Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin təşəbbüsü ilə tədbirlər keçiriləcək

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin təşəbbüsü ilə tədbirlər keçiriləcək

01.10.2009 [11:05]

Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulluğunun mətbuat xidmətindən bildiriblər ki, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəbbüsü ilə 1941-1945-ci il müharibəsində Qələbənin 65 illik yubileyinə həsr olunmuş bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bununla bağlı sentyabrın 29-da baş konsul Qüdsi Osmanov Leninqrad vilayətinin Kirovsk bələdiyyəsi administrasiyasının rəhbəri Sergey Baranov və onun müavini Vera Platoşina ilə görüşüb. Görüşdə Qələbənin 65 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlər müzakirə olunub. Həmçinin baş konsul 2010-cu il yanvarın 18-də (Leninqradın mühasirəsinin bitdiyi gün) Leninqrad vilayətində gedən döyüşlərdə həlak olmuş azərbaycanlıların xatirəsinə həsr olunacaq lövhənin Kirovsk şəhərinin “Nevski pyataçok” guşəsində təntənəli açılışının keçirilməsini təklif edib. Q.Osmanov 1941-1945-ci il müharibəsində Qələbənin 65 illik yubileyi münasibətilə mayın 9-da keçiriləcək tədbirdə Kirovsk şəhərinin “Sinyavinskiye vısotı” rayonunda da digər xatirə lövhəsinin açılışını məqsədəuyğun hesab etdiyini bildirib. Leninqrad vilayətinin ərazisində vuruşmuş azərbaycanlıların siyahısı Kirovsk bələdiyyəsinin administrasiyası tərəfindən qısa müddətdə hazırlanacaq. Qeyd etmək lazımdır ki, xatirə lövhələri Leninqrad şəhərinin mühasirəsi zamanı qızğın döyüşlərin getdiyi yerlərdə qoyulacaq. Görüşdə Kirovsk bələdiyyəsi administrasiyasının rəhbəri Sergey Baranov Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəbbüsünü dəstəkləyib və lazımi köməyin ediləcəyini vurğulayıb.


Paylaş:
Baxılıb: 962 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30