəlxalq konvensiyaların üzvü olan və bu istiqamətdə mühüm tədbirlər həyata keçirən Azərbaycan hakimiyyəti ölkəmizdə korrupsiyanın qarşısının alınması istiqamətində böyük addımlar atıb. Qəbul olunan “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun, o cümlədən, Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Komissiyasının fəaliyyəti bu problemin həlli istiqamətində əsaslı dönüş yaradıb və bu gün Azərbaycan antikorrupsiya ilə mübarizə sahəsində bütün ölkələrə nümunə ola biləcək qədər işlər görüb. Bu fəaliyyət davamlı olacaq. “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiya” Fəaliyyət Planı (2007-2011) bu istiqamətdə olan xırda çatışmazlıqların da aradan qaldırılmasında böyük rol oynayacaq.
Bəli, bu gün Azərbaycanda dövlət büdcəsi vəsaitlərinin xərclənməsi ciddi nəzarət altındadır və şəffaf şəkildə həyata keçirilir. Bu addımlar ölkəmizdə antikorrupsiya istiqamətində atılan ən vacib addımlardandır. Amma belə görünür ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi müxalifətin “xoşuna gəlmir” və hər cəhddə dövlətin adını bu cür qalmaqallarda hallandırmağa çalışırlar. Cəhdləri isə hər zaman olduğu kimi boşa çıxır... çünki onların fikirləri də özləri kimi boş, yalan və əsassızdır...
Son olaraq bu yalanı tirajlayan qəzetlərə üz tutaraq bildirmək istəyirik ki, hər bir halda hansısa oxucunu aldatmağa sizin mənəvi haqqınız yoxdur. Əgər vətəndaş müəyyən miqdarda maddi vəsait qarşılığında sizin qəzetinizi oxuyursa, bu o demək deyil ki, siz onu aldatmalısınız. Qəzetin vəzifəsi informasiya mübadiləsidir... Təbii ki, mənbəyə əsaslanan, düzgün və qərəzsiz informasiyanı... Daha bu cür korporativ maraqlara xidmət edən, milli mənafeyə zidd olan yalanları yox...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50

